Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daha bir töhfə...
19.02.2010 [09:46]
“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi 2007-ci ildən rəsmi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi gənclər arasında əməkdaşlığın və əlaqələrin inkişafına kömək etmək, onların ölkənin elmi, ictimai, mədəni, həyatında fəal iştirakını təmin etməkdir. Mərkəz gənclərin potensiallarından məqsədyönlü şəkildə istifadə edərək ölkəmizin həqiqətlərinin təbliğ edilməsində daha fəal və ardıcıl iştirak etməyi istiqamətlərindən biri kimi müəyyən edib, həmçinin, Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan addımların, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv çatdırılması kimi məsələləri öz qarşısına məqsəd qoyub. Mərkəz, həmçinin, xaricdə təhsil alan azərbaycanlı gənclərlə əlaqələr quraraq, təhsil aldıqları ölkədə respublikamızın təbliği istiqamətindəki fəaliyyətlərində onlara yaxından kömək etməyi özünün digər prioriteti kimi müəyyən edir. Mərkəzin tərkibində istedadlı gənclərdən ibarət “Gənc Diplomatlar”, “Prezident Təqaüdçüləri” və. s kimi klublar fəaliyyət göstərir.
Son zamanlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində böyük uğurlar əldə olunmaqdadır. Dövlət başçısı İlham Əliyevin “ən yaxşı müdafiə hücumdur” taktikasını əsas tutaraq, bir çox təşkilatlar, QHT-lər, ayrı-ayrı mərkəzlər müxtəlif səviyyələrdə təbliğat işini quraraq erməni saxtakarlığına ardıcıl zərbələr endirirlər. Bu sırada əlbəttə ki, Heydər Əliyev Fondunun gördüyü işlər xüsusilə qeyd olunmalıdır. Dağlıq Qarabağın tarixi, mədəniyyəti, təbiəti və digər xüsusiyyətləri haqqında kitablar, bukletlər nəşr etdirərək dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə sərgilənir, həmin dövlətlərin vətəndaşları ermənilərin tarixi saxtalaşdırmaqla bağlı fəaliyyətindən xəbər tuturlar.
Eyni zamanda, dövlətin bu yöndə fəaliyyətinə töhfə verən digər təşkilatlar da var ki, onların da işləri diqqət cəlb edir. Onlardan biri də “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzidir. “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi Qarabağla bağlı internet resursu yaratmaqla erməni saxtakarlığına növbəti zərbəni vurmuş olub.
Mərkəzinin rəhbəri Yusif Ağayevin sözlərinə görə, qloballaşan dünyada dolğun və operativ informasiyanın əldə edilməsinin yollarından biri də internetdən istifadə etməkdir: “Təcrübə göstərir ki, müasir dünyada digər mübarizə metodlarına nisbətən informasiya mübarizəsi metodu nailiyyət əldə etmək üçün daha effektivdir. Məhz təqdim olunan layihənin əsas məqsədi Qarabağla bağlı internet resursu yaratmaqla yanaşı, informasiya mübarizəsində Azərbaycan dövlətinin Qarabağla bağlı apardığı xəttə dəstək verməkdən ibarətdir. Bununla yanaşı, kütləvi və elektron informasiya resurslarında olan məlumatları təhlil edərək vahid mərkəzdə toplamaq, Qarabağ haqqında ətraflı informasiya resursu yaratmaq, internet resursu vasitəsi ilə virtual lobbiçilik, diaspora funksiyasını həyata keçirmək, informasiya mübarizəsinə qoşulmaq məqsəd kimi seçilib. Araşdırmalar göstərir ki, Qarabağla əlaqədar məlumatlar internet şəbəkəsində azdır, böyük bir qismi isə təəssüf ki, Azərbaycana məxsus deyil. Nəzərə alsaq ki, informasiya mübarizəsi sahəsində son illərə qədər nailiyyətlərimizlə sevinməyimizə əsasımız çox deyil, o halda məsələnin aktuallığını göz önündə canlandırmaq daha da asan olar”.
