Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsini qəbul edib

YAP-ın Sədr müavini Əli Əhmədov Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsini qəbul edib

25.02.2010 [09:38]

Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov dünən Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Orta Asiya şöbəsinin müdiri Cohannes Regenbrehti partiyanın mənzil qərargahında qəbul edib. Görüşdə Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyi qeyd edilib, həmçinin, Cənubi Qafqaz və regionda təhlükəsizliyin təminatının Avropa Birliyi üçün vacib şərtlərdən biri olduğu bildirilib. YAP İcra katibi Əli Əhmədov Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də, ATƏT - in Minsk qrupunun problemin həlli istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında qonağa geniş məlumat verib. Daha sonra o, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin inkişafından söz açıb, eyni zamanda, partiyanın Almaniya Federativ Respublikasının siyasi partiyaları ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qonağın diqqətinə çatdırıb.

Paylaş:
Baxılıb: 1102 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30