Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb
09.06.2021 [09:46]
İyunun 8-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb. Milli Məclisin Sədri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Növbədənkənar sessiyanın açılışında Sahibə Qafarova mayın 31-dən iyunun 4-dək Azərbaycan parlamenti nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri barədə məlumat verib. Milli Məclisin Sədri Azərbaycan nümayəndə heyətinin Pakistana səfərinin böyük uğurla keçdiyini vurğulayıb.
Azərbaycan-Pakistan qardaşlığının tarixinə toxunan Spiker Pakistanın son 30 ildə Ermənistanı dövlət kimi tanımamasının və bu ölkə ilə münasibət qurmamasının xüsusi önəmindən danışıb, 2020-ci ilin mövcud dostluq tariximizdə yeni parlaq səhifə təşkil etdiyini bildirib. Xatırladıb ki, Vətən müharibəsinin ilk günlərindən etibarən Pakistan qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın haqq işini müdafiə edib, ölkəmizə siyasi və mənəvi dəstək göstərib. Bu 30 il ərzində göstərilən dəstəyə görə səfər zamanı Pakistan dövlətinə və parlamentinə Azərbaycan dövlətinin və xalqının dərin minnətdarlığı çatdırılıb. Eyni zamanda, qeyd edilib ki, Xocalı faciəsi ilə əlaqədar Pakistanın parlamenti və müxtəlif qurumları tərəfindən qəbul olunmuş sənədlər böyük əhəmiyyət daşıyır.
Səfər zamanı keçirilən görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə olunub, ikitərəfli siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Sahibə Qafarova iyunun 4-də Kəlbəcər rayonu ərazisində mülki şəxslərin, o cümlədən 2 jurnalistin mina partlayışı nəticəsində həlak olduğunu da görüş iştirakçılarının diqqətinə çatdırıb, bu hadisənin Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyini qeyd edib. Plenar iclasda Kəlbəcərdə həlak olanlara Allahdan rəhmət diləklərini ifadə edən və yaralananların tezliklə sağalmasını arzulayan Spiker deyib ki, rəhmətə gedənlərin ailələrinə Milli Məclisin adından rəsmi başsağlığı verilib.
Plenar iclasda Spiker Sahibə Qafarovanın Pakistan səfəri barədə məlumatı dinlənildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işinə başlayıb. Öncə 12 məsələdən ibarət gündəlik təsdiqlənib. Bildirilib ki, ölkəmizdə səfərdə olan Latviya Seyminin nümayəndə heyəti də plenar iclasda iştirak edir.
Cari məsələlərin müzakirəsində deputatlar Jalə Əliyeva, Azər Badamov, Musa Quliyev, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Fəzail Ağamalı, Razi Nurullayev, Elşən Musayev, Kamal Cəfərov, Müşfiq Cəfərov, Bəhruz Məhərrəmov bir sıra vacib məsələlərə toxunublar. Çıxışlarda Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən Ermənistanın yerləşdirdiyi tank əleyhinə minaya düşərək həlak olan jurnalistlərin və onları müşayiət edən yerli icra hakimiyyəti nümayəndəsinin xatirəsinə ehtiram ifadə olunub. Vurğulanıb ki, beynəlxalq qurumlar və dünya dövlətləri mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq göstərməlidirlər; Ermənistan terror dövləti olduğunu və terrorizmi dövlət siyasətinə çevirdiyini bir daha təsdiqlədi.
Deputatlar Kəlbəcərdə baş verən hadisəyə münasibətdə yenə susqunluq nümayiş etdirən ATƏT-in Minsk qrupunun ləğvini təklif ediblər, həmçinin Novosibirskdə 19 yaşlı Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılmasını, ardınca Rusiya KİV-də müşahidə olunan qeyri-adekvat münasibəti olduqca təhlükəli tendensiya kimi dəyərləndiriblər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.”Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsinə dair Qanun layihəsi barədə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun geniş məlumatları dinlənilib. Qanun layihəsi çox vacib və əhəmiyyətli sənəd kimi dəyərləndirilib. Vurğulanıb ki, bu sənədin ratifikasiyası qardaş Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.
Sənəd səsə qoyulub və qəbul edilib.
Sonra plenar iclasda üçüncü oxunuşda müzakirəyə təqdim olunmuş qanun layihələrinə baxılıb. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin Pakistan səfərinə də münasibət bildirilib, keçirilən görüşlər və aparılan danışıqlar yüksək dəyərləndirilib.
İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin icrası Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi inkişaf və dəstək kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizik məsələlərinin həlli və iqtisadiyyatın qorunaraq stimullaşdırılması istiqamətində öz müsbət rolunu oynayıb.
Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsində deputatlar Razi Nurullayev, Qənirə Paşayeva, Tahir Rzayev, Aydın Hüseynov, Nigar Arpadarai, Vüqar İskəndərov, Tahir Kərimli fikirlərini bildiriblər. İclasda maliyyə naziri Samir Şərifov ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı geniş çıxış edib və parlamentdəki müzakirələrdə deputatların qaldırdıqları məsələlərə münasibət bildirib.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Gündəlikdəki növbəti qanun layihələri barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədovun və Milli Məclisin I vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatları dinlənildikdən sonra “Kredit ittifaqları haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri də üçüncü oxunuşda qəbul olunub.
