Azərbaycan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə tam sadiqdir
02.08.2018 [08:44]
1975-ci il avqustun 1-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində Helsinki Yekun Aktı qəbul edilib. Helsinki Yekun Aktı xüsusilə dövlətlərarası münasibətləri tənzimləyən, Avropada sülh və təhlükəsizliyin qorunmasına xidmət edən 10 fundamental prinsipi müəyyən edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Helsinki Yekun Aktının qəbul edilməsinin 43-cü ildönümü ilə əlaqədar KİV-ə açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, 1992-ci ilin yanvarında Azərbaycan Respublikası ATƏM-in üzvü olub və Azərbaycan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə tam sadiqdir.
Təsisatlanma prosesinin tərkib hissəsi olaraq ATƏM 1994-cü il dövlət və hökumət başçılarının Budapeşt Sammitinin qərarı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılıb.
Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helskin Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.
ATƏT-in üzv dövləti olaraq Ermənistan Respublikası Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal edib. İşğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycana qarşı gücdən istifadə etmək və gücdən istifadə etməklə hədələmək siyasətinin davamıdır.
Ermənistan Azərbaycana qarşı qeyri-qanuni əməllərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, işğal olunmuş ərazilərin ilhaqı cəhdləri və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə Helsinki Yekun Aktında təsbit olunan xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyinetmə prinsiplərini hər vəchlə təhrif edir.
Helsinki Prinsiplərinin və ATƏT-in digər öhdəliklərinin Ermənistan tərəfindən pozulması, bu prinsiplərin tətbiqində seçimli yanaşma və ikili standartlara yol verilməsi Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin uzanmasına və nəticə etibarilə, gərginlik riskinin saxlanmasına səbəb olur.
1995-ci ilə aid müvafiq ATƏT sənədində qeyd olunduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bərabər Helsinki Yekun Aktı təşkil edir.
Helsinki Yekun Aktının 43-cü ildönümü münasibətilə bütün ATƏT üzv dövlətlərini Ermənistandan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə əməl etməsi, Azərbaycana qarşı gücdən istifadəyə son qoyması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını qəti və birmənalı şəkildə tələb etməyə israrla çağırırıq.
Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

