Azərbaycan regionda böyük turizm potensialına malikdir
30.04.2010 [10:08]
Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı layihələr öz mühüm nəticələrini göstərməkdədir. Respublikamızın əlverişli coğrafi və təbii iqlim şəraiti, landşaftın zənginliyi, iqtisadi imkanların artması respublikamızda turizm sənayesinin və ekoturizmin inkişafı üçün əhəmiyyətli zəmin yaradır. Bu, həm respublikamıza gələn turistlərin sayının artım dinamikasında, həm turizmin keyfiyyət və kəmiyyət baxımından inkişafında, həm də yeni yaradılan obyektlərin və infrastrukturun modernləşdirilməsində özünü göstərir. Dövlətin bu sahəyə dəstəyinin güclənməsi və turizm infrastrukturunun yenidən qurulması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi turizm sənayesinin yüksək inkişafına imkan yaratmaqdadır.
ölkəmizin turizm potensialının dünya dövlətlərinə və xarici turistlərə tanıdılması üçün həyata keçirilən müxtəlif tədbirlər, o cümlədən, Bakıda təşkil olunani beynəlxalq sərgilər öz mühüm bəhrəsini verməkdədir. Bu cür tədbirlər bir çox ölkələrlə turizm sahəsində həm ikitərəfli əlaqələrin qurulmasında, həm də mövcud imkanların dünya birliyinə təqdim edilməsində xüsusi rol oynayır. Bu baxımdan, Bakıda keçirilən “Aitf-2010” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin əhəmiyyətini də xüsusi qeyd etmək olar. Bu sərginin keçirilməsi respublikamızın regionda böyük turizm mərkəzinə çevrildiyinin əyani təzahürlərindən biridir.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi bu beynəlxalq tədbir, eyni zamanda, dövlətin turizm sektoruna olan böyük dəstəyinin göstəricisi sayıla bilər. Turizm sektorunda qeydə alınan inkişaf tendensiyası onu göstərir ki, bu sahə daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda turizmin inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev turizm sənayesinin inkişafı üçün əlverişli şəraitin təmin edilməsinə səbəb olan mühüm addımlar atıb. Dövlət başçısının aprel ayının əvvəllərində imzaladığı “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsinə dair Sərəncam bu sahədə inkişaf meyillərinin dərinləşməsi üçün əlavə imkanlar açır. Qeyd edək ki, proqramda turizm sənayesinin qeyri-neft sektorunun inkişaf etmiş əsas aparıcı sahələrindən birinə çevrilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublikamızda turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulması, daxili və xarici investisiyaların bu sahəyə cəlb edilməsi, turizm sektorunda xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi Dövlət Proqramının əsas prioritetlərini təşkil edir.
ölkəmizin malik olduğu təbii sərvətlər, tarixi abidələr Azərbaycana turist axınını şərtləndirən mühüm amillərdir. ölkəmizdə turizmin inkişaf etdirilməsində bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edilir. Azərbaycanın malik olduğu imkanlar turizmin inkişafı üçün yaxşı şərait yaradır. Bu sahənin dinamik inkişafı üçün bütün bölgələrdə əlverişli potensial imkanlar mövcuddur. Qəbələ, Xaçmaz, Quba, Qusar, Zaqatala, Balakən, Oğuz, Lənkəran, Masallı, Şəki, İsmayıllı, Şamaxı, Gədəbəy və digər bölgələrdə turizm sənayesinin bütün infrastruktur təminatı və xidmət çeşidləri yaradılıb. Bu rayonların hədsiz dərəcədə çox gözəl təbii şəraitə malik olması, doqquz iqlim qurşağının mövcudluğu, ekoturizm üçün güclü potensialın yaradılması, xüsusilə də, Azərbaycanda 800 km-dən çox dənizsahili zolağının olması turizmin imkanlarını genişləndirir.
Turizm sektorunun iqtisadiyyatın mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən də inkişafını da əsaslı şəkildə təmin edib. Yol-nəqliyyat və kommunal infrastrukturların yenidən qurulması bu sahəyə olan marağı gücləndirmiş olur. Son illərdə bütün bölgələrdə magistral yolların təmiri, kommunal xidmət növlərinin fasiləsiz və etibarlı şəkildə təmin olunması, eləcə də, yeni hava limanlarının (Gəncə, Zaqatala, Lənkəran) istifadəyə verilməsi ölkəmizə gələn turistlərin rahatlığında mühüm rol oynayır. Yəni, turizm infrastrukturunun yeniləşməsi və digər obyektlərin yaradılması xarici turistlərin sayının ilbəil artmasına səbəb olmaqdadır. Azərbaycanda turizm infrastrukturunun yaradılması həm də, Avropa, Asiya və Yaxın Şərq ölkələrindəki turizm obyektlərindən yüksək olmasına görə fərqlənir.
Onu da qeyd edək ki, Azərbaycanın xarici dövlətlərlə sıx münasibətlərinin yaradılması turizm bölməsi ilə bağlı birgə layihələrin miqyasının artmasına səbəb olmaqdadır. Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, İtaliya və digər ölkələrin turizm şirkətləri Azərbaycanda yeni layihələrin reallaşması üçün təkliflərlə çıxış etməkdədirlər. “Aitf-2010” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin keçirilməsi ölkəmizin malik olduğu iqtisadi qüdrəti və turizm potensialını nümayiş etdirmək və bu sahədə xarici dövlətlərlə əməkdaşlıq əlaqələrini gücləndirmək, eləcə də, respublikamıza turist axınını sürətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

