Azərbaycanda yüksək inkişaf etmiş müdafiə sənayesi sektoru mövcuddur
22.12.2009 [11:11]
Azərbaycanın hərbi-sənaye kompleksində dinamizm meyillərinin artması respublikamızın hərbi qüdrətinin güclənməsi üçün dərin baza yaratmaqdadır. Son illərdə müdafiə sənayesi bölməsində davamlı islahatların həyata keçirilməsi bu sektorun inkişafını şərtləndirməklə yanaşı, ölkəmizdə hərbi sənayenin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Hərbi sənaye sektoru respublikamızda yeni sahə olsa da genişmiqyaslı islahatların həyata keçirilməsi bu bölmənin həddindən artıq pozitiv inkişafına əsaslı zəmin yaradıb. Azərbaycanda qeyd olunan sahənin dirçəldilməsi üçün mükəmməl bazanın və hərbi sənaye infrastrukturunun olması, elmi-tədqiqat müəssisələrinin potensial gücünün səfərbər edilməsi, ən yeni texnologiyaların tətbiq olunması müdafiə sənayesi sektorunda inkişafa impuls verib.
Azərbaycanda hərbi-sənaye təyinatlı məhsulların istehsalı üçün kifayət qədər infrastruktur baza genişdir və onların yeniləşdirilməsi bir çox ən müasir silah və sursatların istehsalına imkan verir. Məsələn, hərbi müdafiə sənayesinin onurğa sütunları kimi qiymətləndirilən “Radioquraşdırma”, “Azon”, “Araz”, “Peyk”, “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri və “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Telemexanika”, “Cihazqayırma” kimi strateji müəssisələrin maddi-texniki bazasının yenidən qurulması, modernləşdirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi hərbi təyinatlı məhsulların istehsalına başlamağa şərait yaradıb. Aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrdə 350-yə yaxın silah və sursat hazırlanır. Həmin məhsullar içərisində uzaq məsafəli minaatanlar, snayper tüfəngi, əl qumbaraatanı, müxtəlif növ tank əleyhinə minalar, optik nişangahlar, aviasiya təlim bombaları, maskalanma toru, müxtəlif döyüş sursatları və digər silah və sursatları göstərmək olar. “İstiqlal” tipli snayper tüfəngi, “İnam” və “Qürur” adlı tapançalar dünya hərbi sənaye məhsulları sırasında liderliyi ilə fərqlənir. “İstiqlal” snayperinin yeni modellərinin hazırlanması ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə mükəmməlcəsinə nail olmağa imkan verir. Son dövrlərdə silah arealına daxil olan, “İnam” və “Qürur” tapançaları hava temperaturunun ən aşağı olduğu şəraitlərdə belə tətbiq olunmaq xüsusiyyətlərinə malikdir. Bu tapançalar hərbi-texniki göstəricilərinə görə, keçmiş sovet istehsalı olan TT və “Makarov” modellərindən üstün hesab olunur. ölkəmizin istehsal etdiyi motodor və morodor tipli zirehli texnikanın ilk nümunələri də hərbi parametrlərinə görə xüsusi üstünlüyə malikdir. Eləcə də, digər müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin istehsal məhsulları ilə rəqabət aparmaq imkanlarına malikdir.
Xatırladaq ki, bu il aprelin 27-30 tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən və dünyanın müxtəlif ölkələrindən 463 şirkətin təmsil olunduğu IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF-2009) Azərbaycanın 27 adda müdafiə təyinatlı məmulatları nümayiş etdirilib. Respublikamızın təqdim etdiyi “İstiqlal” snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazları xarici şirkətlərdə dərin maraq yaradıb. 3 km məsafədə hədəfi dəqiqliklə vurmağa imkan verən bu unikal silah bəzi böyük dövlətlərin anoloji silahını geridə qoyur. 20 kq çəkisi olan “İstiqlal” snayperi hətta -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir və yağmur, palçıq, qar, toz təsirinə qarşı davamlılığı ilə fərqlənir. Hazırda “İstiqlal” snayperinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir və bu silahın hərbi təyinatını yüksək qiymətləndirən xarici ölkələrin müdafiə strukturları snayper almaq üçün ölkəmizə sifariş veriblər.
ümumiyyətlə, son üç ildə hərbi təyinatlı məhsulların istehsalı 2 dəfədən çox artıb. Bununla yanaşı, mülki təyinatlı məhsulların istehsalına da diqqətin artırılması bu sahədə əhəmiyyətli dərəcədə inkişafa səbəb olub. Son üç ildə mülki təyinatlı məhsulların istehsalı 3 dəfə yüksəlib. Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq hərbi təyinatlı müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və güclərinin artırılması nəzərdə tutulur ki, bu da yeni silah və sursatların istehsalına imkan verəcək. Bundan başqa, respublikamızda yaxın illərdə zirehli tank və aviasiya texnikası, optik cihazlar və naviqasiya qurğuları, artilleriya sistemləri, radiolokasiya stansiyaları və zenit-raket komplekslərinin yaradılması planlaşdırılır. Milli Aerokosmik Agentliyi kosmik sənayenin inkişafı üçün mövcud hərbi və strateji amilləri qiymətləndirir və bu istiqamətdə də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Həyata keçirilən layihələr ölkəmizə xaricdən müdafiə məhsullarının gətirilməsinin qarşısını alacaq, eyni zamanda, Azərbaycanın xarici bazarlarda hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınmasına səbəb olacaq. Bütün bunların müqabilində, respublikamızın hərbi-müdafiə qabiliyyətinin artması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi, ordunun peşəkarlıq səviyyəsinin və döyüş qüdrətinin yüksəlməsi işğal altında olan torpaqların hərbi yolla azad olunmasına imkan verir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

