Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aydın Mirzəzadə: Ermənistanı iflasdan qurtarmaq üçün Azərbaycanın hüquqlarını tapdalamaq heç də xoşagələn bir məsələ deyil

Aydın Mirzəzadə: Ermənistanı iflasdan qurtarmaq üçün Azərbaycanın hüquqlarını tapdalamaq heç də xoşagələn bir məsələ deyil

21.04.2010 [09:13]

“Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıya səfər etməsi Azərbaycanla Türkiyə arasında münasibətlərin dərinləşməsinə böyük töhvə verəcək”. SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Aydın Mirzəzadə söyləyib. Onun sözlərinə görə, Ə.Davudoğlunun səfəri Türkiyə diplomatlarının Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində müxtəlif səviyyələrdə keçiridyi görüşlər barəsində və son dövrlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan müəyyən addımlar barəsində məlumatlandırmaqdan ibarətdir. Politoluq hesab edir ki, rəsmi Bakı ilə Ankara arasında münasibətlər o qədər yaxındır ki, vaxtaşırı rəsmilərin səfəri artıq Azərbaycan ictimayyətinin gözlədiyi addımlardan biridir: “Türkiyəli diplomatın Azərbaycana səfəri çərçivəsində Vaşinqtonda keçirilən görüşlər və gələcəkdə atılacaq addımlar barəsində məsləhətləşmələr aparmaqadan ibarətdir. Hesab edirəm ki, bu səfərdə, həmin nəticə əldə olundu. Azərbaycan Türkiyə dövlətlərinin birgə irəliləməsi və ümümən götürdükdə beynəlxalq aləmdə vahid təşəbbüslə çıxış etməsi hər iki dövlətin mənafeyinə müsbət təsir edir”.
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, ABŞ-la bu ilin may ayına nəzərdə tutulan və əvvəlcədən razılaşdırılan təlimin keçirilməsinin bitərəfli qaydada təxirə salınması məsələsinə münasibət bildirən politoluq qeyd edib ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında olan hərbi əməkdaşlıq təkcə hərbi təlimlər üzərində qurulmayıb. A.Mirzəzadə deyib ki, hərbi sferada əməkdaşlıq davam edəcək, bununla belə rəsmi Bakının ABŞ-dan gözlədiyi çox ədalətli məqamlar var: “ABŞ-la Azərbaycan arasında hərbi sferada əməkdaşlıq davam edir. Bu gün Azərbaycanın ABŞ-dan böyük dövlət kimi, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Dağlıq Qarabağ probleminin həllində fəal rol oynamasını istəmək hüququ var. Bu gün Azərbaycanın müttəfiqi ABŞ-ın Ermənistana nümayiş etdirdiyi yumşaq siyasət əlbəttə, problemin həllinə köməklik göstərə bilməz. Təcavüz törədəni düşdüyü vəziyyətdən qurtarmaq üçün Azərbaycanın hüquqlarını tapdalamaq heç də xoşagələn bir məsələ deyil”.

Paylaş:
Baxılıb: 1170 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30