Kristina Marti Lanq: Fəxr edirik ki, Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir
06.03.2019 [09:51]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 5-də İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin dövlət katibinin müavini Kristina Marti Lanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İsveçrə münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirən Baş nazir ölkələrimiz arasında siyasi, iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Novruz Məmmədov əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan və İsveçrə prezidentlərinin görüşlərini xatırladan Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafına çox böyük önəm verir. Baş nazir Novruz Məmmədov Kristina Marti Lanqın ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan-İsveçrə diplomatik münasibətlərinin 25 ildən çox yaşı olduğunu söyləyən Kristina Marti Lanq ölkələrimizin 20 ildir ki, beynəlxalq səviyyədə uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. “Hesab edirəm ki, ötən müddət ərzində biz müxtəlif sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq əlaqələri qurmuşuq. Fəxr edirik ki, Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir”, - deyə Kristina Marti Lanq vurğulayıb.
Söhbət zamanı İsveçrənin AXPO şirkətinin Trans-Adriatik boru kəməri layihəsində iştirakı, həmçinin hökumətlərarası birgə komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib, siyasi, iqtisadi, parlamentlərarası əlaqələrin genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

