Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
20.12.2019 [09:48]
Qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dekabrın 19-da Komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçiriblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seçkilərdə şəffaflığın təmin edilməsində xüsusilə mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılması istiqamətində son hazırlıq işləri ilə tanış olan MSK sədri və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri prosesin seçki qanunvericiliyinin tələblərinə uyğun dəqiqliklə yerinə yetirilməsi üçün öz tövsiyələrini veriblər.
Qeyd etmək lazımdır ki, dekabrın 23-də bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi məqsədi ilə bütün zəruri addımlar atılıb. Yerli və beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər aşkarlıq institutlarının seçki prosesi boyunca azad və sərbəst fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılıb. Seçkilərdə bütün digər vasitələrlə yanaşı, ən son innovativ nailiyyətlərdən səmərəli istifadə olunması səsvermə günü prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyə, arasıkəsilmədən müşahidə aparmağa və şəffaflığın daha geniş miqyasda təmin edilməsinə imkan verir.
Azərbaycanın seçki təcrübəsində 11 ildir uğurla tətbiq edilən və səsvermə günü seçki məntəqələrində prosesləri internet vasitəsilə hər kəs üçün açıq platformada canlı nümayiş etdirən veb-kameralardan bu il keçiriləcək bələdiyyə seçkilərində də istifadə olunması nəzərdə tutulub. Seçki məntəqələrində səsvermə günü proseslərinin birbaşa izlənilməsi üçün bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (bələdiyyə seçkiləri keçirilən məntəqələrin təqribən 20 faizində) quraşdırılan veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün kameraların tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi daim diqqətə saxlanılır. Veb-kameralar seçki günü internet istifadəçilərinə istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini fasiləsiz müşahidə imkanı yaradacaq.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

