Konqresin qərarı ABŞ-ın demokratik imicinə böyük zərbədir
22.12.2009 [11:03]
ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı nəinki məhv olmaq təhlükəsindən xilas etdi, eyni zamanda ölkəmizin dünya birliyində layiqli yer tutmasına imkan yaratdı. Məhz Ulu öndərin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın bütün dövlətlərlə bərabər səviyyəli əlaqələr qurmasına imkan yaratdı. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə ölkəmizin xarici siyasət müstəvisində böyük nailiyyətlərə imza atması ilə müşayiət olunmaqdadır. Azərbaycan bütün dövlətlərlə əlaqələrini bərabərtərəfli əməkdaşlıq müstəvisində inkişaf etdirmək siyasətini yürüdür.
Təəssüf ki, ölkəmizin bu xoş məramı bəzən adekvat münasibətlə qarşılanmır. Məsələn, 20 ilə yaxındır ki, Ermənistanın işğalına məruz qalan ölkəmiz öz torpaqlarını azad etmək üçün danışıqlar aparır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən, beynəlxalq təşkilatların bəyannamələri mövcuddur. Eyni zamanda işğalçı ölkənin Azərbaycan ərazisində separatçı qüvvələrə dəstək verməsi ilə bağlı faktlar dünyanın aparıcı təşkilatlarının tribunalarından dəfələrlə səsləndirilib və buna dair müzakirələr aparılıb. Bu da məlumdur ki, hazırda ATƏT-in Minsk qrupu sözügedən münaqişənin sülh yolu ilə tənzimlənməsinə vasitəçilik edir. Amma vasitəçi qismində çıxış edən ölkələrin bəzi addımları onların bəyan etdikləri niyyətlərlə ziddiyyət təşkil edir. Məsələn, ABŞ Konqresinin qondarma “Dağlıq Qarabağ Respublikasına” yardım ayrılması ilə bağlı qərarı heç də birmənalı qarşılana bilməz. Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı 2010-cu il üçün işğalçı Ermənistan və işğal altında olan Dağlıq Qarabağa iqtisadi yardım paketini qəbul edib. Bu isə azərbaycanlılar tərəfindən haqlı narazılıqla qarşılanıb. Azərbaycanda belə hesab edirlər ki, işğal altında olan Dağlıq Qarabağın separatçı rejiminə 8 milyon dollar məbləğində iqtisadi yardımın verilməsinə dair qərar Birləşmiş Ştatların siyasətinə zidd olmaqla yanaşı, ABŞ-ın vasitəçilik missiyasını sual altına qoyur.
Əvvəla hazırda ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri ilə yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Xüsusilə ümumi enerji təhlükəsizliyi sahəsində Azərbaycan hər zaman ABŞ-ın yaxın tərəfdaşı qismində çıxış edib. Eyni zamanda, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, həmçinin, bu regionda demokratik norma və prinsiplərin bərqərar olması rəsmi Vaşinqtonun da maraqlarına uyğundur. İqtisadi resursları olan və bölgədə azad əməkdaşlıq məkanının yaranması üçün tarazlaşdırılmış siyasət yürüdən Azərbaycanın regionda liderliyini qəbul edən Birləşmiş Ştatlar yaxşı anlayır ki, regional sabitlik üçün ölkəmizin potensialından bəhrələnmək lazımdır. Azərbaycanın mövcud iqtisadi potensialı, geostrateji mövqeyi və siyasi qətiyyəti buna tam zəmanət verir. Bu prosesin genişlənməsi üçün bölgədə iqtisadi inkişafın qarşısını alan ən böyük maneə isə Ermənistanın işğalçılıq siyasətidir. Deməli, bu siyasət dayandırılmalı və Azərbaycanın torpaqları dərhal işğaldan azad edilməlidir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Birləşmiş Ştatlar məhz bu mövqedən çıxış etməlidir.
ABŞ Konqresinin sözügedən qərarı isə əksinə işğalçılığın stimullaşdırılması kimi dəyərləndirilə bilər. Eyni zamanda münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olan ABŞ-ın bu mövqeyi beynəlxalq hüquq normalarına da ziddir. O baxımdan ki, Konqresin qərarı vasitəçi kimi öz neytrallığını qorumalı olan ABŞ-ın demokratik imicinə böyük zərbə endirmiş olur. Bu məsələyə münasibət bildirən bir sıra analitiklər də sözügedən qərarın münaqişə tərəfləri arasında razılığın əldə olunmasına böyük zərbə vurduğu qənaətindədirlər. Bəzi məqamlarda bu qərarın ABŞ-da yaşayan erməni lobbisinin təzyiqi ilə qəbul olunduğu iddia edilsə də, bu da rəsmi Vaşinqtona haqq qazandırmır. Təbii ki, ABŞ ilk olaraq özünün demokratik imicini, beynəlxalq hüquq normalarını və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanla münasibətlərini göz önünə gətirib dövlət siyasətinə kənar təsirləri aradan qaldırmalıdır. ABŞ Konqresinin son qərarına ABŞ-ın özündə də münasibət birmənalı deyil. Məsələn, Con Hopkins Universitetinin professoru Frederik Starr ABŞ Konqresinin Dağlıq Qarabağa birbaşa yardım ayrılmasına dair qərarını uğursuz səhv adlandırıb. Onun fikrincə, sonda bu vəsait köçürülməyəcək, həmin qərar isə, sadəcə olaraq, çoxlarının düşündüyü kimi erməni lobbisinin təsiri ilə edilən bir jestdir: “Düşünürəm ki, ABŞ bu qərarı həyata keçirməmək üçün vasitələr tapacaq”.
ABŞ Dövlət Departamentinin postsovet məkanı üzrə keçmiş analitiki Mark Katz isə Obama administrasiyasının və Konqresin Dağlıq Qarabağa ayrılan hər hansı bir yardımın Azərbaycanı narahat edəcəyini anlamalı olduğunu bildirib.
Yeri gəlmişkən Konqresin məlum qərarı ABŞ prezidenti Barak Obama tərəfindən təsdiq edilməsə qüvvəyə minməyəcək. İnanmaq istərdik ki, ABŞ prezidenti Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və 7 rayonun azad olunmasını prioritet sayacaq və bu istiqamətdə prosesin inkişaf etdirilməsinə çalışacaq. çünki işğal nəticəsində ev-eşiyindən didərgin düşmüş bir milyona yaxın qaçqının haqqı birbaşa Ermənistan tərəfindən pozulub və bu hüquqların bərpasına çalışmaq bütün demokratik dünyanın, o cümlədən, ABŞ-ın mənəvi borcudur.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14

