Müsavat Partiyası və “Milli şura”nın aksiyalarını birgə keçirməmələrinin sirri...
04.06.2019 [09:36]
Radikal ünsürlərə qrant ayıranlar keçirilən aksiyaların hesabatlarını ayrı-ayrılıqda tələb edirlər
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan müasir Azərbaycan Respublikası demokratik prinsiplərə hər zaman sədaqət nümayiş etdirir. 1918-ci ildə yaradılmış və Şərqin ilk demokratik cümhuriyyəti sayılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanda hüququn aliliyi təmin edilir, milli dövlətçilik ənənələri inkişaf etdirilir. 101 il öncə qurulan və milli dövlətçilik tariximizin şərəfli bir səhifəsi olan AXC və onun qurucularının xatirəsi isə hər zaman xalqımız və dövlətimiz tərəfindən əziz tutulur, yad olunur. Belə ki, hər il 28 May - Respublika Günü münasibəti ilə ölkəmizin hər tərəfində tədbirlər təşkil olunur, rəsmi qəbul keçirilir. O cümlədən AXC-nin qurucularının doğum və anım günləri qeyd edilir, onların abidələri ziyarət olunur. Ən əsası isə, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “İstiqlaliyyət bəyannaməsi” abidəsi qoyulub. Abidədə “İstiqlaliyyət bəyannaməsi”nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın qrafikası ilə yazılıb. 2018-ci il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildi ki, bu, bir daha ölkəmizdə AXC-yə və onun qurucularına yüksək münasibəti özündə əks etdirir.
İllərdir dövlətimizin və xalqımızın mənafeyini öz maddi maraqlarına qurban verən, ermənipərəst mərkəzlərin sifarişlərini icra edən radikal müxalifət düşərgəsi isə hər zaman olduğu kimi, AXC və onun irsindən öz korporativ maraqları üçün istifadə etmək niyyətindədir. Lakin onlar bu istəyinə heç vaxt nail ola bilmirlər. Belə ki, mayın 28-də Respublika Günü ilə bağlı Novxanı qəsəbəsində “aksiya” təşkil edən radikal ünsürlər növbəti dəfə biabır olublar. Abşeron rayon Polis İdarəsinin KİV-ə verdiyi məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər, qondarma “Milli şura”nın keçirdiyi aksiyada isə “Milli şura” koordinasiya şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib. Bu isə özlüyündə bir sıra məqamlardan xəbər verir. Əvvəla, radikal ünsürlərin özlərindən “əsas müxalifət” düzəltmək cəhdləri növbəti dəfə boşa çıxdı. Maddi təminat əldə etmək üçün xarici ermənipərəst mərkəzlərə özlərini “sübut etməyə” çalışan radikal ünsürlər budəfəki “imtahandan da kəsildilər”. Həftələrlə, günlərlə Novxanı qəsəbəsində keçirəcəkləri aksiyanın təbliğatını aparan, reklamını edən radikal ünsürlər nəticədə yenə də acı həqiqətlə üz-üzə qalmalı oldular. Xalqımız radikal ünsürlərin keçirdikləri aksiyalara etinasızlıq nümayiş etdirməklə bir daha anti-azərbaycançı mərkəzlərlə işbirliyində olan xainlərə layiqli cavab verdi. Radikal ünsürlər nəticədə yenə də 200-300 nəfərlik ştatlı “aksiyaçı-partiyaçı” ilə öz lokal tədbirlərini keçirməli oldular.
Qeyd edək ki, radikal ünsürlərin biabır olacaqlarını bildikləri halda bu aksiyaları ayrı-ayrı keçirmələrinin də sirri aşkar olub. Aksiyadan sonra sosial şəbəkələrdə radikal ünsürlərin özlərinin müzakirələrindən bəlli olub ki, bu təşkilatlar pul aldıqları mənbələrə ayrı-ayrılıqda hesabat verməlidirlər. Daha doğrusu, alınan qrantın hesabatı verilməli, Novxanı aksiyasında iştirak edənlərin say tərkibi bəlli olmalı idi. Çünki aksiya öncəsi təbliğat aparan radikal partiyaların rəhbərləri ayrı-ayrılıqda özünütəsdiq üçün bütün yollara baş vururdular. Amma göründüyü kimi, nəticə bu dəfə də dəyişmədi. Hazırda isə radikallar yenidən “hansı aksiyada daha çox iştirakçı vardı” sualı ətrafında qızğın müzakirələrə başlayıblar. Necə deyərlər, hər kəs öz sənədinə daha çox rəqəm yazmaq arzusu ilə hesabatdakı sayı artırmaq üçün “qolları çirməyib”. Amma nəticə dəyişmir. Xarici ermənipərəstlərə hesabat verənlər bir daha hansı simaya malik olduqlarını cəmiyyətə nümayiş etdirmiş oldular. Xalqımız isə hər zamankı kimi, xainlərə layiq olan cavabı verir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

