Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Türkiyə ilə analoqu olmayan əlaqələrimizi kiminsə diqtəsi ilə pozmaq fikrində deyilik"

"Türkiyə ilə analoqu olmayan əlaqələrimizi kiminsə diqtəsi ilə pozmaq fikrində deyilik"

16.04.2010 [09:36]

“Türkiyənin son zamanlar və ümumiyyətlə, bu məsələ başlayandan nümayiş etdirdiyi mövqe Azərbaycanı tam qane edir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib: “Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Biz Türkiyə ilə “Bir millət, iki dövlət” prinsipi çərçivəsində analoqu olmayan diplomatik, siyasi, sosial, mədəni əlaqələrə malikik və bu əlaqələri kiminsə diqtəsi ilə pozmaq fikrində deyilik. Türkiyə də bu fikirdədir”.
Ə.Həsənov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun son günlər ABŞ-da keçirdikləri görüşlər zamanı verdikləri bəyanatları xatırladıb: “Onlar bəyan ediblər ki, Dağlıq Qarabağ problemi həll edilmədən, Azərbaycan-Ermənistan cəbhəsində normal diplomatik irəliləyişə nail olunmadan, Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxmadan, Türkiyə ilə Ermənistan arasında normal siyasi, iqtisadi münasibətlər qurulması mümkün deyil. Bu mövqe bizi qane edir. Hesab edirik ki, Türkiyə Azərbaycana dost və qardaş ölkə kimi daim bu mövqedə dayanacaq, mövqelərini qoruyacaq”.

Paylaş:
Baxılıb: 1003 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30