Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qaza görə olan borclarının silinməsi, vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb

Qaza görə olan borclarının silinməsi, vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb

31.12.2009 [01:57]

Prezident İlham Əliyevin məlum Fərmanını ekspertlər də yüksək qiymətləndirirlər
ötən sayımızda qeyd etdiyimiz kimi, son illər Azərbaycanda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı sahəsində mühüm tədbirlər həyata keçirilib, mövcud infrastrukturların yenidən qurulmasında ciddi irəliləyiş baş verib. ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə modul tipli elektrik stansiyaları quraşdırılıb, istismarda olan elektrik stansiyalarında yenidənqurma işləri həyata keçirilib, ötürücü stansiyalar, paylayıcı şəbəkələr, elektrik xətləri əsaslı təmir edilib. Bununla yanaşı, ötən dövrdə əhalinin içməli suya olan tələbatının yüksək olduğu nəzərə alınaraq şəhər və rayonlara yeni su xətlərinin çəkilməsi, suvarma sistemlərinin quraşdırılması, kanalizasiya xətlərinin yeniləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Görülən işlərin bariz nümunəsi kimi, Qəbələ-Bakı su xəttini göstərmək olar ki, bu da yaxın vaxtlarda paytaxtın keyfiyyətli içməli su ilə təchizatında böyük rol oynayacaq mühüm layihədir. Son illər şəhər və rayonların, qəsəbə və kəndlərin təbii qazla təchizatı sahəsində ciddi işlər görülüb və ölkə üzrə qazlaşdırma 80 faizi keçib. Təcrübə göstərir ki, hətta inkişaf etmiş ölkələrdə qazlaşdırma sahəsində belə yüksək nəticə əldə edilməyib. Görülən tədbirlər nəticəsində, hətta, sovet dövründə qazla təchiz olunmayan yaşayış məntəqələri belə qazlaşdırılıb, qaz təchizatı infrastrukturu müasir standartlara uyğunlaşdırılıb, vətəndaşların mənzilləri, idarə və müəssisələr, əsasən, sayğacla təmin edilib. Sayğaclaşdırma başa çatan dövrədək, yəni 2000-2009-cu illərdə təbii qazın istifadəsinə görə iri miqdarda borclar yığılıb, əhalinin bir qismi bu borcları ödəməkdə çətinlik çəkib. ödənişlərin vaxtında həyata keçirilməməsi, böyük məbləğdə borcların yığılması isə əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırırdı. Sayğaclaşdırmanın başa çatdırılması təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsini zəruri edib. Bir sözlə, kommunal problemlərin həllində, insanların bu sahədə yüksəksəviyyəli xidmət ilə əhatələnməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirən dövlət bu işdə hər zaman vətəndaşlarımızın rifah halını nəzərə alır. Məhz, Prezident İlham Əliyevin əhalinin qazdan istifadəyə görə olan borclarının silinməsilə bağlı Fərman imzalaması bu baxımdan təqdirəlayiq hal hesab olunmalıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Fərmanı ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinib. Dövlətimizin başçısının bu addımı əhali ilə yanaşı ekspertlər tərəfindən də yüksək qiymətləndirilir.
- Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli: Cənab Prezident İlham Əliyevin məlum Fərmanını birbaşa olaraq insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış addım kimi dəyərləndirirəm. çünki, bəzən insanlar sosial müdafiəni yalnız maaşların və pensiyaların artırılmasında görürlər. Amma, bu yanaşma sosial müdafiə anlayışının mənasını məhdudlaşdırır. Dövlət başçısı bu Fərmanı imzalamaqla insanların qazdan istifadəyə görə 320 milyon manatdan artıq borcunu silib. Bunun özünün sosial müdafiənin gücləndirilməsinə birbaşa aidiyyatı var. Ona görə də, mən cənab Prezident İlham Əliyevin bu addımını vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması prizmasından yüksək qiymətləndirirəm.
