Ankara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən geri çəkilməyəcək
20.04.2010 [09:14]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə lokal-regional, mahiyyətinə görə isə qlobal xarakterli problemlərdəndir. Məhz buna görə də, münaqişənın həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və müxtəlif beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman müddətlərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu praqmatik, rasional və realist xarici siyasi strateji kursun bu gün Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə müvafiq qaydada uğurla davam etdirilməsi, sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin olduqca intensivləşməsinə səbəb olub. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviyyədə bütün dövlətlər tərəfindən mütəmadi şəkildə səsləndirilməkdədir. Qısası, bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair son dərəcə optimist fikirlər səsləndirilməkdədir...
Vaşinqtonda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutan görüş zamanı Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpası, Sürixdə tərəflər arasında imzalanmış protokolların ratifikasiyası məsələləri ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə predmetinə çevrilib. Baş nazir qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların ratifikasiya edilməsi üçün Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarını azad etməlidir. Yəni, növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi şərti fundamental prinsip kimi qəbul edilib və gündəmə gətirilib. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Vaşinqtonda baş tutan digər görüşlərdə də müzakirə edilib. Sarkisyan-Obama və Obama-Ərdoğan görüşlərində də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında tərəflər öz mövqelərini paylaşıblar. Yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qlobal problemlər sırasında növbəti dəfə ikitərəfli və çoxtərəfli formatda başlıca müzakirə mövzularından birinə çevrilib...
önəmli və diqqətçəkici məqamdır ki, Baş nazir R.T.Ərdoğan xarici ölkələrə, xüsusilə də ABŞ-a etdiyi bütün rəsmi və işgüzar səfərlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrçı şəkildə vurğulamaqda və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa cəhd etməkdədir. Bütün bu faktları nəzərə alan bir sıra analitik mərkəzlər indi ciddi şəkildə araşdırırlar ki, məhz bu dönəmdə nə üçün Dağlıq Qarabağ münaqişəsi regionun ən ciddi və dərin əsaslı problemi kimi qəbul edilməkdə və ciddi səylərə-cəhdlərə səbəb olmaqdadır?
Bu sualın cavabı olduqca sadə, amma çoxistiqamətlidir. Əvvəla, istər regional, istərsə də qlobal güclər yaxşı anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olan ciddi problematik faktordur. Bu münaqişənin həll edilməsi regional miqyaslı, qlobal xarakterli qarşılıqlı-faydalı-uzlaşdırılmış əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan və stimul verəcək. Yox əgər münaqişə həll olunmamış qalarsa, məhz bu zaman Cənubi Qafqaz bölgəsi “qapalı”-səmərəsiz geosiyasi məkana çevrilməkdən qurtula bilməz. Bu isə region dövlətlərindən daha çox qlobal aktorlara mənfi təsir göstərər. çünki hər kəsə məlumdur ki, Cənubi Qafqaz ən böyük sərmayə məkanlarından biri olmaqla yanaşı, ən önəmli bölgələrə çıxış qapısı rolunu da oynamaqdadır.
İkincisi, Cənubi Qafqaz kimi “brainland” (geosiyasi nəzəriyyə və planlarda qlobal sistemin beyni-idarəetmə mərkəzi mənasında işlədilir-N.Q.) önəmi kəsb edən bölgədə təhlükəsizlik balansının pozulmasının-qeyri-sabitliyə səbəb olacaq halların meydana gəlməsinin qarşısını almaq üçün dağıdıcı faktorların aradan qaldırılması zəruridir. Əlbəttə ki, bu cür dağıdıcı faktorlardan biri də, Azərbaycan torpaqlarının 20 faizinin hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasıdır. İşğala son qoyulmadıqca, nə Ermənistan regional layihələrdə iştirak edə biləcək, nə də sərmayədar dövlətlər istədikləri səviyyədə bölgəyə investisiya yönəldə biləcəklər. Bundan başqa, münaqişənin həll olunmamış qalması Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının yaradılmasına və növbəti strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə mane olacaq.
Digər tərəfdən, əgər Dağlıq Qarabağ münaqişəsinin həlli diplomatik vasitələrlə-sülh yolu ilə mümkün olmasa, bu zaman hərb variantı qaçılmaz olacaq. Azərbaycan sahib olduğu hərbi və iqtisadi potensialı, eləcə də, rasional idarəetmə sistemi ilə hər zaman işğal edilmiş torpaqlarını azad etməyə hazır və qadirdir. Bildirdiyimiz kimi, sözün qurtardığı məqamda ölkəmiz silahlı müdafiə metoduna istinad edəcək. “Silahlı müdafiə metodu” anlayışı təsadüfi ifadə deyil. çünki Azərbaycan savaşa başlayarsa, bu, işğalçı müharibə səciyyəsi daşımayacaq. Bu savaş öz torpaqlarını azad etmək üçün Azərbaycanın haqq mübarizəsi olacaq. Savaşın başlanması isə qlobal miqyasda Cənubi Qafqazı özünün əməkdaşlıq məkanı kimi görən heç bir dövlət tərəfindən arzu olunmur. Separatizm və münaqişəli qarşıdurmanın fonunda ortaya çıxan 2008-ci ilin avqust hadisələri-Rusiya-Gürcüstan müharibəsi deyilənləri təsdiq edən ən güclü dəlillərdəndir. Bu savaş öz növbəsində regional əməkdaşlıqları “baltalayan” faktor kimi çıxış etdi. Belə olan halda, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi yönündə qlobal güclər-söz sahibi aktorlar özlərinin ən yüksək səy və cəhdlərini ortaya qoymalıdırlar.
Deyilənlərlə yanaşı, Türkiyənin hər zaman ən yüksək səviyyə və formada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirməsi də təsadüfi deyil. Bu, özündə bir neçə fundamental strateji faktoru ehtiva edir:
Əvvəla, Cənubi Qafqazın lokomotiv aktoru olan Azərbaycan Türkiyə üçün bölgəyə giriş və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Yəni, Cənubi Qafqazda geniş əhatəli əməkdaşlıqlar mühiti formalaşdırmaq və uzunmüddətli perspektivdə sürdürmək üçün Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir. Müxtəlif xarakterli layihələrin reallaşdırılması və bu layihələr çərçivəsində strateji üstünlüklərin əldə edilməsi rəsmi Ankara üçün xüsusi avantaj deməkdir. BTC, BTƏ və BTQ kimi layihələr zamanı sərgilənən strateji tərəfdaşlıq-işbirliyi nümunələri deyilənləri əsaslandıran bariz arqumentdir;
İkincisi, Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan önəmli tranzit məntəqə-məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə malikdir. çünki Asiyadan-Avropaya uzanmaq üçün Azərbaycan amili birmənalı zəruridir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması zamanı, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə verir;
üçüncüsü, Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birilərinə qarşı “dual dövlət” mövqeyində çıxış edirlər. İstər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birilərini dəstəkləməkdədirlər. Bu da, heç şübhəsiz, qarşılıqlı-səmimi-faydalı-uzlaşdırılmış münasibətləri daha da möhkəmləndirən amildir.
Əlbəttə, Türkiyənin Azərbaycana qarşı daha həssaslıqla yanaşmasını şərtləndirən fundamental faktorların sayını istənilən qədər artırmaq olar. Hər halda, bütün bunlar ona dəlalət edir ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli problemi-Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur. Bu isə onu tələb edir ki, münaqişənin həlli yönündə Türkiyə Azərbaycanla birgə öz səylərini daha da artırsın...
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45

