Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib
14.06.2019 [10:37]
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edib
ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə bağlı çıxış edib. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçi sədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarla müzakirəsi baş tutub. Tədbirdə əsasən Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və regionla bağlı araşdırma aparan analitiklər iştirak ediblər. İctimaiyyət üçün açıq olan tədbirdə, həmçinin erməni lobbisinin xeyli sayda nümayəndələri iştirak edib.
Əvvəlcə C.Kent çıxış edərək Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyəti barədə söhbət açıb. O, Cənubi Qafqazın əhəmiyyətini vurğulayaraq Azərbaycanı vacib tərəfdaş kimi xarakterizə edib və iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi inkişafın təmini sahələrində uğurla davam edən əməkdaşlıqdan danışıb. ABŞ rəsmisi son dövrlər iki dövlətin rəsmilərinin səfərlərinin və dialoqunun artmasını münasibətlərin inkişafının göstəricisi kimi vurğulayıb. C.Kent Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarına göstərdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycana ABŞ hökumətinin təşəkkürünü çatdırıb. Həmçinin o, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinə sadiq qaldığını bildirib və münaqişənin tezliklə həllinin regionda sülh və firavanlığın təmininə imkan yaradacağını vurğulayıb.
Daha sonra ABŞ-ın Azərbaycanda keçmiş səfiri R.Morninqstar Hikmət Hacıyev ilə bir sıra mövzularda müzakirələr aparıb.
Hikmət Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatlar, ölkəmizin sosial-iqtisadi inkişaf modeli, “ASAN xidmət” təcrübəsi və regionun nəqliyyat qovşağına çevrilməsi barədə məlumat verib, Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi və regionun xəritəsini dəyişən enerji və nəqliyyat layihələri barədə danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsinə toxunan Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin göstərdiyi müdrik və təmkinli yanaşmasına baxmayaraq, Paşinyan hakimiyyətinin münaqişənin həllində ciddi mövqe nümayiş etdirmədiyini, əksinə, bu vaxta kimi vəziyyəti gərginləşdirən bəyanat və addımlarla yadda qaldığını qeyd edib. Bu xüsusda, H.Hacıyev Ermənistanın təmas xəttində Azərbaycan hərbi qulluqçularının ölümü ilə nəticələnən son təxribatları barədə məlumat verib və bu addımların məhz danışıqlar prosesini pozmağa yönəldiyini qeyd edib. Şöbə müdiri Ermənistanın hazırda yaşadığı iqtisadi fəsadları sadalayaraq münaqişənin həllinin, ilk növbədə, Ermənistan üçün faydalar gətirəcəyini, Ermənistanın bu iflasdan çıxmasının yeganə yolunun münaqişənin həllindən keçdiyini, təəssüf ki, hələlik Ermənistanın və erməni diasporunun bunu anlamadığını bildirib. Həmçinin H.Hacıyev Ermənistanın sülh danışıqlarında iştirak etdiyi dövrdə paralel olaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri davam etdirdiyini qeyd edib və beynəlxalq ictimaiyyətin bu məqama daha çox diqqət yönəltməsinin vacib olduğunu vurğulayıb.
Sonda Prezident Administrasiyasının rəsmisi auditoriyanın suallarını cavablandırıb. Erməni lobbisinin təbirdə kütləvi şəkildə iştirak edən nümayəndələri tərəfindən Azərbaycan rəsmisinə təxribatçı suallar ünvanlanıb və H.Hacıyev bu suallara Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasətini ifşa etməklə cavab verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

