/ / Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
20.04.2018 [10:27]
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindəki dərin məzmunlu nitqində ölkəmizin inkişafı, hədəfləri ilə bağlı mühüm mesajlar verdi.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbə Azərbaycanda xalq-iqtidar birliyinin, xalqımızın dövlət başçısına olan böyük etimad və sevgisinin növbəti parlaq təcəssümüdür. Heç də təsadüfi deyil ki, xalqımızın milli mənəvi dəyərlərini ən yüksək səviyyədə qoruyaraq şərəfli tarixi keçmişimizə böyük ehtiram göstərən, Azərbaycanın bu gününü məharətlə yaradan və parlaq gələcəyimizin uğurlu təməllərini formalaşdıran, ən mürəkkəb şəraitlərdə belə yalnız xalqımızın dəstəyinə güvənən lider kimi Onun seçkilərdə qazandığı qələbə hər bir vətəndaşımıza sonsuz sevinc hissi bəxş edib. Prezident İlham Əliyev də andiçmə mərasimindəki nitqində xalqımızın dəstəyini hər zaman hiss etdiyini söyləyərək bu dəstəkdən güc aldığını bildirib. Dövlətimizin başçısı xalqımızın dəstəyinə arxalanaraq ən çətin situasiyalarda belə milli maraqlarımızı çox cəsarətlə, qətiyyətlə qoruyur. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ölkəmizin sabitliyini, təhlükəsizliyini, müstəqilliyini qoruyan ən mühüm faktorlardan biridir. Prezident qeyd etdi ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır və həyata keçirilən siyasətdir. Ona görə, xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində ötən 15 ildə ölkəmizin keçdiyi inkişaf yolunu, əldə etdiyi nailiyyətləri bir daha dəqiq şəkildə ifadə etdiyini vurğulayan Aydın Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib, respublikamızda bütün azadlıqlar təmin edilib. Ölkəmizin demokratik inkişaf yoluna diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, bu 15 ildə Azərbaycan dövləti siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin edib. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Prezident qeyd etdi ki, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. 2003-cü ildən bəri keçilən inkişaf yolu iqtisadi sahədə də mühüm uğurlarla zəngindir. Azərbaycanda ən ali vəzifəyə seçildiyi 2003-cü ildən bu günədək Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin zəhməti və böyük idarəetmə səriştəsi sayəsində inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 15 illik şanlı və zəngin tarixi hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
“Bu illər ərzində Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft iqtisadiyyatının isə 2,8 dəfə artması düşünülmüş praqmatik siyasətin nəticəsidir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülmüş tədbirlər sayəsində ölkəmizdə sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimi iş yeridir. Dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu hesabına Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq əksini tapır. Şübhəsiz ki, bütün bu məqamlar Prezidentin nitqində aydın şəkildə öz əksini taparaq ölkəmizin mövcud reallıqları və inkişafının real mənzərəsini ifadə etdi.
Prezident İlham Əliyev andiçmə mərasimində gələcək 7 ildə ölkəmizin hədəfləri, qarşıda duran məqsədlər haqqında da ətraflı məlumat verərək bir daha bəyan etdi ki, Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaq. Bu 7 ildə də Azərbaycanın davamlı inkişafı təmin ediləcək, eyni zamanda, bu günə qədər görə bilmədiyimiz işlər başa çatdırılacaq. Bu işlər nəticəsində isə Azərbaycan daha qüdrətli dövlətə çevriləcək”, - deyə A.Hüseynov vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23

