Dağlıq Qarabağ münaqişəsi barədə xarici KİV-lərdə məqalə dərc edilib
09.10.2020 [08:42]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun İsrailin “The times of İsrail” portalında Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı əhəmiyyətli rol haqqında məqaləsi fransız dilində, Almaniyanın “Next24” xəbər portalında isə Dağlıq Qarabağ münaqişəsinin dini və milli zəmində olmaması barədə məqaləsi alman dilində dərc edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Dağlıq Qarabağ ətrafında, xüsusilə bir sıra beynəlxalq KİV-lərdə Ermənistanla Azərbaycan arasında münaqişəyə iki yanaşma olduğu qeyd edilir. Müəllif bildirir ki, opponentlər ya münaqişəni dini səviyyəyə çıxarmağa çalışır, ya da gərginliyin “etnik səbəblər” üzündən artdığını iddia edirlər. Məqsəd münaqişəyə daha çox tərəfləri cəlb etmək və ictimai fikirləri manipulyasiya etməklə dini fərqlilikləri üzə çıxarmaqdır. Digər məqsəd isə “xristian ermənilər yenidən müsəlmanlar tərəfindən qətlə yetirilir” mifini beynəlxalq aləmə, xüsusilə də Qərb dünyasına çatdırmaqdır. Böhtan kampaniyası əvvəlcədən proqnozlaşdırılırdı. Münaqişənin dini səbəblərdən meydana çıxması ilə bağlı ittihamlar xəstə təxəyyülün nəticəsidir. Çünki Azərbaycanda dinlər və ya konfessiyalar arasında heç vaxt insident olmadığı üçün narahatlığa heç bir səbəb yoxdur və bundan sonra da olmayacaq. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst ibadət edir və dini ayinləri heç bir maneə olmadan yerinə yetirirlər. Hər bir ibadət yeri dövlətin birbaşa dəstəyi ilə tikilir, təmir edilir və qorunur.
Digər ekstremal təbliğatçılar qrupunun fikrincə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi etnik xarakter daşıyır. Erməni məmurları bu təxribatçı iddianı möhkəmləndirmək üçün Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini əks-mövqe sərgiləməyə çağırsalar da, onların çağırışına səs verən olmadı. Etnik və dini kimliyindən asılı olmayaraq, bu gün bütün azərbaycanlılar qatı düşmənə qarşı çiyin-çiyinə mübarizə aparırlar, heç vaxt ölkədənkənar siyasi çağırışların və təbliğatın qurbanı olmurlar”.
Qarabağda yaşayan etnik ermənilərin Ermənistan tərəfindən münaqişə qurbanları kimi istifadə edilməsinin vurğulandığı məqalədə, həmçinin deyilir: “Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik dövlət deyil, ölkəmizdə multikulturalizm siyasəti uğurla həyata keçirilir. Azərbaycanın ədalətli mübarizəsi nə dini, nə də etnik mübarizə deyil. Bunu, sadəcə olaraq, Azərbaycanın tarixinə, dövlətimizin dini və ya etnik müxtəlifliyinə nəzər salmaqla sübuta yetirmək olar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbi Ermənistanın ərazi iddiaları və işğalçı siyasətidir. Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bir milyondan artıq vətəndaşımızın öz dədə-baba torpaqlarından didərgin düşməsi beynəlxalq cinayətdir. Bunu təsdiq edən yüzlərlə sənəd və fakt var. Lakin elə edirlər ki, təxminən 30 ildir problem ədalətli həllinə nail olunmur. Ona görə də biz işğal altındakı torpaqları geri qaytarmaq üçün güclü olmağa və öz hüquqlarımızı özümüz həll etməyə davam etməliyik. Bu hibrid və çoxvektorlu müharibədə qələbə Azərbaycanın olacaqdır. Hər bir azərbaycanlı münaqişəyə şərəf uğrunda birgə mübarizə kimi baxır. Qarabağ Azərbaycandır!”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

