Azərbaycan ictimaiyyəti ABŞ-ın neytral və obyektiv vasitəçiliyinə böyük şübhə ilə yanaşır
16.04.2010 [09:33]
Məlum olduğu kimi, ötən günlərdə Vaşinqtonda baş tutan nüvə sammiti çərçivəsində ev sahibi Barak Obama təkbətək görüşlər keçirməklə də diqqəti özünə yönəldə bildi. Həmin görüşlərdən biri də, məhz Azərbaycanın 20 faiz torpaqlarını 20 ildir ki, işğal altında saxlayan və bir milyondan artıq azərbaycanlının hüquqlarını pozan Ermənistanın prezidenti ilə oldu. Əlbəttə ki, iki dövlət başçısının görüşməsi beynəlxalq münasibətlər sisteminin elementlərindən biridir və bu digər dövlətlərlər tərəfindən qısqanclıqla qarşılanmamalıdır. Lakin əgər bu görüş münaqişə ilə bağlıdırsa, görüşdə tərəflərdən biri iştirak edirsə və digər tərəf bu müzakirələrdən kənar tutulursa, o zaman ortada qərəzin, qeyri-obyektivliyin olduğu üzə çıxır. Təəssüflə vurğulamaq yerinə düşər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi qismində çıxış edən ATƏT-in Minsk qrupunun üzvü ABŞ məhz bu cür hərəkət edib. Barak Obamanın bu hərəkəti Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur.
ümumiyyətlə, ABŞ-da Obama administrasiyasının hakimiyyətə gəlişindən sonra, Vaşinqtonun xarici siyasətində baş vermiş dəyişikliklər Azərbaycanda narazılıq doğurmaya bilməz. Əslində, Birləşmiş Ştatların Azərbaycana yanaşmasında daim ikili standartlara rast gəlinib. İndiyədək Azərbaycanın istər regional layihələrin reallaşmasındakı rolunu, istərsə də bölgədəki geosiyasi əhəmiyyətini qeyd edən rəsmi Vaşinqton, bununla belə, heç zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı şəkildə Azərbaycanın mövqeyindən çıxış etməyib. Amma indiyədək, bu yanaşmada, heç olmasa, formal neytrallıq və bitərəflik nümayiş etdirilirdi.
Düzdür, Azərbaycana qarşı 907-ci düzəlişi hələ də qüvvədə saxlamağı neytrallıq adlandırmaq çətindir. Və ümumiyyətlə, bu məsələyə neytral yanaşmanın özünü də ədalətli saymaq olmaz. çünki, torpaqlarının 20 faizinin işğal olunduğu Azərbaycanla, bu torpaqları işğal etmiş Ermənistana bərabər yanaşmaq nə hüquqi, nə də mənəvi baxımdan yolveriləndir. Lakin ABŞ bu neytrallığı özünün ATƏT-in Minsk qrupunun həmsədri olması, həmçinin, vasitəçilik edən tərəfin istənilən halda, bitərəf mövqedə dayanmasının zəruriliyi ilə izah edirdi. Bu gün isə bu neytrallıq və bitərəflik birmənalı olaraq ermənilərin lehinə pozulub. İndiyədək ATƏT-in Minsk qrupuna həmsədrlik edən heç bir dövlət başçısı münaqişə tərəflərinin yalnız biri ilə müzakirələr və məsləhətləşmələr aparmayıb. İstər Rusiya (həm V.Putinin, həm də D.Medvedevin prezidentliyi dönəmində), istərsə də Fransa bu danışıqlar prosesini paralel aparıb. Bəzən üçtərəfli qaydada, buna texniki imkan olmadıqda isə ayrı-ayrılıqda həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə görüşlər keçirilib.
üstəlik, bu görüşlər barədə digər həmsədr dövlətlərdə də tam təfərrüatı ilə məlumatın olması üçün, danışıqlar prosesində Minsk qrupunun digər həmsədr ölkələrinin təmsilçiləri də iştirak ediblər.
