Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək

Mübariz Qurbanlı: Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək

09.02.2010 [11:07]

“Erməni lobbisi qondarma soyqırımın ABŞ Konqresi tərəfindən tanınması üçün bütün səylərini işə salıb”. Bu sözləri www.yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi tərəfindən mart ayında uydurma “erməni soyqırımı” məsələsini səsverməyə çıxarmağı nəzərdə tutmasına münasibət bildirərkən deyib. M.Qurbanlı xatırladıb ki, “erməni soyqırımı”nın tanınması haqqında qətnamə layihəsi 2007-ci ilin yanvarında Kaliforniyadan olan demokrat-konqresmen Adam Şif tərəfindən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edilib. Həmin dövrdə ermənipərəst konqresmenlər bu qətnaməni komitədən keçirməyə nail olsalar da, prezident tərəfindən veto qoyulması nəticəsində ABŞ Konqresində və Senatda bütövlükdə səsverməyə çıxarılmamışdı.
“ABŞ-da olan bədnam Erməni Milli Komitəsi bu istiqamətdə daha çox canfəşanlıq etməkdədir. Bütün bu hərəkətlərin başlıca məqsədi Türkiyəyə təzyiq etməklə, onu Ermənistanla sərhədləri açmağa sövq etməkdir. Lakin hadisələrin gedişi göstərir ki, uydurma “soyqırım” təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 915 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30