/ / YAP "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa müsabiqəsinin qalibi olan və tələbə adını qazanlara təqaüd verir
YAP "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa müsabiqəsinin qalibi olan və tələbə adını qazanlara təqaüd verir
13.02.2010 [09:17]
Qeyd edək ki, dövlətin həyata keçirdiyi təhsil siyasətinə hakim Yeni Azərbaycan Partiyası (YAP) da özünəməxsus şəkildə töhfəsini verir. Hakim partiya sosial-mədəni həyatın əsas sahələrini - elmin, təhsilin və mədəniyyətin inkşafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyası artıq ənənə halını almış, Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə məktəblilər arasında keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qaliblərinə təqaüd verilməsi barədə qərar qəbul edib...
ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş həmin respublika inşa müsabiqəsinin növbəti qaliblərindən olan - Mənsur Namiq oğlu Feyzizadə və Günay Nəslixan qızı Sadıqzadə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə təsis edilən təqaüdün sahibi olmaqla, qazandıqları uğurun bəhrəsini hələ qarşıdakı 4 il ərzində görəcəklər:
Mənsur Namiq oğlu Feyzizadə 1993-cü ilin aprelində Biləsuvarda doğulub. Orta məktəbi də orada bitirib. Hazırda Bakı Slavyan Universitetinin I kurs tələbəsidir. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə təhsil alan Mənsur deyir ki, müsabiqənin keçirilməsi haqqında ona məktəbdə məlumat verilib: “Şərtləri öyrəndikdən sonra mən də müsabiqəyə qatıldım. ümummilli liderimiz Heydər Əliyevlə bağlı düşündüklərimi yazdım və qalib oldum. “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusu üzrə yazdığım inşa Ulu öndərin anadan olmasının ildönümünə həsr olunan müsabiqədə III yerə layiq görüldü”.
M.Feyzizadə müsabiqənin qalibləri arasında olduğunu “Gülüstan” sarayında keçirilən mərasim zamanı bilib: “Gülüstan” sarayında keçirilən tədbirdə həvəslə iştirak etdim. Qaliblərdən biri olduğumu elə orada öyrəndim. Adım üçüncülər sırasında çəkildi. Hədiyyə və diplom aldım. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov inşa müsabiqəsinin qaliblərini təbrik edəndən sonra bizim üçün sevindirici olan bir xəbəri də elan etdi. Məlum oldu ki, müsabiqənin qalibləri ali məktəblərə daxil olacaqları təqdirdə YAP tərəfindən təqaüd alacaqlar. Əli müəllim, həmçinin, müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun ənənəyə çevriləcəyini, hər il təşkil ediləcəyini də bildirdi”.
Beləliklə, III yeri tutmaqla yanaşı, bu xəbəri eşitmək orta məktəb şagirdi üçün ikiqat sevincə səbəb olub. Eyni zamanda, bu, onun növbəti qələbəsini stimullaşdırıb: “Məlum oldu ki, əsas hədiyyəni - təqaüdü almaq üçün tələbə olmaq, qarşıya qoyulan şərti ödəmək lazımdır. Yəni, bu təqaüdü almaq üçün daha çox çalışmalı, inşa müsabiqəsində qazandığım nailiyyətə layiq olmalıydım. Axı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı təsis edilən təqaüdün sahibi olmağa namizəd idim və bu imkandan istifadə etməli, mənə verilən şansdan yararlanmalı, həm də buna layiq olduğumu sübut etməli idim”.
Bu çalışqanlıq, məsuliyyət nəticə verib. Tələbə adını qazandıqdan sonra YAP-ın təsis etdiyi təqaüdü aldığı gün çox sevinib. Dediyinə görə, təqaüd alması “Gülüstan” sarayında elan edilən qərar qədər həyəcanlı olub: “Təqaüdü alandan sonra ehtiyacım olanları aldım. Həmin məbləğdən özümə yol pulu da ayırmışdım”.
