Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər

31.12.2009 [01:56]

Uşaq evlərində çalışan ixtisaslı kadrlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyada təcrübə keçəcəklər. Bu layihə Heydər Əliyev Fondu ilə Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçəcək. Almaniyanın Uşaq və Gənclərə Qayğı Fondu İdarə Heyətinin direktoru Torsten Frike deyib ki, əməkdaşlıq çərçivəsində uşaq evlərində çalışan azərbaycanlı və almaniyalı ixtisaslı kadrların hər iki ölkədə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.
Almaniyalı qonaq Heydər Əliyev Fondunun uşaq evlərinin vəziyyətinin yaxşılaşdırılması sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Fondun təşkil etdiyi Yeni il şənliyinə dəvət olunan T.Frike Heydər Əliyev Fondu ilə ikitərəfli əməkdaşlığın yaxşı nəticə verəcəyinə əminliyini bildirib. O, deyib ki, mən Fondun dəstəklədiyi həm yeni tikilən, həm də əsaslı bərpa olunan uşaq evlərinin vəziyyəti ilə tanış olmuşam. Demək istəyirəm ki, bu evlərdə vəziyyət çox yaxşıdır. ümid edirəm ki, əməkdaşlığımız yaxşı nəticə verəcəkdir. Biz bir-birimizdən çox şey öyrənə bilərik.  Bizim əsas məqsədimiz ixtisaslı kadrların mübadiləsi ilə bağlıdır.

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30