/ / Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "İrəvan xanlığı" kitabının təqdimat mərasimi keçirilib
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "İrəvan xanlığı" kitabının təqdimat mərasimi keçirilib
11.02.2010 [02:53]
Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Hyatt Regency” otelində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun və “Regionların inkişafı” İctimai Birliyinin birgə layihəsi olan “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib. Kitab indiki Ermənistanın Azərbaycan torpaqları əsasında yaradıldığını, ermənilərin bu ərazilərə köçürüldüyünü tarixi faktlar, sənədlər əsasında əks etdirir. Kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, mədəniyyəti ilə bağlı məlumatlar yer alır.
Mərasimdə çıxış edən YAP-ın Sədr müavini, partiyanın İcra katibi, millət vəkili Əli Əhmədov kitabın Azərbaycan tarixinin ən kövrək məqamlarından birini canlandırdığını bildirib. Onun sözlərinə görə, millətlər üçün ən böyük itki torpaq itkisidir. “Torpaq itkisi vətən anlayışının hüdudlarını kiçildir. Torpaq yoxdursa, vətən də olmur. İnsanlar üçün ev nədirsə, millətlər və xalqlar üçün torpaq da odur” - deyə Ə.Əhmədov vurğulayıb. O, qeyd edib ki, hər bir xalq itirilmiş torpaqlarını unutmamağa çalışmalıdır. Millət və xalq üçün torpaq itkisi nə qədər ağırdırsa, bu itkini unutmaq bir o qədər də fəlakətlidir. çünki itirilmiş torpaqlar unudulanda onların geri qaytarılması çətin olur. Əks təqdirdə isə həmin torpaqların geri qaytarılması reallaşır: “Azərbaycan xalqı ayrı-ayrı səbəblərdən itirdiyi torpaqlarını heç vaxt unutmayıb, indi də unutmur və gələcəkdə də unutmayacaq. İtirilmiş torpaqlarımızı unutmamışıqsa, deməli, gələcəyə ümid var. Hər bir vətəndaş gələcək mübarizənin nədən ibarət olduğunu bilir. Bu kitabı da ərsəyə gətirənlər öz vətəndaşlıq borcunu yerinə yetirərək böyük fədakarlıq göstəriblər”.
YAP Sədrinin müavini vurğulayıb ki, İrəvan xanlığının tarixi Azərbaycan xalqının min illər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz hissəsidir. Əli Əhmədov “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının hazırlanıb nəşr edilməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Kitabın elmi redaktoru, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov İrəvan xanlığı ilə bağlı araşdırmaların kitab şəklində dərcinin Azərbaycan tarix elmi üçün əlamətdar hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev bir neçə dəfə indiki Ermənistan dövlətinin ərazisinin Azərbaycan torpaqları olduğunu bildirib. Tarixçilər də bu kitabı hazırlamaqla Azərbaycan Prezidentinin tövsiyələrini müəyyən qədər yerinə yetiriblər. “Biz tarixçilər qarşısında böyük vəzifələr dayanır. Prezidentimizin vurğuladığı kimi, informasiya müharibəsində hücum taktikasına üstünlük verməliyik. Bu kitab da ermənilərə tutarlı cavabdır” - deyə Y.Mahmudov vurğulayıb. İnstitutun direktoru deyib ki, torpaqların itirilməsi çox ağır hal olsa da, itirilmiş torpaqların tarixi mütləq öyrənilməlidir.
Y.Mahmudov onu da qeyd edib ki, kitabda toplanan fotolar, rəsmi sənədlər, tarixi faktlar ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edir: “Ermənilər bu regiona böyük dövlətlər, xüsusilə də Rusiya tərəfindən köçürülüblər. Rəsmi sənədlər də sübut edir ki, Cənubi Qafqazda ilk erməni dövləti 1918-ci il mayın 29-da yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı ermənilərə güzəştə gedib. Halbuki, həmin ərazilər tarix boyu həmişə Azərbaycana məxsus olub. Ərazidəki qədim tarixi abidələrin hamısı da Azərbaycana məxsusdur. İrəvan xanlığının və hazırda Ermənistan ərazisi olan torpaqların vaxtilə Azərbaycana məxsus olduğunu ermənilərin özləri də etiraf edirlər. Lakin ötən illər ərzində bilərəkdən Azərbaycan tarixi saxtalaşdırılıb”.
