Azərbaycanın hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var
02.02.2019 [10:18]
Ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Bütün sahələrin tərəqqisini təmin edən uğurlu siyasətin həyata keçirilməsi, müasir çağırışlara uyğun yeni nəsil islahatların ardıcıl olaraq reallaşdırılması bütövlükdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Reallıq budur ki, bu gün ölkəmizin inkişaf modeli mütərəqqi nümunə kimi səciyyələndirilir. Əldə edilən möhtəşəm nailiyyətlər Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Həyata keçirilən uğurlu daxili və xarici siyasət güclü və nüfuzlu dövlət kimi tanınan Azərbaycanın qarşısında yeni perspektivlər açıb.
Şübhəsiz ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Yəni uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Ümumiyyətlə, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də rasional gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Dövlət gənclər siyasəti strateji əhəmiyyətə malikdir və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir. Bu kontekstdə Azərbaycanın təcrübəsi müsbət və mütərəqqi nümunə kimi çıxış edir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Azərbaycanda səmərəli və məqsədyönlü dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə bu istiqamətdə konseptual xarakter daşıyan mühüm işlər görülüb. Bu sırada “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulunu, Gənclər və İdman Nazirliyinin yaradılmasını, ölkəmizdə Gənclər Gününün təsis edilməsini və digər mühüm əhəmiyyətə malik olan tədbirləri xüsusi qeyd etmək lazımdır. Xüsusi vurğulamaq lazımdır ki, Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu səmərəli və məqsədyönlü gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb, məhz bu proqram da uğurla icra olunub. Eyni zamanda, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Təsadüfi deyil ki, gənclər konsepsiyanın hazırlanması prosesinə aktiv cəlb olunub, onların fikir və təklifləri yeni konsepsiyada nəzərə alınıb. Digər tərəfdən, dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bununla yanaşı, dövlətimizin başçısı 2017-ci il sentyabrın 15-də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Sözügedən Dövlət proqramı da uğurla icra olunur və səmərəli nəticələr əldə edilir.
Sadalananlarla yanaşı, Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız ölkə səviyyəsində deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar.
Azərbaycan gəncləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər
Bütövlükdə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Eyni zamanda, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir. Təsadüfi deyil ki, ölkə gəncləri ölkəmizin milli maraqları ətrafında sıx birləşiblər, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Başqa sözlə, bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksəkintellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.
Digər tərəfdən, bu gün Azərbaycan gəncləri müxtəlif sahələrdə, o cümlədən qanunverici, icraedici və məhkəmə orqanlarında uğurla fəaliyyət göstərirlər. Başqa sözlə, dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir. Bu gün dövlətçiliyə və milli maraqlara sadiq aktiv gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verirlər. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və ideyalarından bəhrələnən Azərbaycan gəncliyi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu dəstəkləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