Günay Nəslixanqızı Sadıqzadə Laçında doğulsa da, Azərbaycanın bu məşhur guşəsində yaşamaq ona nəsib olmayıb. Hələ bir yaşına çatmamış ailəsi dədə-baba yurdunu tərk etmək məcburiyyətində qalıb. O vaxtdan Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində məskunlaşaraq, məcburi köçkün həyatı yaşayıblar.
Oxumağa, şeirə, fikirlərini sərbəst ifadə etmək üçün ona imkan yaradan bütün vasitələrə uşaqlıqdan maraq göstərib. Atasının da bu istiqamətdə istedadı onun inkişafını sürətləndirib. İctimai tədbirlərə qatılan Suraxanı rayon Bünyadəli Qulamoğlu adına 285 saylı orta məktəbin fəal şagirdi artıq tələbədir. Dünyanı gəzməyə, ərəb ölkələrini görməyə, ərəb dili üzrə mütəxəssis olmağa həvəsli gənc Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin I kursunda oxuyur.
Artıq bir neçə aydır ki, sahib olduğu tələbə bileti nəinki arzularını gerçəkləşdirmək, həm də Yeni Azərbaycan Partiyasının təsis etdiyi təqaüdü alması üçün bir vasitədir. Belə ki, Günay Sadıqzadə də 2008-ci ildə keçirilən “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qaliblərindəndir.
Əvvəlcə 700 min şagird arasında 100 nəfər seçilərək müsabiqənin sonuncu mərhələsinə buraxılıb. Onlardan isə YAP-ın təqaüdünə sahib ola biləcək 18-lik seçilib: “Mənim bu müsabiqədə iştirakım təsadüfi deyildi. Artıq ikinci, üçüncü sinifdən məktəb və rayonda təşkil edilən ictimai tədbirlərdə iştirak edirdim. Həmişə də atamın Ulu öndərə həsr etdiyi şeiri ifa edirdim. Dəfələrlə ümummilli liderin özünün iştirak etdiyi tədbirlərdə həmin şeiri ifa etmişəm. Dahi şəxsiyyətlə yaxın təmasda olmuşam və bundan hər zaman qürur duymuşam. Yaşıdlarım arasında Heydər Əliyevin bağrına basdığı uşaqlar çox deyildi. Bu hamıya nəsib ola bilməzdi. Ancaq Tanrı bunu mənim qismətimə yazıb”.
Günay tezliklə atasının ümummilli lider Heydər Əliyevə həsr etdiyi şeirinin ifaçısı kimi tanınıb. Atanın şeiri balasının ifasında o qədər şirin səslənib ki, Günayı Ulu öndərin olduğu tədbirlərə qədər aparıb: “Bizim ailədə Ulu öndərə ümumi sevgi hər zaman olub. Atam sevib və sevgisini bizə də aşılayıb. Ona görə də, ümummilli liderin xatirəsinə həsr edilən müsabiqədə qaliblərdən biri olmağım təəccüblü deyil. Mən dahi şəxsiyyət haqqında düşündüklərimi, müstəqil fikirlərimi yazmışam. Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir təşkilatın təsis etdiyi təqaüdün sahibi olmaq şərəfli, qürurvericidir”.
Gunay deyir ki, bu müsabiqədə iştirakı həm də məktəbin təşkilatçılığı ilə baş tutub: “Həmin vaxt məktəbimizin direktoru Rahib Köçərli idi. Onun və ədəbiyyat müəllimim Polad Qazanclının məsləhəti ilə bu müsabiqəyə qatıldım. Müəllimim istiqamətləndirdi, mən də yazdım. Əvvəlcə 40 səhifəlik mətn tələb olunduğu deyilmişdi. Sonra mətni ixtisar etmək lazım gəldi. Sonuncu mərhələ isə Zərifə Əliyeva adına liseydə keçirildi və Gülüstan sarayında qaliblər elan olundu. İnşamda da qeyd etmişəm. ümummilli lider Heydər Əliyevə ailədən gələn sevgimiz var. Ulu öndərin dəfnində də ailəlikcə iştirak etmişik”.
Ruhiyyə DAŞSALAHLI
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

