/ / MDB-nin müşahidəçilər missiyası: Azərbaycanda seçkilər azad, şəffaf və demokratik şəraitdə keçdi
MDB-nin müşahidəçilər missiyası: Azərbaycanda seçkilər azad, şəffaf və demokratik şəraitdə keçdi
13.04.2018 [09:54]
Aprelin 11-də Azərbaycanda baş tutan prezident seçkiləri azad və açıq şəraitdə keçib, demokratik seçkilərin keçirilməsinin hamılıqla qəbul edilmiş normalarına uyğun olub. Azərbaycan Respublikasının Seçki Məcəlləsi azad və demokratik seçkilərin beynəlxalq normalarına uyğundur və vətəndaşların iradəsini əks etdirir. Müşahidəçilərimiz seçkilərdə tam intizam qeydə alıblar. Seçki məntəqələrində bütün proseslər dəqiq və mütəşəkkil olub. Biz seçkilərin legitimliyini şübhə altına alan faktlarla qarşılaşmadıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransında bəyan edib. O, Azərbaycan xalqını uğurlu seçkilər, Prezident İlham Əliyevi inamlı qələbə münasibətilə təbrik edib.
S.Lebedev bildirib ki, müşahidəçilər missiyasında MDB-nin 8 ölkəsindən 221 müşahidəçi akkreditə olunub, 20 müşahidəçi uzunmüddətli əsasda işləyib. O deyib: “Müşahidəçilər Azərbaycanın, demək olar, bütün regionlarında 1817 seçki məntəqəsinə gedərək, səsvermənin mütəşəkkil və sakit şəraitdə keçdiyini qeydə alıblar. Mən şəxsən Bakıda 10-dan çox seçki məntəqəsində olmuşam. Biz seçkilərə hazırlığın əsaslı şəkildə və səylə aparıldığının şahidi olmuşuq. Seçkilər hər yerdə sakit şəraitdə keçib, seçici fəallığı müşahidə olunub. Bu müddət ərzində dövlət qurumlarının, MSK-nın rəhbərləri, habelə bəzi partiyaların nümayəndələri ilə görüşlər keçirilib. Biz yerli müşahidəçilərlə də söhbət edərək, onlardan hər hansı qanun pozuntusuna yol verilib-verilmədiyini soruşmuşuq. Biz pozuntu halları qeydə almamışıq, yerli müşahidəçilər də bu barədə bizə məlumat verməyiblər. Missiya hesab edir ki, prezident seçkiləri Azərbaycan Konstitusiyasına, demokratik seçkilərin beynəlxalq standartlarına müvafiq şəkildə keçirilib. Biz bu seçkilərin Azərbaycanda sülhün və sabitliyin inkişafına töhfə verməsini ürəkdən arzu edirik”.
S.Lebedevin sözlərinə görə, missiyanın başlıca məqsədi ölkənin daxili işlərinə müdaxilə etməmək, onun qanunlarına ehtiramla yanaşmaq olub. Missiyanın üzvləri ahıllara və səsverməyə ilk dəfə gələn gənclərə kömək ediblər. O deyib: “Seçkilər zamanı namizədlər üçün rəqabət şəraiti təmin olunub, televiziya debatlarında təşviqat kampaniyasının aparılması üçün hamıya bərabər imkanlar yaradılıb. Bütün bunlardan çıxış edərək deyə bilərik ki, seçkilərin legitimliyini şübhə altına alan faktlarla üzləşməmişik. Səsvermə Azərbaycanın Seçki Məcəlləsinə müvafiq şəkildə, açıq və şəffaf şəraitdə keçirilib”.
MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov bildirib ki, Azərbaycanda prezident seçkiləri qanuna müvafiq şəkildə keçirilib. O deyib: “Mən Azərbaycan xalqını seçkilərin ideal təşkil olunması münasibətilə təbrik edirəm. Azərbaycanda prezident seçkilərinə böyük maraq göstərilib. Mən müvafiq orqanların seçkilərlə əlaqədar apardıqları böyük işi qeyd etmək istərdim. Azərbaycan seçki qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işi davam etdirir. Qafqazda platformanın və proqramın olması deyil, şəxsiyyətin nüfuzu əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti məhz belə bir nüfuzun sahibidir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