Millət vəkilinin sözlərinə görə, ermənilər Azərbaycan ərazilərinə sahib olduqdan sonra bu torpaqların özlərinə aid olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar bunun üçün bölgədəki bütün tarixi abidələri dağıtmaqdan belə çəkinməyiblər. Vaxtilə Yerevanda olan 10 məsciddən bu gün yalnız 1-i qorunub saxlanılıb. İrəvan yaxınlığındakı azərbaycanlılara məxsus Sərdarabad şəhəri isə ümumiyyətlə dağıdılıb. Ermənilər həmin şəhərin yerləşdiyi ərazidə qondarma erməni soyqırımını anma abidəsi ucaldıblar. Y.Mahmudov deyib ki, bütün bu tarixi faktlardan sonra ermənilərin Dağlıq Qarabağa iddia etməyə mənəvi haqları yoxdur. Onun sözlərinə görə, Tarix İnstitutu bundan sonra da Azərbaycanın itirilmiş torpaqlarının tarixinin öyrənilməsi işini davam etdirəcək.
Millət vəkili, akademik İsmayıl Hacıyev təqdimatı keçirilən kitabın sanballı əsər olduğunu bildirib. Onun sözlərinə görə, son vaxtlar AMEA-nın Tarix İnstitutu xalqımızın dövlətçilik tarixinin öyrənilməsində aktiv fəaliyyət göstərməyə başlayıb. Son vaxtlar institutun hazırladığı kitablar da bunu sübut edir. “İrəvan xanlığı 15 mahaldan ibarət olub və həmin mahalların hamısı Azərbaycan adındadır. Yəni, burada bir erməni yer adı olmayıb” - deyə akademik bildirib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev təqdimatı keçirilən kitabın böyük tədqiqat əsəri olduğunu vurğulayıb. “Kitabı vərəqlədikcə, İrəvanın timsalında Azərbaycan torpaqlarının bərəkəti, gözəlliyi, təbiəti göz önünə gəlir. Təəssüf ki, böyük imperiyaların siyasəti nəticəsində bu torpağı itirmişik. Bu kitab, eyni zamanda, tanıtım, yəni, dostu və düşməni tanımaq kitabıdır” - deyə millət vəkili qeyd edib. M.Quliyev bildirib ki, itirilmiş torpaqlaırn qaytarılması hamımızın müqəddəs vəzifəsidir. Onun fikrincə, bu müqəddəs iş Qarabağla bitmir, onunla başlayır. Millət vəkili hesab edir ki, “Qərbi Azərbaycan Ensiklopediyası”nın da hazırlanmasına başlanılmalıdır.
Millət vəkili, tarix elmləri doktoru Fəzail İbrahimli də çıxışında təqdimatı keçirilən kitabın əhəmiyyətindən danışıb. O, bildirib ki, vaxtilə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi böyük imperiyalar tərəfindən vahid türk xəttinin parçalanması siyasətinin tərkib hissəsi olub.
Mərasimə yekun vuran YAP-ın Sədr müavini Əli Əhmədov ölkə Prezidenti İlham Əliyevin indiki Yerevanın qədim Azərbaycan torpağı olduğu haqda bəyanatını xatırladıb. “Bununla dövlətimizin başçısı hamını itirilmiş torpaqlarımızın unudulmamasına səsləyib” - deyən Əli Əhmədov bildirib ki, belə kitabların nəşri davam etdiriləcək. Onun sözlərinə görə, İrəvan xanlığına həsr olunmuş kitabın rus və ingilis dillərinə tərcüməsi də həyata keçirilməkdədir. Tərcümə başa çatdıqdan sonra kitab dünya ictimaiyyətinə təqdim olunacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13

