Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qırğızıstan Milli Kitabxanasının nəzdində Heydər Əliyev adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi yaradılacaq

Qırğızıstan Milli Kitabxanasının nəzdində Heydər Əliyev adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi yaradılacaq

09.02.2010 [11:05]

Bişkekdəki Türkdilli ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Qırğızıstan Milli Kitabxanasının nəzdində Heydər Əliyev adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi yaradılacaq. Mərkəzin yaradılması ilə əlaqədar kitabxana kollektivinin qərarı fevralın 6-da fondun rəhbəri Nüsrət Məmmədov və Milli Kitabxananın direktoru, professor Jıldız Bakaşovanın görüşündə elan olunub. Görüşdə Qırğızıstan Elmlər Akademiyası çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev, Qırğızıstan-Azərbaycan Gənclər Təşkilatının sədri Lalə Abdullayeva, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər. Nüsrət Məmmədov deyib ki, Qırğızıstanda çox sevilən, türk dünyasının böyük siyasi xadimi Heydər Əliyevin həyatı hər birimiz, xüsusən də gənclərimiz üçün örnək olmalıdır. Bu baxımdan yalnız Azərbaycanda deyil, digər ölkələrdə, o cümlədən türkdilli dövlətlərdə Ulu öndərin irsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Jıldız Bakaşova bildirib ki, biz də Heydər Əliyevin məhz dünya siyasətində və türk dünyası qarşısındakı xidmətlərini nəzərə alaraq belə bir Mərkəzin yaradıması ideyasını bəyəndik. Gənclərimiz belə nəhəng siyasi xadimlərdən çox öyrənməlidirlər. Kitabxananın 200 kvadratmetrlik sahəsi Mərkəzin ixtiyarına verilmişdir. Razılaşmaya uyğun olaraq sahənin təmiri və digər bütün işləri Fond öz boynuna götürüb. Akademik Abdıldacan Akmataliyev qeyd edib ki, böyük siyasi xadim olan Heydər Əliyev Qırğızıstanı və qırğız xalqını çox sevirdi. Məhz bu məhəbbətin nəticəsi idi ki, Ulu öndər Manas dastanının yubileyində iştirak etmək üçün ölkəmizə gəlmişdi. Onun yubileydəki çıxışı indiyədək yadımdadır. Bizim belə böyük insanları unutmağa haqqımız yoxdur. Mərkəzdə Ulu öndərin həyat və fəaliyyəti, Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti, tarixi ilə bağlı materiallar yerləşdiriləcək, böyük siyasi xadimin büstü qoyulacaq.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30