/ / Deputat: Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan haldır
Deputat: Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan haldır
29.03.2018 [10:41]
Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə Ermənistana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər onun Ermənistan siyasi hakimiyyətinin əlində Azərbaycana qarşı istifadə edilən alət olduğunu növbəti dəfə təsdiqlədi.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, xüsusilə də K.Zatulinin aprel döyüşlərinin əsl mahiyyəti ilə bağlı, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi fikirlərlə bağlı yanaşmaları daha çox diqqəti cəlb edir, onun nə dərəcədə erməni mənafeyinə xidmət göstərdiyi, onların əlində bir alət olduğunu təsdiqləyir: “Zatulin martın 26-da Ermənistan parlamentində keçirdiyi mətbuat konfransında aprel döyüşləri ilə bağlı reallıqları təhrif edərək bu hadisələrin başlanmasına görə məsuliyyəti birbaşa Azərbaycanın üzərinə qoyur. Guya Azərbaycan Rusiyadan aldığı silahları tətbiq etməyə başqa yer tapmadığı üçün məhz aprel döyüşlərində istifadə etdi, guya Ermənistan müdafiə vəziyyətində olub, atəşkəsi pozmayıb. Eyni zamanda, Zatulin Azərbaycan Prezidentinin səsləndirdiyi İrəvan və Zəngəzur kimi tarixi torpaqlarımıza qayıdışla bağlı fikrə diqqəti cəlb edib və beləliklə, erməni lobbisi və Ermənistan siyasi hakimiyyətindən nə qədər asılı vəziyyətdə olduğunu, onların tapşırıqlarını yerinə yetirdiyini növbəti dəfə sübut edib. Bu faktlar bir daha göstərir ki, Zatulin əslində Rusiya Dövlət Dumasına erməni lobbisinin dəstəyi ilə deputat seçilib və bu səbəbdən də birbaşa erməni mənafeyinə xidmət göstərir”.
E.Nəsirov vurğulayıb ki, əslində K.Zatulinin bu cür davranışı təəccübləndirici deyil: “Çünki Zatulin 2010-cu il 11 noyabr tarixində Ermənistan prezidenti Serj Sarkisyandan “Şərəf” ordeni alarkən artıq erməni siyasi maraqlarının bir alətinə çevrilmişdi. 2011-ci ilin iyul ayında Zatulin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə keçirilmiş qondarma “parlament seçkiləri”ndə müşahidəçi statusunda iştirak edərkən də erməni siyasi dairələri əlində olduğunu təsdiqlədi. Zatulin separatçı rejimlərin dostudur”.
Deputat qeyd edib ki, K.Zatulinin erməni siyasi maraqlarına xidmət etməsi Rusiya-Azərbaycan münasibətlərinin bugünkü yüksək səviyyəsinə kölgə salan bir haldır və bu, eyni zamanda, Rusiyanın regionun lider dövləti olan Azərbaycanla bağlı siyasətinə uyğun gəlməyən bir davranışdır.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

