/ / Tahir Kərimli: Seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşistlərə yenidən meydan vermək niyyətində deyil
Tahir Kərimli: Seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşistlərə yenidən meydan vermək niyyətində deyil
24.06.2021 [09:10]
“Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri Azərbaycanın həyata keçirdiyi siyasətin qələbəsidir. Məhz Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artıb, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrilib. Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verib, Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirib”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Onun sözlərinə görə, ötən dövr ərzində ciddi sosial-iqtisadi problemlər yaşayan Ermənistan cəmiyyəti 44 günlük müharibədən sonra revanşizm fikirləri səsləndirən Koçaryan-Sarkisyan cütlüyünə öz yerini göstərdi. Belə ki, son parlament seçkilərinin nəticələri onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edənlərin tarixin arxivinə göndərilməsini təmin etdi: “Müharibədən sonra regionda yeni siyasi-iqtisadi mənzərə yaranıb. Prezident İlham Əliyev hər zaman bildirib ki, region ölkələri, o cümlədən Ermənistan da bu yaranan yeni əməkdaşlıq platformasında iştirak edə bilər. Amma bəzi qüvvələr vardı ki, yalançı revanşizmlə, pafosla cəmiyyəti aldatmağa çalışırdılar. Seçkilərin nəticələri, daha dəqiq desək, Robert Koçaryan və Serj Sarkisyan kimi revanşist hisslərlə yaşayanların məğlubiyyəti göstərdi ki, erməni xalqı revanşistlərə yenidən meydan vermək niyyətində deyil”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

