Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK-da İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib

MSK-da İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib

10.04.2018 [09:42]

Aprelin 9-da İslam Əməkdaşlıq Təşkilatının siyasi məsələlər departamentinin direktoru Askar Mussinovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
AZƏRTAC xəbər verir ki, 11 aprel prezident seçkilərini izləmək üçün ölkəmizə səfərə gəldiklərini qeyd edən Askar Mussinov müşahidə missiyasının tərkibi barədə məlumat verib. O, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinin tərəfdarı olduqlarını bildirərək müşahidə missiyasının nəticələrə dair obyektiv rəy bildirəcəyini diqqətə çatdırıb.
Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. MSK sədri prezident seçkilərinin demokratik, azad və şəffaf keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, qonaqların suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30