Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Uşaqlarının I Forumu başa çatıb

Azərbaycan Uşaqlarının I Forumu başa çatıb

19.12.2009 [22:09]

Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə “Uşaq ili” çərçivəsində keçirilən Azərbaycan Uşaqlarının I Forumu başa çatıb. APA-nın məlumatına görə, forumun qapanış mərasimində çıxış edən “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova bildirib ki, iki gün ərzində Azərbaycan hökumətinin və parlamentinin rəsmiləri foruma qatılaraq uşaqların fikirlərini dinləyiblər: “Forumda səkkiz işçi qrup üzrə müzakirələr aparılıb. Uşaqlar ölkəyə idxal olunan oyuncaqların təhlükəsizliyindən tutmuş yol hərəkəti təhlükəsizliyinə qədər onları narahat edən bütün problemləri müzakirə ediblər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə forumun Azərbaycan uşaqlarının həyatında mühüm rol oynayacağını və problemlərin həllində yardım edəcəyini bildirib.
Forumun sonunda yekun bəyannamə və ölkə Prezidentinə müraciət qəbul edilib. Bəyannamədə Azərbaycanda uşaq forumlarının hər iki ildən bir keçirilməsi, uşaqlarla bağlı milli internet şəbəkəsinin, televiziyanın, milli elektron uşaq kitabxanasının, uşaqların istirahətini daha yaxşı təşkil etmək üçün regionlarda istirahət düşərgələrinin yaradılması, xarici dilin daha yaxşı öyrənilməsi məqsədilə xüsusi müsabiqələrin keçirilməsi, ingilis dili ilə yanaşı, rus dilinin orta məktəblərin tədris proqramlarında daha dərindən öyrədilməsi, Azərbaycanın bütün bölgələrində uşaq təşkilatlarının daha yaxşı təşkilatlanmasının zəruriliyi əksini tapıb.

Paylaş:
Baxılıb: 1079 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30