Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qabil Hüseynli: Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır

Qabil Hüseynli: Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır

09.06.2021 [09:08]

“Yerləşdiyi regionun lider dövləti olan Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Bunun təsdiqi üçün çox da uzağa getmək lazım deyil. Sadəcə ötən bir ilə nəzər salmaq ölkəmizin qlobal problemlərin öhdəsindən necə uğurla gəldiyini görməyə kifayət edir. Ötən ilin martından etibarən COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində effektiv mübarizə sərgiləyən, daha sonra bu yöndə qlobal təşəbbüsləri ilə seçilən ölkəmiz, həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edərək tarix yazdı”.
Bu fikirləri qəzetimizə açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində işğaldan azad olunmuş torpaqlarımızda böyük bərpa-quruculuq işləri aparılır, yeni kommunikasiyaların, infrastrukturun yaradılması istiqamətində addımlar atılır. Bununla yanaşı, qlobal pandemiya ilə mübarizə və vaksinasiya ilə bağlı da mühüm tədbirlər davam etdirilir: “Bu gün hətta dünyanın aparıcı ölkələri belə qlobal pandemiyadan sonra iqtisadiyyatlarını ayaqda tutmağa çalışırlar. Azərbaycan isə bu zaman kəsiyində vətəndaşların rifahının yüksəldilməsi ilə bağlı tədbirlər həyata keçirdi, sosial layihələri dayandırmadı. Bu gün dünyanın iki böyük tədbirinə - Formula-1 yarışlarına və futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edirik. Bütün bunlar Azərbaycan dövlətinin gücünün, iqtisadi qüdrətinin göstəricisidir”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31