Barak Obama administrasiyası isə bütün dünyada qəbul olunmuş vasitəçilik prinsipini kobudcasına pozmaqdadır.
ABŞ prezidentinin münaqişə tərəflərindən yalnız biri, özü də işğalçı tərəf olan Ermənistan rəhbərliyi ilə görüşməsi, münaqişənin digər tərəfini bu danışıqlar prosesindən kənar saxlaması, üstəlik, danışıqların mahiyyəti haqda nə rəsmi Bakıya, nə də digər həmsədrlərə məlumat verməməsi, tam haqlı olaraq, Azərbaycana Birləşmiş Ştatların neytral və obyektiv vasitəçiliyinə böyük şübhə ilə yanaşmağa əsas verir. Hadisələrin inkişafı göstərir ki, bu gün ABŞ administrasiyasının bütün səyləri və imkanları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, regionda sülh və sabitliyin bərpasına deyil, yalnız bir istiqamətə - ağır iqtisadi böhran içində olan işğalçı Ermənistanın xilasına yönəlib.
2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş verən münaqişədən sonra, Ermənistanın Rusiya ilə əlaqəsinin kəsilməsi, İrəvanda ağır sosial nəticələrə gətirib çıxarıb. Qlobal iqtisadi böhran şəraitində qonşuları ilə (Azərbaycan, Türkiyə, Gürcüstan) sərhədi bağlı qalan Ermənistanı xilas etmək üçün hərəkətə keçən rəsmi Vaşinqtonun bu siyasəti birmənalı olaraq, Amerikadakı erməni lobbisinin təsirindən qaynaqlanır.
Artıq neçə vaxtdır ABŞ Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə, bu prosesin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirilməməsi üçün isə Azərbaycana təzyiqlər edir. Halbuki, sərhədlərin açılmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa zərbə olduğunu hamı, o cümlədən, Obama administrasiyası da anlayır. Bu prosesin arxasında birbaşa erməni lobbisinin təsiri altında olan amerikalı siyasətçilərin durduğu şübhə doğurmur.
Bu günlərdə Bakıda səfərdə olan NATO Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri ilə qeyri-rəsmi söhbətlər zamanı üzə çıxan bəzi faktlar da bunu bir daha təsdiqləyir. Belə ki, nümayəndə heyətinin üzvlərindən biri bildirib ki, ABŞ Türkiyəyə Ermənistanla sərhədlərinin açılması ilə bağlı ona görə təzyiqlər edir ki, nümayəndələr palatasının sədri, ermənipərəstliyi ilə seçilən Nensi Pelosi ilə Barak Obama arasında razılaşma olub: Nensi Pelosi Obamanın səhiyyə islahatları ilə bağlı proqramına dəstək verib, əvəzində də, Obama Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına nail olur.
Nümayəndələr Palatasının uzun sürən mübahisələrdən sonra Obamanın səhiyyə islahatlarına səs verməsinin ardından, Ağ Evin Türkiyə və Azərbaycana ən müxtəlif şəkillərdə təzyiqləri artırması çox mətləblərdən xəbər verir.
Ən əsası isə, baş verənlər ABŞ-da hakimiyyətdə olan demokrat administrasiyasının Ermənistanın regiondakı maraqlarının müdafiəçisi qismində çıxış etdiyini, prinsipial məsələlərdə, hətta Amerikanın milli maraqlarını belə deyil, erməni lobbisinin və rəsmi İrəvanın maraqlarını əsas tutduğunu söyləməyə əsas verir. çünki bu gün Obama administrasiyası erməni lobbisi qarşısında öhdəliklərini yerinə yetirmək naminə, regiondakı ən güclü hərbi-siyasi müttəfiqi olan Türkiyə və strateji tərəfdaş adlandırdığı Azərbaycanla münasibətləri korlamağa belə razıdır. Belə bir vəziyyətdə, Azərbaycanın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində neytral və obyektiv vasitəçi olduğuna şübhə ilə yanaşmağa tam haqqı çatır.
Ramil Vəlibəyov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37

