Müxalifət qəzetlərinin növbəti uydurması
07.01.2010 [01:25]
2009-cu il dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ölkəmizin hər yerində yüksək seçici fəallığı şəraitində baş tutub. Seçkiləri izləyən beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri ilə yanaşı, yerli müşahidəçilərin də ümumi qənaəti bu yöndə olub ki, seçkilər beynəlxalq standartlara tam cavab verməklə, azad, ədalətli və şəffaf keçirilib. Lakin bələdiyyələrə irəli sürməyə namizəd belə tapa bilməyən bəzi siyasi partiyalar hələ də seçkilər ətrafında şou yaratmağa çalışırlar. Dünən bir sıra müxalifət qəzetlərində yer alan bəzi əsassız iddialar da bunu təsdiqləyir.
Belə ki, müxalifət partiyalarının nəzarətində olan “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin dünənki sayında guya Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və seçkilərdə məğlub olmuş 150 nəfər partiya üzvünün Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçirməsi haqqında iddialara yer verilib. Bu iddialara münasibət bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, müxtəlif siyasi dairələrin tapşırıqlarını icra edən bəzi qəzetlər yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla bu məsələ ətrafında şou yaratmaq istəyirlər: “Ən böyük məsuliyyətsizlik ondan ibarətdir ki, həmin qəzetlər 11 nəfəri 150 nəfər kimi təqdim etməyə çalışırlar. Yəni əslində, haqqında danışılan etiraz tədbirində iştirak edənlərin sayı cəmi 11 nəfər olduğu halda, müxalifət qəzetləri bu sayın 150 nəfər olduğunu iddia edir. Bu şəxslər də konkret olaraq 2 kəndin - Sabirabad rayonunun Qruzma və Moranlı kəndlərinin sakinləridir. Şikayət edən Qruzma sakinlərinin sayı 6 nəfərdir. Onlardan yalnız bir nəfəri - Arif Məmmədov adlı şəxs Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 2008-ci ildə partiyaya üzv qəbul olunub. Həmin şəxsin də namizədliyi partiya tərəfindən deyil, özünün təşəbbüsü ilə irəli sürülüb. 5 nəfər isə bitərəflər və digər partiyaların üzvləridir. Hətta bizdə məlumatlar var ki, bu şəxslər Sabirabaddan olan müxalifətçi millət vəkilinin yaxın adamlarıdır. Moranlı kəndindən olan 5 nəfər şikayətçinin isə yalnız 2 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. Digər 3 nəfər isə başqa partiyaların üzvləridir. Yeni Azərbaycan Partiyasından olan 2 nəfərin isə yalnız 1 nəfərinin namizədliyi partiya tərəfindən irəli sürülüb. O biri partiya üzvü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Göründüyü kimi, bu 11 nəfər içərisində yalnız 1 nəfərin namizədliyi partiya tərəfindən irəli sürülüb. Qəzetlərdə yer alan məlumatlar isə yalan və böhtandan başqa bir şey deyil”.
Azərbaycanda bələdiyyə seçkilərinin çox azad, ədalətli, şəffaf, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, keçirildiyini bir daha bəyan edən Siyavuş Novruz vurğulayıb ki, bu seçkilərdə ümumilikdə 31 mindən artıq namizəd irəli sürülüb: “İndi kimsə hesab edirsə ki, seçkilərdə necəsə, hansısa formada qanun pozuntusu olubdur, həmin şəxslər qanunvericilikdə nəzərdə tutulan instansiyalara müraciət edə bilərlər. Belə ki, əvvəlcə Dairə Seçki Komissiyasına, sonra Mərkəzi Seçki Komissiyasına, məhkəmələrə və hətta prokurorluq orqanlarına müraciət etmək olar. O cümlədən, MSK tərəfindən bütün məsələlər araşdırılır, harada qanuna zidd hərəkət baş veribsə, dərhal müvafiq tədbirlər görülür. Biz bir neçə məntəqədə və dairələrdə bunun şahidi olduq”.
Millət vəkili daha sonra vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə 16 minə yaxın namizəd irəli sürmüşdü. Onlardan bir qismi seçkilərdə qalib gəlib, bəziləri isə xalqın etimadını qazana bilməyiblər. Bunu da təbii qarşılamaq lazımdır: “Bu mübarizədir, kimsə qalib gələ bilər, kimsə məğlub ola bilər. Bunu isə yalnız xalqın iradəsi müəyyənləşdirir. Xalq kimi layiq görürsə, ona da səs verir. Kiminsə şikayət etməsini də təbii qarşılayıram. Şikayət etmək hər bir insanın hüququdur. Amma bunun da konkret hüquqi qaydaları mövcuddur. ABŞ-da konqresmenlər seçki ərəfəsində 2 bəyanat hazırlayırlar. Birində yazılır ki, seçildiklərinə görə, xalqa minnətdardırlar. Digərində isə yazılır ki, seçkilər saxtalaşdırıldığına görə, məğlub olublar. Əgər seçilsə birinci, seçilməsə ikinci bəyanatı verir. Yəni bu, dünyanın hər bir yerində olan bir şeydir. Azərbaycanda da 31 mindən artıq namizəd vardı və bir neçə nəfərin narazı qalması o demək deyil ki, seçkilər normal keçməyib. Əksinə, mən hesab edirəm ki, həmin şəxslərin iddiaları heç bir fakta söykənmir. Bunları kimlərsə öyrədir, kimlərdənsə eşitdiklərini danışırlar. Yeri gəlmişkən, onu da qeyd edim ki, Qruzma kəndindən olan şikayətçilər artıq öz şikayətlərini geri götürüblər. Mənim diqqət çəkmək istədiyim başqa bir məqam da var. Bu məlumatlar o partiyaların nəzarəti altında olan qəzetlərdə işıq üzü görür ki, həmin partiyalar Azərbaycan ərazisində olan bələdiyyələrin heç 1 faizinə belə namizədlərini irəli sürə bilmədilər. Həmin partiyanın cəmi 4 nəfər namizədi bələdiyyə üzvü seçilib. Bu biabırçılığın səbəblərini aydınlaşdırmaqdansa, bələdiyyə seçkiləri ətrafında şou düzəltməyə çalışırlar. Amma unutmasınlar ki, Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər yalnız və yalnız hüquq müstəvisində həll oluna bilər. Hətta hansısa məntəqədə qanun pozuntusu baş veribsə belə, bunun aradan qaldırılmasının hüquqi yolları mövcuddur”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

