Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan-açıq həbsxana

Ermənistan-açıq həbsxana

28.04.2010 [10:08]

Sadə ermənilər oradan qaçmaq üçün 10 min dollar rüşvət verirlər
Ermənistanın işğalçı və korrupsioner rejiminin əməlləri nəticəsində bu ölkə artıq yox olmaq təhlükəsi ilə üzləşib. Hər halda, istər Ermənistan mətbuatının yaydığı məlumatlar, istərsə də beynəlxalq qurumların açıqlamaları işğalçı ölkənin acınacaqlı durumda olduğundan xəbər verir. Beynəlxalq təşkilatlardan söz düşmüşkən, bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə departamenti xarici ölkələrdən sığınacaq istəyən xalqların siyahısını dərc edib. Həmin siyahıda Əfqanıstandan sonra ikinci yerdə Ermənistan gəlir. ötən il xarici ölkələrdən sığınacaq istəyən ermənilərin sayı 43 faiz artıb. Xarici mətbuatda bununla bağlı yayılan məlumatlarda deyilir ki, Ermənistan iqtisadiyyatının getdikcə ağır vəziyyətə düşməsi, əhalinin sosial vəziyyətinin ağırlaşması və yoxsulluğun son həddində yaşaması, korrupsiyanın ölkədə tüğyan etməsi və dövlət rəsmilərinin özbaşınalığı ailəsini dolandırmaq naminə ermənilərin öz isti ocaqlarını tərk edərək başqa ölkələrə üz tutmasına səbəb olub.
Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanın işğalçılıq siyasəti artıq bu dövlətin başına bəla olmaqdadır. Məhz işğalçılığın dövlət siyasəti kimi qəbul olunması Ermənistanı regional layihələrdən təcrid edib. Bu təcrid nəticəsində də, işğalçı ölkədə iqtisadiyyat darmadağın, həyat isə tamamilə iflic olub. Torpaqlarımızı işğal altında saxlamaqda davam edən Ermənistanın hakim rejiminin yersiz inadı, münaqişənin beynəlxalq hüquq normaları, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün göstərilən səylərə maneə yaratması isə bu ölkədəki vəziyyəti daha da çətinləşdirib. ötən hər gün ərzində cərəyan edən proseslər Ermənistandakı vəziyyəti daha da dözülməz edir.
İqtisadi xaosun təntənəsi
Yayılan məlumatlara görə, 2009-cu ildə və 2010-cu ilin ötən üç ayı ərzində işğalçı ölkədə iqtisadi və sosial vəziyyət daha da pisləşib. Dünyada hökm sürən qlobal maliyyə böhranı Ermənistanın sənaye sektoruna daha sarsıdıcı zərbə vurub və mədən sənayesi tamamilə iflic vəziyyətə düşüb. Ermənistan sənayesinin aparıcı bölmələri olan mis, sink, qurğuşun və molibden istehsalı sahələri fəaliyyətini dayandırıb. Təkcə ən iri sənaye müəssisələrindən olan Qafandakı “Deno” Qızıl Mədən Şirkətinin fəaliyyətini dayandırması nəticəsində 3 min nəfər işsiz qalıb. Bu isə 40 min əhalisi olan rayonun 15 min nəfərlik ailəsinin ac qalması deməkdir. “Alaverdi” mis mədənlərində 2050 nəfər hələ ötən ilin noyabrında ixtisar olunub və mart ayında müəssisə demək olar ki, fəaliyyətini tam dayandırıb. Bu isə daha 2000 nəfərin işsiz qalması deməkdir. Məlumat üçün bildirək ki, həmin şəhərin əhalisinin 70 faizi bu şirkətin hesabına dolanırdı. Gümrü və Vanadzordakı mədənlər və kimya məhsulları zavodları isə, hələ 2009-cu ilin dekabrına qədər fəaliyyətini qoruyub saxlaya bilib. Artıq bu müəssisələrin 3000-ə yaxın işçisi qonşu dövlətlərdə iş axtarmaq barədə düşünürlər.
Lakin bu da son deyil. Məlumatlarda o da qeyd olunur ki, 2010-cu ilin əvvəllərinə qədər nisbətən yaxşı olan paytaxt İrəvanda da vəziyyət pisləşib və son 3 ayda burada 10-a yaxın müəssisə fəaliyyətini dayandırıb. Ermənistanın ən iri sənaye müəssisələrindən olan İrəvan kauçuk zavodunun fəaliyyətinin dayanması nəticəsində 4800 işçi işsiz qalıb. İrəvanın yaxınlığındakı Aqarak molibden mədəni də fəaliyyətini dondurub və 1500 işçi ixtisar olunub. İndi Ermənistanda yalnız kənd təsərrüfatında çalışanlar birtəhər dolanmaq imkanına malikdir.
Dövlətin əlində olan əsas müəssisələr də satışa çıxarılıb
