/ / Ermənistanın təcavüzü nəticəsində sentyabrın 27-dən başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar yaradılıb və fəaliyyətə başlayıb
Ermənistanın təcavüzü nəticəsində sentyabrın 27-dən başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar yaradılıb və fəaliyyətə başlayıb
14.11.2020 [00:14]
Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 06 noyabr tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirilməsi məqsədilə Dövlət Komissiyasının noyabrın 9-da ilk iclası keçirilib. Noyabrın 12-də Azərbaycan Respublikasının Baş naziri Prezidentin tapşırıqlarının həyata keçirilməsini təmin etmək üçün müvafiq Sərəncam imzalayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sərəncama əsasən 3 qrup yaradılıb:
- Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu;
- Aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu. Buraya daxildir: İqtisadiyyat nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, Baş prokurorun müavini, Kənd Təsərrüfatı Nazirliyinin, “ASAN xidmət”in nümayəndələri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Maliyyə Nazirliyi Aparatının rəhbəri;
- Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar.
Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.
Koordinasiya qrupuna tapşırılıb ki, dövlət orqanlarının (qurumlarının) işlərinin əlaqələndirilməsi təşkil və təmin edilsin, həyata keçirilən tədbirlər üzrə analitik təhlillər aparılsın, statistik hesabatlar hazırlansın, görülən işlər barədə mütəmadi olaraq Komissiyaya məlumat verilsin.
İşçi qruplar mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin edərək və dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 10-dək Komissiyaya təqdim edəcəklər.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin etsinlər və aradan qaldırılması üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 1-dək Komissiyaya təqdim etsinlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının formalaşdırılmasını 2020-ci il dekabrın 10-dək təmin etsin.
Xatırladırıq ki, 27 sentyabrdan sonra Ermənistanın təcavüzü nəticəsində təqribən 3 700 obyektə müxtəlif dərəcəli ziyan dəyib.
Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər.
Qiymətləndirməni həyata keçirmək məqsədilə yerli özəl qiymətləndirmə şirkətləri də prosesə cəlb olunacaq.
Eyni zamanda, dəymiş ziyanın qiymətləndirilməsi üçün xarici şirkətlərin də cəlb olunması istiqamətində XİN tərəfindən iş aparılır.
Xarici İşlər Nazirliyi Prezidentin Sərəncamından irəli gələn tapşırığa əsasən vurulmuş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair məlumatlarla beynəlxalq institutları təmin edəcək və bu istiqamətdə iş aparılır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

