/ / Azərbaycan Milli Məclisinin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edib
Azərbaycan Milli Məclisinin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edib
25.09.2019 [09:44]
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ölkələri parlament sədrlərinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti iştirak edib.
Konfransda Avropa və Asiyanın 60-dan çox ölkəsindən parlament rəhbərləri və nümayəndə heyətləri, 10-dan çox beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər.
Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev konfransda çıxış edərək Avrasiya ölkələrinin parlamentlərini qanunvericilik sahəsində əməkdaşlığın səmərəliliyini artırmağa çağırıb. O, həmçinin dünya dövlətlərinin nüvə silahının yayılmasına qarşı prosesə qoşulmasının önəmini vurğulayıb.
Milli Məclisin Sədri Oqtay Əsədov çıxışında bildirib ki, bu konfrans Avrasiyanın bu günü və gələcəyi ilə bağlı olan mühüm məsələlərin böyük bir kompleksini müzakirə etməyə imkan yaradır. Burada aparılan fikir mübadiləsi qitəmiz üçün daha yaxşı gələcək qurulması yolları ilə bağlı parlamentimizin ortaq mövqeyinin müəyyən olunmasına kömək edəcək.
Böyük sivilizasiyaların və mədəniyyətlərin beşiyi olan Avrasiyanın Avropa və Asya ərazilərinin mexaniki birləşməsi deyil, spesifik xarakteristikalara malik vahid məkan olduğunu vurğulayan Oqtay Əsədov parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini qeyd edib. O, hökumətlərin xarici siyasət qərarlarına təsir göstərmək üçün spesifik siyasi mexanizm və alətlərə malik olan parlament diplomatiyasının dövlətlər arasında işbirliyinin inkişafında mühüm rol oynadığını deyib.
Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin Avrasiya məkanında yerləşən dövlətlərin parlamentləri ilə qarşılıqlı etimada əsaslanan dialoq və tərəfdaşlıq münasibətlərinin qurulması üçün çalışdığını qeyd edib. O bildirib ki, Milli Məclis Avrasiya məkanında təşəkkül tapmış ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının, iqtisadi inteqrasiyanın güclənməsinə, dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə töhfə verir.
Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən transmilli layihələrin Avrasiyanın çox geniş bir bölgəsində inkişafın, sülhün, sabitliyin, təhlükəsizliyin, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsinə yönəldiyini vurğulayan Milli Məclisin Sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, TAP və TANAP qaz kəmərlərinin, digər enerji-nəqliyyat layihələrinin Avrasiyanın firavan gələcəyində mühüm rol oynadığını qeyd edib.
Sədr bildirib ki, qarşılıqlı hörmətə və etimada əsaslanan siyasi dialoqun, tərəfdaşlığın və işbirliyinin Avrasiya məkanında mövcud olan problemlərin, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərə biləcəyinə inanırıq. Uzun illərdən bəri Azərbaycan dünya birliyinə çağırışlar edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir. Sədr bu münaqişənin, eləcə də digər oxşar münaqişə və problemlərin dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında nizama salınmasının Avrasiya qitəsində və bütün dünyada sülhün, sabitliyin, ədalətin və təhlükəsizliyin təmin edilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, konfransın məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi, qanunverici orqanların rəhbərləri və parlamentlərarası təşkilatların başçıları arasında birbaşa dialoqun qurulmasıdır.
Tədbir Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Avrasiya inteqrasiyası ideyasının 25 illiyinə həsr edilib.
Xatırladaq ki, Milli Məclis Sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idi.
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39

