Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elçin Mirzəbəyli: Hərbçilərimizin və ailələrinin sevinc hissindən hər birimizə pay düşür

Elçin Mirzəbəyli: Hərbçilərimizin və ailələrinin sevinc hissindən hər birimizə pay düşür

30.06.2021 [10:09]

“26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam imzalaması hərbçilərimizin daim ölkə rəhbərinin, dövlətin diqqət mərkəzində olduğunu, bu prosesin sistemli, ardıcıl şəkildə həyata keçirildiyini növbəti dəfə nümayiş etdirir. Hərbçilərimizin və ailələrinin sevinc hissindən hər birimizə pay düşür”.
Bu fikirləri açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. E.Mirzəbəyli qeyd edib ki, Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir və bu əlavə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində olacaq. “Onu da vurğulamaq lazımdır ki, iyunun 24-də 76 min nəfərdən çox hərbçimiz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunub. Qəhrəmanlarımızı xoşbəxt görəndə biz də xoşbəxt oluruq və bu hissləri hər kəsdən öncə, şübhəsiz ki, Ali Baş Komandan yaşayır. Gözümüzün önündə bizi bundan sonra minillər boyu ayaqda saxlayacaq, bir millət, xalq olaraq mənəvi böyüklüyümüzün sərhədlərini bütün zamanların üstündən çəkəcək nümunələr yaranır. Şübhə etmirəm ki, bu əzm, bu iradə bizi zəfərdən zəfərə daşıyacaq, qarşımızdakı bütün maneələri aşmağımıza vəsilə olacaq!”, - deyə E.Mirzəbəyli əlavə edib.
PƏRVİZ

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31