Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib

21.04.2020 [12:22]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “facebook” səhifəsində respublikamızın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30