Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsveçdəki Azərbaycan diaspor təşkilatları Barak Obamaya müraciət ünvanlayıb

İsveçdəki Azərbaycan diaspor təşkilatları Barak Obamaya müraciət ünvanlayıb

22.12.2009 [11:03]

İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ABŞ prezidenti Barak Obamaya müraciət ünvanlayıb. Müraciətdə İsveç Krallığında fəaliyyət göstərən “Azərbaycan Naminə”, “Vətən” və “Odlar Yurdu” cəmiyyətləri tərəfindən ABŞ Konqresinin işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağa 2010-cu il üçün maliyyə yardımının ayırmasına etiraz bildirilib. “Biz və Skandinaviya ölkələrində yaşayan bütün azərbaycanlılar ABŞ Konqresinin qəbul etdiyi qərar ilə bağlı öz narazılığımızı bildirmək istərdik. Hamıya məlumdur ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır və maliyyə dəstəyinin göstərilməsi ABŞ-ın beynəlxalq nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil” - deyə müraciətdə vurğulanır. Daha sonra müraciətdə bildirilir: “Biz ümid edirik ki, Siz dünyada sülhün və demokratiyanın tərəfdarı kimi, Konqresin bu qərarı ilə bizim narazılığımızı başa düşüb, Vətənimizin işğalçılarını dəstəkləyən qərarın ABŞ hökuməti tərəfindən qəbul edilməsinə imkan verməyəcəksiniz. Dağlıq Qarabağ Azərbaycanın ürəyidir və biz ümid edirik ki, BMT tərəfindən qəbul edilən 4 qətnaməyə uyğun bizim torpaqlarımız işğalçılardan azad olunacaq”.

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30