Yusif Ağayev söyləyib ki, bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox önəmli bir məsələdir: “İnformasiya mübarizəsi artıq silahlı mübarizəyə alternativ kimi qiymətləndirilə bilər. Son iki əsrdə yüz minlərlə həmvətənlərimiz mərhələ-mərhələ həyata keçirilən soyqırım, etnik təmizləmə və deportasiya siyasətinin qurbanı olub. Bu antibəşəri siyasətin 1988-ci ildən başlayan növbəti mərhələsinin hamımız canlı şahidləriyik. Azərbaycanın əzəli və ayrılmaz ərazisi olan Qarabağda erməni separatizmi, torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan artıq vətəndaşımızın dədə-baba yurdlarından didərgin salınması, kütləvi qətl və qırğınlar, terror aksiyaları, işğal edilmiş ərazilərimizdə misli görünməmiş erməni vandalizmi - bütün bunlar, təəssüflə qeyd edilməlidir ki, müasir dünyanın gözü qarşısında baş verib.
Biz eyni hədəfə doğru hərəkət etməklə, birgə elmi potensialımızı, əməkdaşlıq əlaqələrimizi gücləndirməklə mənfur erməni təbliğatını durdura, dünyanı öz haqq işimizə inandıra bilərik. Bu işdə Azərbaycan gənclərinin böyük elmi potensialının olması sevinc və qürur hissi yaradır. Bu potensialdan səmərəli istifadə etmək isə hər birimizin üzərinə düşən məsuliyyətdir. ölkə Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, biz informasiya mübarizəsində hücuma keçməli, daha da fəallaşmalıyıq.
Bütün bunları nəzərə alaraq və cənab Prezidentin çağırışına dəstək vermək məqsədi ilə vətəndaşlıq borcu hesab etdiyimiz bu layihəni reallaşdırmaq qərarına gəldik. Bu yönümlü layihələrin, elmi tədqiqatların çox olması olduqca əhəmiyyətlidir. Bu, həm dövlətçilik, həm də yetişməkdə olan yeni gənc nəslin tariximizə biganə qalmamaları baxımından olduqca zəruri işlərdir. Təbiidir ki, internet resursunun yaradılması. Qarabağla əlaqədar operativ məlumatların əldə etməkdə çətinliyi aradan qaldırır. Bu isə öz növbəsində böyük vaxt itkisinin qarşısını alır, Qarabağla əlaqədar lobbiçilik və diaspora fəaliyyətində olan müəyyən çatışmazlıqları aradan qaldıraraq, resurs vasitəsi ilə virtual lobbiçilik və diaspora funksiyasını həyata keçirməyi mümkün edir. Müasir dövrdə informasiyanı operativ əldə etmək metodunun, habelə formalaşmaqda olan yeni gənc nəslin informasiya əldə etmək marağının daha çox internet üzərindən olduğunu nəzərə alaraq gənclərin bu sahədə maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyə olunmasında yeni bir istiqamət olacağı qənaətindəyik”.
Mərkəz rəhbəri onu da xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasnın YUNESKO Mərkəzi Qarabağa həsr olunmuş internet resursunun hazırlanmasına başlayıb: “Layihənin həyata keçirilməsi bir necə mərhələni əhatə edib. Birinci mərhələdə internet resursunun işçi qrupu yaradılıb, onun ümumi konsepsiyası, strategiyası və strukturu müəyyənləşdirilib. 2007-ci ildən internet portalın 4 dildə hazırlanması və paralel olaraq ilkin məlumatların toplanılması mərhələsi başlayıb. Materialların toplanılması prosesində bir çox təşkilatlarla yaxından əməkdaşlıq edilib. Onların arasında Şuşa rayon İcra Hakimiyyəti, Dağlıq Qarabağın Azərbaycanlı İcması, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyası, AMEA-nın Botanika və Zoologiya İnstitutları olub. Layihənin növbəti əsas mərhələsi “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi ilə əldə olunmuş fəaliyyət haqqında sazişdən sonra davam etdirilib. Bu mərhələdə toplanan informasiyalar daha da zənginləşdirilib, məlumatların təhlili aparılıb, onlar komplekləşdirilib, partal struktur və texniki cəhətdən təkmilləşdirilib, ictimaiyyətə təqdim edilib. Hesab edirik ki, resursu daha da təkmilləşdirərək, digər dillərə tərcümə edərək Qarabağ haqqında daha geniş