Dünya birliyi Ermənistana təzyiqi artırmalıdır
04.02.2010 [10:18]
2009-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqların dinamikliyi ilə seçildi. Belə ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında bir neçə dəfə görüş keçirildi, xarici işlər nazirləri səviyyəsində müzakirələr aparıldı. Bu isə problemin yaxın müddətdə öz həllini tapacağına ümidləri artırır.
Bu il ölkə başçılarının ilk görüşü isə son dövrlərdə bu problemin tənzimlənməsi istiqamətində xüsusi səyləri ilə seçilən Rusiya prezidentinin təşəbbüsü və münaqişənin həllində vasitəçi qismində iştirak edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 25-də Soçidə reallaşdı.
Məsələ ilə bağlı mətbuata açıqlama verən Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Soçi görüşünün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların bu mərhələsinin ən mühüm məqamlarından biri olduğunu önə çəkib. Onun sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün bütün iradəsini ortaya qoyaraq əlindən gələni edib və bu istiqamətdə mühüm addımlar atılıb. Xarici əlaqələr şöbəsinin müdiri bildirib ki, ötən il ərzində Azərbaycan Prezidentinin müxtəlif formatda Ermənistan prezidenti ilə altı görüşü olub və bu proseslər böyük dövlətlərin rəhbərlərinin diqqətini bu münaqişənin həllinə yönəldib: “Təhlükəsizliyin və sabitliyin təmin olunması üçün böyük dövlətlərin mövqeyinin çox böyük əhəmiyyəti var. Bu münaqişənin həllində isə üç böyük dövlət - ABŞ, Rusiya Federasiyası və Fransa kimi dünyanın aparıcı dövlətləri mühüm rol oynayır. Və biz fikirləşirik ki, onların konkret və qəti mövqeyi nəticəsində bu münaqişə öz həllini tapa bilər. Amma fikrimcə, hələlik bu istiqamətdə şəxsən mənim gözlədiyim, arzu etdiyim ədalətli mövqe, beynəlxalq hüquq çərçivəsində olan mövqe ortada olmadığı üçün istədiyimiz ciddi addımı ata bilmədik”.
Rusiya Federasiyası prezidentinin Soçi görüşündə iştirakını ümidverici faktor kimi qiymətləndirən N.Məmmədov danışıqların davam etməsinin vacibliyini qeyd edib: “Yəni, preambula hissəsində müəyyən razılaşma əldə edilə bilər və bu hissə ilə bağlı mövqelərin yaxınlaşması ümidverici haldır. Bu son mərhələdə - danışıqların indiki mərhələsini son mərhələ hesab etmək olar - Ermənistana Beynəlxalq Valyuta Fondu, RF, ABŞ, Aİ tərəfindən köməkdən əlavə, ona qarşı təzyiqi artırmaq lazımdır. çünki ədalətli mövqeni müdafiə etmək üçün, ədaləti bərpa etmək üçün bütün addımların atılması vacibdir və bunu etmək lazımdır. Həmsədrlər də, həmsədr ölkələr də bu təzyiqi artırmalıdırlar ki, münaqişənin həllində irəliləyiş əldə oluna bilsin”.
Ermənistanın tez-tez öz mövqeyindən çəkildiyini və ya qeyri-adi düzəlişlər tələb etməsini xatırladan N.Məmmədov bunların qarşısını almaq üçün dünya birliyinin, həmsədr ölkələr qrupunun güclü təzyiqini mütləq hesab edib. Onun fikrincə, Ermənistan tərəfinə öz yerini göstərmək lazımdır və bu, vacib məsələdir. O ki qaldı Rusiyanın danışıqlar prosesindəki fəallığına, N.Məmmədov RF-nin Ermənistana müəyyən qədər təzyiq göstərdiyini deyib: “Yəni, RF prezidenti iki görüşdə iştirak edib, dörd görüş onun vasitəçiliyi ilə baş tutub. Soçidə də bu belə oldu, ona görə də, bunu qeyd etməmək düzgün olmaz. Amma düşünürəm ki, təkcə belə yox, daha güclü bir təzyiq olmalıdır. Əgər doğrudan da RF regionda təhlükəsizliyin, sabitliyin uzun zaman bərqərar olmasını istəyirsə, bu ölkələrin əlaqələrinin etibarlı əməkdaşlıq, strateji tərəfdaşlıq üzərində qurulmasını istəyirsə, daha güclü təzyiq göstərməlidir. Daha doğrusu, “təzyiq” sözünü bəlkə də demək lazım deyil, ədalətli mövqe, beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirərək tələb etmək lazımdır ki, siz bu ölkənin ərazilərini tutmusunuz, bu müddət ərzində işğal altında saxlamısınız və indi də saxlayırsınız. Bunu etmək lazım deyil, bu, beynəlxalq hüquq pozuntusudur, bu işğaldır”.
Belə bir mövqenin Rusiya ilə yanaşı, digər həmsədr ölkələr tərəfindən nümayişinin də vacibliyini qeyd edən N.Məmmədovun fikrincə, hər üç dövlət bu istiqamətdə öz səylərini artıra bilər və artırmalıdırlar. Bu, ədalətli konkret mövqenin ortaya qoyulması olar. Soçi görüşündə əsas müzakirə obyekti olan Madrid prinsiplərinin preambulasının razılaşdırılmamış məqamlarına gəldikdə isə şöbə müdiri xatırladıb ki, Madrid prinsiplərinin yeni və köhnə variantı anlayışları qəbul edilən deyil: “Kimsə hər hansı bir əlavə təklif edirsə, bunu yeni variant adlandırmaq düzgün deyil. Biz artıq bununla bağlı mövqeyimizi bildirmişik. Azərbaycan Prezidentinin Moskvada imzaladığı sənəddə - Mayndorf bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh və danışıqlar yolu ilə, müharibə olmadan münaqişənin həlli vacib bilinib. Biz də bunu qəbul edirik, bunu demişik, sadəcə olaraq, hansısa yeni təkliflər varsa, bununla bağlı hələlik məlumatım yoxdur. Bu barədə həmsədrlər müəyyən bir mövqe formalaşdırıb təqdim etməlidirlər. Düşünürəm ki, hər şey Ermənistanın vaxtı uzatmasından asılıdır, onlar siyasəti oyuncağa çevirib, istədiyi addımı atırlar və onlara heç kim heç nə demir. Əsas məsələ bundan ibarətdir ki, onlara yerlərini göstərmək lazımdır. Düşünürəm ki, bu məsələdə əsas faktor Ermənistanın qarşısında ədalətli konkret mövqe qoyulmasıdır ki, onlar bu addımı atmalıdırlar. Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun 750 min nəfər vətəndaşı 20 ildir ki, məcburi köçkündür. Söhbət bu insanların taleyindən gedir, birinci növbədə onların torpaqları qayıtmalıdır, bundan sonra o biri proseslər getməlidir”.
Növbəti danışıqların zamanı isə Ermənistanın mövqeyini konkretləşdirməsindən asılıdır: “Ermənistan tərəfi öz mövqeyini açıq-aydın nümayiş etdirməlidir. Bu ay bir oyun, gələn ay ayrı oyun oynamağa ehtiyac yoxdur, bizim də bunu axıra qədər gözləməyə səbrimiz qalmayıb. Buna görə də, həmsədrlər növbəti dəfə regiona gələn zaman məhz Ermənistanın bu məsələlərlə bağlı mövqeyinin nədən ibarət olduğunu Prezidentimizə məlumat verməli, məruzə etməlidirlər”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

