AZƏRTAC-ın Sinxua agentliyinin layihələrinə dəstəyi yüksək qiymətləndirilir
09.07.2019 [10:26]
AZƏRTAC Sinxua xəbər agentliyinin reallaşdırdığı “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı layihəsinə dəyərli tövsiyələr verib və onun gerçəkləşməsində fəal iştirak edir.
Bu fikirlər Sinxuanın prezidenti Çay Mincaonun AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova ünvanladığı minnətdarlıq məktubunda yer alıb.
“Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı təşəbbüsünü ilk dəstəkləyən xəbər agentliklərindən biri olan AZƏRTAC-ın dəstəyini yüksək qiymətləndirən Çay Mincao ümidvar olduğunu bildirib ki, Sinxua və AZƏRTAC-ın səyləri ilə dünya mediası bu platformaya öz töhfəsini verəcək.
Məktubda, həmçinin qeyd olunur ki, “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı Platformasının əsas məqsədi tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında asan və səmərəli kommunikasiya imkanlarının yaradılmasıdır. Bu platforma vasitəsilə ölkələr bir-birinin inkişaf imkanlarından, əməkdaşlıq potensialından bəhrələnmək, iqtisadi və biznes imkanlarını genişləndirməklə bir sıra başqa ölkələrə də iqtisadi inkişafa nail olmaq imkanını yaradacaqlar.
Xatırladaq ki, iyunun 27-də Pekində “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının istifadəyə verilməsi mərasimi keçirilib. AZƏRTAC-ın nümayəndəsinin də iştirak etdiyi mərasimdə və platformanın ilk iclasında “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığının nizamnaməsi qəbul edilib.
AZƏRTAC Sinxuanın bu təşəbbüsünü dəstəkləyən ilk media qurumlarından biri olmaqla yanaşı, platformanın təsisçi-üzv statusuna malikdir. Agentlik bu platforma vasitəsilə beynəlxalq ticarət yollarının və nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın iqtisadi inkişafı, irimiqyaslı enerji layihələri, biznes və sərmayə mühiti, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər beynəlxalq nəqliyyat marşrutunun fəaliyyəti, ölkəmizin logistika potensialı, turizm infrastrukturu, xarici ticarəti və iqtisadi qanunvericiliyinə dair xəbərlərini daha geniş auditoriyaya çatdıra biləcək.
Xəbər lenti
Hamısına baxAnalitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24