Sonra parlamentdə birinci oxunuşda müzakirəyə təqdim olunmuş 8 qanun layihəsinə baxılıb.
Gündəlikdəki növbəti 7 qanun layihəsi mahiyyətcə bir-birinə yaxın olduğundan həmin qanun layihələri barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ümumi məlumat verib. Bildirib ki, cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim edilmiş qanun layihələri zərfi əlilliyin qiymətləndirilməsinin yeni meyarlarını və qaydalarını müəyyən edir, həmçinin əlaqəli qanunlarda bu müddəalardan irəli gələn uyğunlaşma xarakterli dəyişiklikləri nəzərdə tutur.
Komitə sədri nəzərə çatdırıb ki, Azərbaycanın da qoşulduğu “Əlillərin hüquqları haqqında” BMT-nin Konvensiyası əlillik sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq və normalara uyğunlaşdırılmasını tövsiyə edir. Azərbaycan Prezidentinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun tətbiqi barədə” 18 iyul 2018-ci il tarixli Fərmanı və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 18 yanvar 2019-cu il tarixli Fərmanı ilə əlilliyin müəyyən edilməsi meyarlarının və qaydalarının ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması barədə hökumətə tapşırıq verilib.
Musa Quliyev bildirib ki, müzakirəyə çıxarılmış 7 qanun layihəsi həmin tələblərdən irəli gələrək hazırlanıb və ümumilikdə, 60 qanunda 197 dəyişikliyi nəzərdə tutur. Əlillik siyasəti sahəsində baza qanunu hesab edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 11 maddəsinə edilən 30 dəyişiklikdə əsas məqsəd əlilliyin təyinatı prosesində ünvanlılığın, şəffaflığın və sosial ədalətin təmin edilməsi, bu sahədə beynəlxalq təcrübənin və standartların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Komitə sədri deputatların nəzərinə çatdırıb ki, qanunda indiyədək işlənən “əlillik dərəcəsi” ifadəsi “orqanizmin funksiyasının pozulması faizi” ifadəsi ilə əvəz olunur. Bu dəyişiklik qəbul olunandan sonra şəxsin əlillik vəziyyəti qiymətləndirilərkən ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30 faizdən yuxarı pozulması meyarı əsas götürüləcək. Yəni funksiyanın 31 faizdən 60 faizədək pozulması mövcud 3-cü dərəcəli əlilliyə, 61 faizdən 80 faizədək pozulması 2-ci dərəcəli əlilliyə, 81 faizdən 100 faizədək pozulması isə 1-ci dərəcəli əlilliyə uyğun qiymətləndiriləcək. Beləliklə, sağlamlığın pozulmasının faizlə qiymətləndirilməsi eyni ənənəvi əlillik dərəcəsi daxilində olan şəxslərin reabilitasiya potensialının, bərpa imkanlarının, reabilitasiya vasitələrinə ehtiyacının, yaxın gələcəkdə sosial müavinət və pensiya təminatının faizlər səviyyəsində dəqiq diferensiallaşmasına imkan yaradacaq.
Plenar iclasda 7 qanun layihəsini ətraflı şərh edən Əmək və sosial siyasət komitəsinin sədri bildirib ki, bu dəyişikliklər zərfi qəbul ediləndən sonra sosial müavinətlər və əmək pensiyaları haqqında qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə aparılacaq islahatların növbəti mərhələsində pensiya və müavinətləri orqanizmin funksiyasının pozulma faizinə uyğun şəkildə artırmaqla əlilliyi olan şəxslərin sosial müdafiəsini daha ədalətli və etibarlı şəkildə təmin etmək mümkün olacaq.
Musa Quliyev 18 yaşınadək əlilliyi olan uşaqların reabilitasiyasına və sosial müavinətlə təminatına diferensial yanaşma imkanı yaradacaq dəyişikliklərdən də bəhs edib.
Yeni layihəyə görə, əlilliyin ekspertizası proseduru üçün sənədlərə elektron qaydada TSEK-ə daxil olandan 10 gün, əlavə müayinə tələb olunan hallarda isə 15 gün müddət qoyulduğu bildirilib.
Sonra iclasda müzakirələr başlanıb. Öncə gündəlikdəki qanun layihələrinin müzakirə olunduğu 11 komitənin rəyi öyrənilib. Müzakirələrdə komitə sədrləri Zahid Oruc və Siyavuş Novruzov, komitə sədrlərinin müavinləri Əli Məsimli, Qüdrət Həsənquliyev və Sahib Alıyev, deputatlar Razi Nurullayev, Azər Badamov, Elman Nəsirov, İlham Məmmədov, Rüfət Quliyev və Sabir Rüstəmxanlı rəy və təkliflərini bildiriblər. Layihələr mütərəqqi qanun layihələri kimi dəyərləndirilib. Qeyd olunub ki, Azərbaycan sosial dövlətdir.
Komitə sədri Musa Quliyev deputat həmkarlarını maraqlandıran məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Sonra plenar iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, qanunun 2 maddəsinə - 9-cu və 11-ci maddələrinə dəyişiklik edilməsi nəzərdə tutulub və bütövlükdə müharibə qazilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır.
Müzakirələrdə deputatlar Tahir Kərimli və Musa Quliyev fikirlərini bildirdikdən sonra layihə səsə qoyulub və “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

