Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatına heç bir dəxli yoxdur
11.10.2018 [08:26]
Bu təşkilatın növbəti zirvə görüşünün işğalçı ölkədə keçirilməsi bəşəri dəyərlərə hörmətsizlikdir
Xəbər verildiyi kimi, Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi nəzərdə tutulur. Təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıqdır. Amma dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Elə əsl problem də burdan başlanır. Belə ki, tədbirin Ermənistanda keçirilməsi iki nöqteyi-nəzərdən yanlışdır: birincisi, mahiyyət, ikincisi isə kontekst baxımından.
Bəllidir ki, Ermənistan monoetnik dövlətdir və bir nəfər də olsun fransız burada daimi yaşamır. Ümumiyyətlə, Ermənistanda başqa xalqlar demək olar ki, yoxdur. Bunun səbəbi isə ermənilərin digər xalqlara olan aqressiyasıdır. Ermənistanda yaşayan azərbaycanlıların sonuncu dalğası da 1988-ci ildə bu ölkədən faşistcəsinə çıxarılıb. Halbuki həmin torpaqlarda yaşamaq hüququ, ilk növbədə, bu yerlərin aborigenləri olan azərbaycanlılara məxsus idi.
BFT-nin növbəti zirvə görüşünün başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozmuş, ərazisinin bir hissəsini uzun illərdən bəri işğal etmiş, minlərlə günahsız insanı qətlə yetirmiş bir dövlətin ərazisində keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir. Axı soyqırımı törətmiş, təcavüzkar, terrorçu bir dövlətlə bu təşkilata üzv olan digər dövlətləri bir-biri ilə hansı “ortaq dəyərlər” yaxınlaşdıra, bağlaya bilər?
Digər tərəfdən əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edir. Eyni zamanda, təşkilat üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyıb və hətta bir çox hallarda qəti şəkildə pisləyib. Üzvlərin bir qismi Avropa Şurasında və digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyib.
Onu da qeyd edək ki, Ermənistan bir ölkə olaraq, hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşları ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır.
Bununla yanaşı, Ermənistanda hazırda vəziyyət o qədər mürəkkəbdir ki, kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyini necə təmin edə biləcək? Təkmillətli və təkdinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünyagörüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək? Öz xalqını belə gülləbaran etməkdən çəkinməyən Ermənistan güc strukturları xarici nümayəndə heyətlərinin qeydinə qalacaqmı?
Digər tərəfdən, Ermənistan hər zamankı kimi təxribatçı əməllərə əl atmağa, tədbirin gündəliyinin siyasiləşdirilməsinə çalışa bilər. Nəzərə almaq lazımdır ki, sammitdə iştirak edən dövlətlər arasında Azərbaycana dost münasibətdə olan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər, həmçinin Avropa və Asiya ölkələri də var. Yəqin ki, Ermənistan yekun sənədə Azərbaycanın maraqlarına zidd olan müddəa təklif edərək həmin ölkələrin Azərbaycanla münasibətlərinə də zərbə vurmağa çalışacaq. Lakin inanırıq ki, Avropa Şurası və İƏT-ə üzv, eləcə də digər dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistan hakim dairələrinin Azərbaycana qarşı əkstəbliğat məqsədli addımına mane olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

