/ / Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir
17.12.2019 [10:03]
Dövlət həyatının bütün sahələrində aparılan islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır
Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Milli inkişaf modelinin uğurla tətbiq olunması, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Çoxşaxəli islahatlar qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edən mühüm faktor olaraq qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Dövlətimizin başçısının bildirdiyi kimi: “Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir”.
Respublikamızda həyata keçirilən genişmiqyaslı reformalardan bəhs edərkən struktur, institusional və kadr islahatlarının əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. Məlum olduğu kimi, Azərbaycanın davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Bütövlükdə, 2019-cu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarların qəbul edilməsi, bu istiqamətdə işlərin daha aktiv fazaya daxil olması müsbət nəticələr verməklə yanaşı, təqdirəlayiq hal kimi diqqəti cəlb edir.
Ölkəmizdə institusional islahatların davamı olaraq kadr siyasətində də keyfiyyətcə yeni mərhələ başlanıb. Dövlətimizin başçısı bu məqamlara toxunaraq “Struktur islahatları ilə bərabər, kadr islahatları da aparılır. Struktur islahatlarına gəldikdə, cəmiyyət bu islahatları yüksək qiymətləndirir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edildi, Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir”, - deyə bildirib. Bütövlükdə, idarəetməyə daha yüksək keyfiyyətlərə malik kadrlar cəlb olunur, dinamizm və çevikliyin artırılması məqsədilə kadr islahatları uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir”.
Sosial sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar əhalinin rifahının daha da yaxşılaşmasını təmin edib
O da qeyd edilməlidir ki, həyata keçirilən islahatlar ölkəmizin milli gücünün artmasını təmin etməklə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşmasını şərtləndirir. Ümumiyyətlə, ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı səmərəli sosial siyasət həyata keçirməyə imkan verib, Azərbaycanın spesifik - unikal sosial dövlət modeli formalaşıb. Artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır. Son 16 ildə Azərbaycanda əməkhaqları, pensiyalar dəfələrlə artırılıb, 2003-2018-ci illərdə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enib.
Ekspertlərin də vurğuladığı kimi, Azərbaycanda sosial siyasətin səmərəliliyini təmin edən çox mühüm amillərdən biri bu sahədə davamlı islahatların həyata keçirilməsidir. Ölkə başçısı tərəfindən bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, 2019-cu ilin əvvəlindən etibarən sosial islahatlar daha aktiv fazaya daxil olub. Cari ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində Fərman və sərəncamlar imzalaması 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım olub və bu məqsədlər üçün 1,5 milyard manat ayrılıb. Cari ilin əvvəlindən minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir. 2 milyondan çox insanı əhatə edən yeni sərəncamlar isə həm dövlət orqanlarında, həm də özəl sektorda çalışanların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb, yüz minlərlə köçkünə yeni evlər verilib, yeni mənzillər təqdim edilib. Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlərin, müavinətlərin, mənzillər və minik avtomobillərinin verilməsi də xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”.
Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin humanizm və sosial ədalət prinsiplərinə söykəndiyini, bu siyasətin mərkəzində ölkə vətəndaşlarının mənafeyi və rifahının dayandığını bir daha təsdiq edir.
Azərbaycan vətəndaşları aparılan genişmiqyaslı islahatların nəticələrini yüksək qiymətləndirirlər
Mühüm məqamlardan biri budur ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, həyata keçirilən islahatların müsbət nəticələrini çox yüksək qiymətləndirdiklərini, bütövlükdə isə, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Yeri gəlmişkən, dövlətimizin başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məqamlara toxunaraq “...Xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir”, - deyə bildirib. Prezident İlham Əliyev əhalinin mütləq əksəriyyətinin iqtidara alternativ görmədiyini deyib. Həqiqətən də, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.
Bütövlükdə, idarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56