- Millət vəkili Jalə Əliyeva: ümumiyyətlə, Azərbaycanda dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Prezident İlham Əliyev bu Fərmanı imzalamaqla bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu və yuxarıda söylənilən fikrin həqiqiliyini sübut etdi. Əlbəttə ki, Prezident İlham Əliyevin Yeni il öncəsi belə bir Fərman imzalaması Onun insanlarımıza olan bir hədiyyəsidir. Düşünürəm ki, dövlətimizin başçısının vətəndaşlarımıza olan diqqət və qayğısının göstəricisi olan bu Fərman sosial mahiyyəti ilə bərabər psixoloji yük də daşıyır. Yəni, sayğacların quraşdırılmasına qədər vətəndaşlarımızın əksəriyyətinin qazdan istifadəyə görə müəyyən miqdarda borcu yığılmışdı. Bu da həmin ailələrdə sıxıntılar yaradırdı. Məhz, Prezident İlham Əliyev əhalinin qazdan istifadəyə görə yığılmış borclarının silinməsi haqqında Fərman imzalamaqla həmin insanları sözügedən sıxıntıdan xilas etdi.
- YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov: Təbii ki, dövlətimizin başçısının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində borcların silinməsi haqqında imzaladığı Fərman cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fərmanı həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımdır, həm də istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyəti tənzimləmək məqsədi daşıyır. Digər tərəfdən, Fərman əhalinin kommunal xidmətlərə görə ödəniş sahəsinə yenilik gətirərək, onun müasir standartlara uyğun tənzimlənməsini nəzərdə tutur. Bununla da, əhali istehlak etdiyi təbii qazın pulunu vaxtı-vaxtında və tam həcmdə ödəyir, dövlət isə əhalinin fasiləsiz olaraq keyfiyyətli təbii qazla təchizatı sahəsində üzərinə düşən vəzifələri yerinə yetirir.
Millət vəkili Məlahət İbraşimqızı: Cənab Prezident İlham Əliyevin əhalinin qazdan istifadəyə görə olan borclarının silinməsi ilə bağlı verdiyi Fərmanın dəyəri çox yüksəkdir. Yeni Fərmanla əhalinin borclarının silinməsi insanlara ən böyük dövlət qayğısının bariz nümunəsidir. Bu Fərman dövlətimizin apardığı siyasətin nə dərəcədə humanist, sosial yönümlü olduğunu növbəti dəfə nümayiş etdirdi. Artıq insanlarda da dövlət büdcəsi, işıq, qaz və digər xərclərin ödənilməsi ilə bağlı bir ənənə, vərdiş, mədəniyyət formalaşıb. Ona görə, düşünürəm ki, Prezidentimizin imzaladığı Fərman bu ənənə, vərdiş, mədəniyyətin daha da inkişafına səbəb olacaq.
Millət vəkili Aydın Mirzəzadə: Bu addım bir daha atılan addımların nə qədər düzgün olduğunu göstərir. Əhalinin qaz borclarının silinməsi ilə dövlət vətəndaşlarının qayğısına nə dərəcədə qaldığını bir daha nümayiş etdirdi. Dünyanı iqtisadi böhran cənginə aldığı bir vaxtda dövlətin apardığı məqsədyönlü siyasət öz bəhrəsini verir. Düşünürəm ki, Fərmanın icrasında dövlət büdcəsi hansısa çətinliklərlə üzləşməyəcək.
Millət vəkili Gövhər Baxşəliyeva: Prezident İlham Əliyevin əhalinin təbii qaza olan borclarının silinməsi haqqında Fərmanı çox müsbət haldır. Belə bir addım qaz istehlakçılarına böyük bir hədiyyədir. Həqiqətən də bu sahədə müəyyən problemlər var idi, əhalinin bəzi təbəqələri qaz haqqını ödəyə bilmirdi. Eyni zamanda, insanlar təbii qazdan sayğacların olmadığı müddətdə istifadə ediblər, lakin onların üzərinə külli miqdarda borc yazıldığından bu məbləği ödəyə bilmirdilər. Bu vəziyyətdə belə bir Fərmanın imzalanması böyük sosial xarakter daşımaqla dövlətin humanist siyasətinin göstəricisidir. Bununla yanaşı, vəziyyətdən sui-istifadə edib vaxtında qaz borcunu ödəməmək də düzgün deyil. Biz azərbaycanlıyıq və hər kəs bu məsələyə şüurlu yanaşmalıdır.
Göründüyü kimi, ekspertlər də Prezident İlham Əliyevin məlum Fərmanını yüksək qiymətləndirir və bunun insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablandığını söyləyirlər.
Amma, vaxtaşırı olaraq bu cür qərarların qəbul edilməsi, eyni zamanda, vətəndaşlarda istifadə olunmuş qaza görə, borcun ödənilməsinə daha məsuliyyətli yanaşmanı formalaşdırmalıdır. Yəni, istehlakçılar ödənişləri vaxtı-vaxtında həyata keçirilməsinə məsuliyyətlə yanaşmalı, bundan sonrakı dövrdə borcların yığılmasına yol verməməlidirlər.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1176 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30