ATƏT PA-nın payız sessiyasında Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
06.10.2018 [10:44]
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun payız sessiyası çərçivəsində daimi komitənin iclasında çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb.
AZƏRTAC xəbər verir ki, Azay Quliyev münaqişənin başlamasından əsrin dörddəbiri qədər vaxt keçsə də, hələ də problemin həlli üçün heç bir irəliləyişə nail olunmadığını təəssüflə bildirib. Əlavə edib ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini, BMT Baş Assambleyasının qərarlarını, ATƏT PA-nın 2015-ci ildə qəbul etdiyi Helsinki Bəyannaməsini kobud şəkildə pozaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.
A.Quliyev ATƏT PA-nın prezidenti Georgi Tseretelinin münaqişə tərəfi olan ölkələrin parlament rəhbərlərinin görüşünün keçirilməsi ilə bağlı təklifinə münasibət bildirərək deyib ki, yaxın zamanda Azərbaycan Milli Məclisinin bu məsələyə dair rəsmi mövqeyini öyrənərək onlara məlumat verəcək: “Fikrimcə, biz Ermənistan və Azərbaycanın parlamentlərinin rəhbərlərinin görüşü də daxil olmaqla, münaqişənin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə etməliyik. Bu, danışıqlar prosesinə müəyyən impuls verə və mövcud status-kvonu dəyişməyə yardım edə bilər”.
Azay Quliyev Assambleya üzvlərinin diqqətini münaqişə ilə bağlı aydınlaşdırılmasına ehtiyac olan digər bir aspektə də çəkib: “Bəziləri münaqişəni səhvən “Dağlıq Qarabağ münaqişəsi” adlandırırlar. Bu, doğru deyil. Azərbaycanın Dağlıq Qarabağdan başqa işğal altında Dağlıq Qarabağın ərazisindən 3 dəfə, əhalisindən isə 6 dəfə çox olan 7 ətraf rayonu da var: Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan. Bu 7 ətraf rayonun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur və biz şahidik ki, Ermənistan işğal etdiyi bu ərazilərdən siyasi manipulyasiya və bazarlıq predmeti qismində istifadə edir”.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu bölgələrin statusu müzakirə mövzusu deyil. Ermənistan hərbi birləşmələrini bu torpaqlardan şərtsiz çıxarmalıdır. Bu məsələ hər hansı bir qondarma kompromis mövzusu ola bilməz.
Azay Quliyev çıxışında vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana məxsus olan Dağlıq Qarabağın və ətraf rayonların işğalını davam etdirərək və orada qeyri-qanuni və marionet rejim yaradaraq heç bir nəticə əldə edə bilməyəcəyini unutmamalıdır: “Bu cür addımlar heç nəyi dəyişmir və Ermənistana sülh və rifah gətirmir. Əksinə, bu, vəziyyəti daha da ağırlaşdırır və çoxlu sayda gəncin həyatına son qoyur”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

