"Freedom House" ideoloji imperalizmin təzyiq silahıdır...
23.12.2009 [09:20]
Dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdıran “Freedom House” təşkilatı növbəti dəfə öz hesabatı ilə müxtəlif ölkələrə qarşı qərəzli mövqe sərgiləyib. Təşkilat hazırladığı “Azadlıq xəritəsi-2009” adlı hesabatda əks etdirdiyi bir sıra subyektiv və ədalətsiz çalarlarla demokratik prinsipləri kobudcasına heçə sayıb və ənənəvi hesabatları kimi “Azadlıq xəritəsi-2009”da da dövlətlərin ərazi bütövlüyü, suverenliyi kimi beynəlxalq hüquqla təsbit olunmuş fundamental prinsip və normaları konkret güclərin dağıdıcı xarakterli maraqlarına qurban verib. Məsələn, Azərbaycanın əzəli torpağı və ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Azərbaycanla Ermənistanın ortaq ərazisi kimi göstərilməsi məhz bu qəbildən olan ədalətsizliklərdəndir. Əvvəla, Dağlıq Qarabağ Azərbaycanın tarixi faktlar və beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş tarixi ərazisidir. Bu, BMT başda olmaqla, aparıcı təşkilatların müvafiq qərar və qətnamələrində də öz əksini birmənalı şəkildə tapıb. Digər tərəfdən, hesabatda Cənubi Osetiya və Abxaziya Gürcüstanın, Dnestryanı respublika isə Moldovanın ərazisi kimi göstərilsə də, Dağlıq Qarabağın ortaq-müştərək ərazi kimi təqdim edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb.
Demokratik prinsip və normalar təzyiq vasitəsi kimi...
“Freedom House” kimi beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi altında çıxış edən təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayırlar. Bu təşkilatların fəaliyyətinin əsasında duran strateji funksiya isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Yəni, qlobal güclərin-aparıcı aktorların maraqları əsasında çıxış edən “Freedom House” kimi təşkilatlar nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də, milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir. Milli dövlətlər üzərində təsir vasitəsilə müxtəlif maraqlarını həyata keçirməyə çalışan güclər “Freedom House” kimi qurumlardan vasitə kimi istifadə edir. Qısacası, “Freedom House” da imperialist maraqları əsas tutan xidmətçi funksiyanı yerinə yetirir...
Əgər belə olmasaydı, insan hüquqları və azadlıqlarının ayaqlar altına alındığı, mülki vətəndaşlara qarşı terrorçu metodlardan istifadə edildiyi, heç bir demokratik prinsipin mövcud olmadığı Ermənistan “qismən azad” ölkə elan edilməzdi. Və ya mütəmadi sabitliyin hökm sürdüyü, demokratik prinsiplərin ən yüksək səviyyədə mühafizə edildiyi Azərbaycan Ermənistandan da aşağı səviyyədə qiymətləndirilməz, “qeyri-azad” ölkə kimi dəyərləndirilməzdi... Dolayısıyla, “Freedom House” konkret güclərin əlində olan ideoloji silah və vasitədir. Bu təcrübi gerçəklik təşkilatın hər bir hesabatında yer alan ədalətsiz və subyektiv çalarlarla öz təsdiqini çoxdan tapıb...
“Azadlıq xəritəsi-2009”un ziddiyyətli və qərəzli məqamları...
Qeyd etdik ki, “Freedom House” təşkilatının son hesabatı - “Azadlıq xəritəsi-2009” özündə olduqca ziddiyyətli məqamları ehtiva edir. Məsələn, terrorçu rejimin rəhbərlik etdiyi Ermənistan dövləti “qismən azad” ölkə kimi qiymətləndirilir. Amma bu zaman Ermənistanda hökm sürən daxili siyasi durumun hansı səviyyədə olduğu nəzərə alınmır. Və ya işğalçı ölkədə müxtəlif zaman kəsiklərində baş tutan seçkilər nə(lər) ilə, hansı dağıdıcı proseslər və olaylarla yadda qalır...
Digər ziddiyyətli məqam isə separatçı “Dağlıq Qarabağ”ın da “qismən azad” ölkə kimi dəyərləndirilməsidir. Təəssüfləndirici haldır ki, işğal, təcavüz hesabına yaradılan və fəaliyyəti heç bir hüquqi prinsipə əsaslanmayan separatçı rejim qınaq əvəzinə, qiymətləndirməyə layiq görülür. Bu mənfi tendensiya ərazi bütövlüyü prinsipinin heçə sayılması, pozulmasının bariz nümunəsidir. Bu, eyni zamanda, separatçılığın, terrorçuluğun dəstəklənməsi anlamına gəlir ki, bu da çox təhlükəli bir president yaradır. Ən ziddiyyətli hal isə müstəqil və demokraktik Azərbaycan Respublikasının “qeyri-azad” ölkələr sırasında göstərilməsidir. Təşkilatın qiymətləndirmə şkalasında əsas götürülən meyarların hamısına (dövlət və ya hökumət başçısının demokratik yolla seçilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının durumu və s.) yüksək səviyyədə cavab verən bir ölkənin - Azərbaycanın bu cür qiymətləndirilməsi təşkilatın nəzəri prinsipləri ilə praktik fəaliyyətinin olduqca ziddiyyətli olduğunu, üst-üstə düşmədiyini göstərir. Yəni, “Freedom House” öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutur...
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

