Bələdiyyə seçkiləri şəffaf və demokratik şəraitdə baş tutub
07.01.2010 [01:15]
Yola saldığımız 2009-cu ilin ən böyük siyasi hadisələrindən biri də ölkəmizdə keçirilən bələdiyyə seçkiləri oldu. ümumiyyətlə, azad, ədalətli, şəffaf şəraitdə keçirilən seçkilər müasir Azərbaycanın inkişafında xüsusi yer tutur.
Avropaya inteqrasiya edən demokratik dövlət olaraq ölkəmiz hər zaman yeni seçki texnologiyalarından istifadə edib və bu istiqamətdə bütün yeniliklərin tətbiqindən çəkinməyib. Daha doğrusu, Azərbaycanda hər bir sahədə olduğu kimi, seçki texnologiyalarının inkişaf etdirilməsi istiqamətində də davamlı şəkildə mütərəqqi addımlar atılır. Bu isə, ölkəmizdə formalaşan seçki mədəniyyətinin ildən-ilə inkişaf etdirilməsinə stimul yaradır. Məsələn, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamı, bu istiqamətdə aparılan ən böyük işlərdən sayılmalıdır. 2005-ci il parlament seçkiləri öncəsi imzalanan bu Sərəncam demokratik seçkilərin keçirilməsi üçün yaradılan şəraiti tam şəkildə özündə əks etdirdi. Və ya bu istiqamətdə atılmış onlarla addım, görülmüş tədbirlər var ki, hamısı yalnız bir məqsədə - ölkəmizdə azad, ədalətli, demokratik, şəffaf seçkilərin keçirilməsinə xidmət edir. Məhz atılan bu addımların, həyata keçirilən islahatların nəticəsidir ki, istər 2008-ci ildə keçirilən prezident seçkisi, istər 2009-cu ilin mart ayında keçirilən referendum (ümumxalq səsverməsi), istərsə də ötən il dekabrın 23-də baş tutan bələdiyyə seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətlənidirilib. Heç uzağa getməyək, sonuncu bələdiyyə seçkilərində şəffaflığın təmin edilməsi üçün bütün imkanların yaradıldığı prosesi izləyən beynəlxalq təşkilatların nümayəndələrinin dilindən də səsləndi. Eyni zamanda, bir sıra müxalifət partiyalarının məntəqələrdəki nümayəndələri və müşahidəçiləri də seçkinin şəffaf və ədalətli keçdiyini etiraf etdilər. Lakin radikal müxalifət öz “ənənəsinə” sadiq qalaraq, yenə də əsassız iddialar səsləndirməkdədir. Bəs, görəsən radikal müxalifətin bu dəfə də bələdiyyə seçkilərinin nəticələri ilə bağlı əhəmiyyətsiz hay-küy yaratmaq cəhdlərinin əsl səbəbləri hansılardır?
Bu suala cavab vermək üçün öncə bələdiyyə seçkilərinin mahiyyətinə toxunmaq yerinə düşər. Daha doğrusu, hər kəsə bəllidir ki, bələdiyyə seçkilərini digər seçkilərdən fərqləndirən başlıca cəhətlərdən biri bunun yerli seçki olmasıdır. Yəni, bu seçkidə iştirak etmək üçün siyasi qüvvələrin və ya seçkidə iştirak edən şəxslərin yerlərdə, yaxud namizədliyin irəli sürüldüyü ərazidə nüfuzu, gördüyü işlər və bələdiyyə strukturuna verə biləcəyi fayda əsas rol oynayır. Ənənəvi olaraq hələ seçkilərdən öncə nəticələrlə bağlı “proqnozlar” verən, istənilən üsulla ölkədəki sabitliyə mane olmağa çalışan radikal müxalifət qüvvələri isə lap başından bələdiyyə seçkilərindən qorxurdu desək, yanılmarıq. çünki vurğuladığımız kimi, bələdiyyə seçkiləri bu “partiyaların” yerlərdəki “gücünü” ortaya çıxardı. Bölgələrdə irəli sürməyə namizəd tapa bilməyən həmin partiyalar bu gün “seçki saxtakarlığından” dəm vurur, öz gücsüzlüyünü arxa plana atmaq üçün yalanlar danışır.
Bəlli olduğu kimi, hakim Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində vahid siyahı ilə iştirak etdi. Yəni, hər bir rayonda, hər bir kənddə bələdiyyələrə YAP üzvlərinin namizədliyi irəli sürüldü və seçim yüzminlərlə partiya üzvünün arasında aparıldı. Amma “birləşək, ya birləşməyək” dilemmaları ilə seçkiqabağı, təşviqat və seçki dövrünü başa vuran, bələdiyyə üzvlüyünə namizəd irəli sürmək üçün adam tapmayan radikal müxalifət partiyaları bu gün bəzi maraqlı qüvvələrin təhriki ilə ölkəmizdə keçirilən seçkilərin üstünə kölgə salmağa cəhd göstərir. Lakin hər zaman olduğu kimi, müxalifətin bu addımları da nəticəsiz qalacaq. Sadəcə olaraq seçkilərdən sonra qeyri-ciddi açıqlamaları ilə gündəmə gəlmək istəyən bu qüvvələr xalqın onları tarixin qaranlıq səhifəsinə çevirməsi ilə razılaşa bilmirlər.
Maraqlıdır ki, seçkidən sonra ikinci ongünlüyü yaşasaq da bələdiyyə seçkilərindən küskün qalmış radikal müxalifət partiyaları yenə də istinadgah nöqtəsi kimi xalqın iradəsinə deyil, bəzi xarici qüvvələrə üz tuturlar. Yalnız subyektiv fikirlərə əsaslanan, arxasında isə heç bir fakt və arqument olmayan açıqlamalar məntiqsiz hay-küydən başqa bir şey deyil. çünki ortada seçkini müşahidə edən xeyli sayda həmin müxalifət partiyalarının müşahidəçilərinin rəyi var. Onlar və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın seçki texnologiyasının hətta bir sıra Avropa ölkələrindən öndə olduğunu söyləyib. Seçkidə uğur qazanan Yeni Azərbaycan Partiyasının təmsilçiləri isə həmin müxalifət partiyalarından fərqli olaraq bütün seçki dövründə ən ucqar kəndlərə gedərək seçicilərlə görüşüblər, bələdiyyə seçkiləri ilə bağlı məlumatların təbliğinə yardımçı olublar. Görəsən, həmin tədbirlərin keçirildiyi vaxtlarda radikallar nə ilə məşğul idilər? Cavab birdir... Onların xalqın qarşısına çıxacaq üzü yoxdur.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

