Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsveç Azərbaycan Federasiyası separatçı rejimə yardım ayrılmasından narahatdır

İsveç Azərbaycan Federasiyası separatçı rejimə yardım ayrılmasından narahatdır

22.12.2009 [11:04]

İsveç Azərbaycan Federasiyası ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayırması ilə əlaqədar prezident Barak Obamaya məktub ünvanlayıb. Müraciətdə bildirilir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı mövqeyi ilə Dağlıq Qarabağ separatçılarına müxtəlif yardımlar göstərməsi tamamilə bir-birinə zidd olan mövqedir. Sənəddə qeyd olunur ki, Azərbaycan torpaqlarının 20 faizi, Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır və BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib. “Biz ürəkdən inanırıq və ümid edirik ki, Siz Cənab Prezident, Nobel Mükafatı Laureatı olaraq, öz veto hüququnuzdan istifadə edib, Konqresin bu son qərarının qəbul olunmasına imkan verməyəcəksiniz” - deyə müraciətdə bildirilir.

Paylaş:
Baxılıb: 1015 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30