Rusiyanın aprelin 1-dən Ermənistana satdığı qazın qiymətini  bahalaşdırması ilə, bu ölkədə sosial-iqtisadi vəziyyət daha da gərginləşib. Qeyd edək ki, yeni tariflərə əsasən, Ermənistan Rusiyadan aldığı qazın 1000 kubmetrinə görə, 154 dollar deyil, 180 dollar ödəyəcək. İdxal qazının bahalaşması Ermənistanda “mavi yanacağın” pərakəndə satış qiymətinin bundan təqribən 2 dəfə çox, təxminən 40 faiz artması ilə nəticələnib. Yanacağın bahalaşması digər məhsulların və xidmətlərin qiymətlərinin də artmasına səbəb olub. Artıq nəqliyyat vasitələrində gediş haqları 30 faiz bahalaşıb. Ərzaq məhsulları 8,3 faiz, qeyri-ərzaq malları 14,5 faiz, xidmət tarifləri isə 16 faiz bahalaşıb. Ərzaq məhsullarının əksəriyyətinin qiymətləri yenidən artıb. Şəkər tozu, yağ, süd, ət və ət məhsulları, digər yeyinti malları daha çox bahalaşmaya məruz qalıb.
İşğalçı ölkədə böhran elə bir həddə çatıb ki, hakimiyyət dövlətin əlində olan əsas müəssisələri də satışa çıxarmaq məcburiyyətində qalıb. Ermənistanın iqtisadi infrastrukturu demək olar ki, Rusiyanın tam nəzarətindədir. Mövcud olan bütün strateji sferaları rus şirkətləri çoxdan alıblar. Satışa çıxarılan obyektlərə isə maraq aşağı səviyyədədir.
Sadə ermənilərin çıxış yolu-mühacirət
Vəziyyətin getdikcə ağırlaşdığını görən sadə ermənilər artıq hökumətin hər hansı tədbir görə biləcəyinə qətiyyən inanmır. Məhz buna görə də, əhali vəziyyətdən çıxış yolunu, sadəcə olaraq, baş götürüb Ermənistandan getməkdə görür. İşğalçı ölkədə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır. çünki iqtisadi böhran məngənəsində getdikcə daha çox sıxılan Ermənistan əhalisinin böyük əksəriyyəti öz ölkəsində normal yaşamağın mümkünlüyünə inamını tam itirib. Bu səbəbdən də, ermənilər imkan düşdüyü anda xarici ölkələrə üz tuturlar. çıxış yolunu mühacirətdə görən ermənilərin açıqlanan statistikası isə, düşmən ölkənin necə ağır vəziyyətə düşdüyünü əyani olaraq bir daha təsdiqləyir. Ermənistan Milli Statistika İdarəsinin məlumatına görə ermənilər Rusiya, Türkiyə, İran, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Misirə daha çox köç edirlər. Məsələ ondadır ki, onların hamısı bu ölkələrdə qanunsuz miqrant kimi yaşayırlar.
Hökumət isə əhalinin xaricə axınının qarşısını almaq üçün müxtəlif üsullara əl atır. Yayılan məlumatlara görə, hazırda Ermənistandan xaricə getmək istəyən ermənilər vizanın alınması üçün 10 min ABŞ dolları məbləğində rüşvət verməli olurlar. Lakin məbləğin bu qədər böyük olması və yaradılan süni əngəllərə baxmayaraq, ermənilər öz ölkələrində qalmaq istəmir. Yəni, ermənilər öz ölkələrindən qaçmaq üçün 10 min dollar rüşvət verməyə belə hazırdırlar. Bu isə, hazırda Ermənistanın ermənilər üçün sadəcə, açıq bir həbsxana rolunu oynadığından xəbər verir.
Ermənilər döyüşməmək üçün ölkədən gedirlər
Ekspertlərin qənaətinə görə, ermənilərin öz dövlətlərini tərk etmələrinin bir səbəbi iqtisadi böhranla, digər səbəbi isə, müharibənin yenidən başlaması ehtimalı ilə bağlıdır. Ermənilər Azərbaycan rəhbərliyinin müharibənin başlamasının mümkünlüyü haqda bəyanatlarını çox ciddi qarşılayır və ölkədən getmək niyyətlərini daha da qətiləşdirirlər. Onlar açıq-aşkar görürlər ki, iqtisadi imkanları müqayisə belə olunmayacaq Azərbaycanla Ermənistanın savaşında erməni tərəfinin qələbə şansları yoxdur.
Məhz buna görə də, artıq Ermənistan ordusunda hətta təmas xəttini qorumaq üçün belə canlı qüvvə çatışmır. Bu yaxınlarda bu ölkədə elan edilmiş bəzi tədbirlər onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər. Ermənistanın çətin durumda olmasını işğalçı ölkənin Müdafiə Nazirliyinin bəzi tədbirlərə əl atmaq məcburiyyətində qalması da təsdiqləyir. Belə ki, Ermənistanın Müdafiə Nazirliyi təhsil alması səbəbilə hərbi xidmətdən möhlət hüququna malik çağırışçıların sayını azaltmaq təklifi ilə hökumətə müraciət etməyə hazırlaşır. Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov bu addımı orduya komplektləşdirilməsində problemlər yaranması ilə əlaqələndirib: “Əgər 2004-2009-cu illərdə orduda xidmət keçmək üçün eyni sayda çağırışçı çağırılırdısa, 2010-2016-cı illərdə problemlərlə üzləşəcəyik. Bu müddətdə orduya çağırılan şəxslərin sayı azalacaq”.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1025 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30