internet resursuna çevrilməsi məqsədəuyğundur. İnanırıq ki, oxucularımız www.garabagh.ws internet portalını vətənpərvərlik hisslərinin ifadəsi məkanı, dövlətçiliyimizə sədaqətimizin ünvanı kimi qəbul edəcək, onun daha da zənginləşməsinə, həqiqət və ədalət ünvanı olmasına, Qarabağ münaqişəsi barədə gerçəkliyin dünya ictimaiyyətinə ədalətli çatdırılması işinə öz töhfələrini verəcəklər. Təqdim olunan saytın materialları 20 əsas bölmədə, 65 alt bölmədə, 36 alt yardımçı bölmələrdə toplanaraq, ümumilikdə 121 bölmə ilə əhatələnib. Qarabağın tarixi 12 bölmədə, mədəniyyəti 9 əsas - 33 alt bölmədə, təbiəti 9 bölmədə, görkəmli şəxsiyyətləri 6 bölmədə, Milli Qəhrəmanları, Ermənistanın Azərbaycana qarşı təcavüzü, azərbaycanlıların soyqırımı, erməni terrorizmi, tarixi sənədlər, elektron kitabxana, fotoqalereya, videolar, forum və sair kimi bölmələrdə əsas məlumatlar vahid elektron informasiya resursunda toplanaraq ictimaiyyətə təqdim edilib. Saytda istifadə olunan 2500 foto şəkildən seçilən 1433 foto, 168 elektron kitab və məqalə istifadəçilər üçün aktivləşdirilib. Bütün proses Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun şəxsi nəzarəti və qayğısı ilə həyata keçirilib”.
Qeyd edək ki, mərkəzin bu fəaliyyətini layihənin təqdimat mərasimi zamanı yüksək qiymətləndiriblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov mərkəzin fəaliyyətini qiymətləndirərək söyləyib ki, əzəli və əbədi torpağımız olan Dağlıq Qarabağın erməni işğalından azad edilməsi, bununla bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, xüsusilə son vaxtlar dövlətimizin başçısının münaqişənin həlli ilə bağlı verdiyi önəmli bəyanatlar hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Belə bir şəraitdə Ermənistanla informasiya savaşında qüvvələri səfərbər etməyin vacibliyini vurğulayan rektor yeni yaradılmış saytın bu işdə mühüm rol oynayacağına əminliyini bildirib.
Milli Məclis sədrinin müavini Bahar Muradova təqdimatı keçirilən vahid elektron informasiya resursunun əhəmiyyətini yüksək qiymətləndirib. Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında və Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında yeni fəaliyyətə başlayan saytın mühüm rol oynayacağına əminliyini bildirən Bahar Muradova vahid elektron informasiya resursunun yalnız hər gün, hər saat yeniləşməklə, öz səhifələrində konkret faktları əks etdirməklə məqsədinə nail ola biləcəyini söyləyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun bundan sonra da beynəlxalq aləmdə Azərbaycanın maraqlarını qoruyan, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran bu cür təşəbbüslərə dəstək verəcəyini, həmçinin, saytın davamlılığının və digər dillərə də tərcümə olunaraq yayımlanması üçün fikir və təklifləri dəstəkləyəcəyini bildirib.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov indiki dövrdə belə layihələrin vacibliyini, formalaşmaqda olan gənc nəslə tarixi həqiqətlərin, informasiyaların müasir formada çatdırılmasını internet resursunun əhəmiyyətinə toxunub və müxtəlif dillərə tərcümə olunmasını təklif edib.
Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının birinci katibi xanım Günay Əfəndiyeva ölkəmizin YUNESKO ilə əməkdaşlığı çərçivəsində düşmən tapdağı altında olan torpaqlarımızla bağlı yeni vahid elektron informasiya resursunun yaradılmasını ictimai həyatımızda mühüm hadisə kimi səciyyələndirib.
Bir sözlə, Dağlıq Qarabağla bağlı bu cür layihələrin həyata keçirilməsi xalqımızın milli maraqlarına xidmət edir. Bu baxımdan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işi hər bir vətənpərvər azərbaycanlının vətəndaşlıq borcudur.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

