/ / Eldar İbrahimov: Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verəcək
Eldar İbrahimov: Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verəcək
07.09.2018 [08:47]
“Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin zəngin proqramı, iki ölkə prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri dövlətlərimiz arasında münasibətlərin inkişafı üçün yeni və daha dinamik bir dönəmin başlandığını göstərir”. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mətbuata bəyanatlarındakı fikirləri də bir daha sübut edir ki, hər iki dövlətin başçıları münasibətlərin inkişafında, əməkdaşlığın ölkə həyatının bütün istiqamətləri üzrə genişləndirilməsində maraqlıdır və qərarlıdırlar.
“Azərbaycanla Rusiya arasında tarixən qonşuluq, dostluq münasibətləri mövcud olub. Prezidentlərin Soçi görüşü də bu münasibətlərin, iki ölkə arasında qarşılıqlı əlaqələrin məntiqi davamıdır. Fikrimcə, proseslər bundan sonra da məhz bu istiqamət üzrə davam edəcək. Dərin köklərə və möhkəm dayaqlara malik olan münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlər səmimi, qarşılıqlı etimad və etibar üzərində qurulub, möhkəmlənib” - deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Onun sözlərinə görə Azərbaycan Prezidentinin səfərinin uğurlu nəticəsini müəyyənləşdirən amillərdən biri də, şübhəsiz ki, iki ölkə arasında imzalanan sənədlərin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir.
E.İbrahimov vurğulayıb ki, səfərin ən mühüm və vacib məqamlarından biri də uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iki dövlətin rəhbərləri səviyyəsində bir daha geniş müzakirə olunması, konfliktin çözümü ilə bağlı ümidverici, danışıqlar prosesinə impuls verəcək notların səsləndirilməsidir: “Bu baxımdan hesab edirəm ki, cənab Prezidentin Rusiyaya bu səfəri beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin işğaldan azad edilməsi prosesinə də ciddi təkan verəcək. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu prosesdə mühüm rola malik olduğu kimsəyə sirr deyil. Rusiya Prezidenti Vladimir Putinin öz bəyanatlarında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirməsi, Azərbaycanın artan önəminə və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkməsi də rəsmi Moskvanın bu istiqamətdə fəallığını nəzərəçarpacaq dərəcədə artıracağına ümid verir. Mətbuata bəyanatda Prezident İlham Əliyevin səsləndirdiyi “Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək” fikirləri də münaqişənin sülh, danışıqlar yolu ilə həllinə ümidləri artırır. Deməli, hələ də münaqişənin danışıqlar, sülh yolu ilə həlli perspektivləri qalmaqdadır. Odur ki, böyük qonşumuz və strateji tərəfdaşımız olan Rusiyadan bu istiqamətdə əməli addımları gözləyirik”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

