Qənimət Zahidin antimilli təbliğatı
01.07.2021 [09:08]
O, sosial şəbəkələrdə xalqımıza və dövlətimizə qarşı qara piar kampaniyası aparır, Azərbaycanın şanlı qələbəsinin əhəmiyyətini azaltmağa uğursuz cəhd göstərir
Radikal müxalifət düşərgəsinin və onun xaricdəki uzantılarının 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə qarşı apardıqları qara piar kampaniyası səngimir. Sosial şəbəkələr vasitəsilə aparılan və ictimai rəyi yanıltmağa hesablanan bu çirkin təbliğatın ermənipərəst mərkəzlərin sifarişi ilə həyata keçirildiyi məlumdur. Bu işdə canfəşanlıq edənlərdən biri olan Qənimət Zahid isə tarixi Zəfərimizin əhəmiyyətini azaltmağa uğursuz cəhd göstərir, xalqımızın həmrəyliyini hədəfə almağa çalışır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, ölkəmizdə xalq-iqtidar birliyinin daha da möhkəmlənməsi, siyasi və milli həmrəyliyin təmin olunması xaricdəki ermənipərəst mərkəzlərin və “sapı özümüzdən olan balta”ların “yuxusunu ərşə çəkdi”. Millət vəkili vurğulayıb ki, Azərbaycan 44 günlük müharibədə möhtəşəm qələbə qazanmaqla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib, öz gücünü bütün dünyaya göstərib: “Qalib Azərbaycan yeni reallıqlar yaradıb. Bu reallıqlar ölkəmizin qüdrətinin artmasına, regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığa xidmət edir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işlərinin aparılması çox mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, dövlət tərəfindən qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğı göz önündədir”.
“Müharibədə qələbə qazanmış Azərbaycan xalqı öz Prezidentinin, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşib. Tarixi qələbəmizi həzm edə bilməyən antimilli ünsürlər isə erməni yalanlarının təbliğatçısı kimi çıxış edirlər. Bu, bir daha radikalların dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur, onların ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldıqlarını təsdiqləyir. Belələri unudurlar ki, xalqa qarşı edilən xəyanətlər heç bir zaman bağışlanmır”, - deyə millət vəkili əlavə edib.
Milli Məclisin deputatı İlham Məmmədov da radikal müxalifətin və onların xaricdəki uzantılarının Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdlərinin ermənipərəst havadarlarından aldıqları sifarişlərə əsaslandığını deyib. İ.Məmmədov vurğulayıb ki, radikal müxalifətin ermənmipərəst mövqeyi dağıdıcı düşərgə təmsilçilərinin anti-Azərbaycan dairələrlə işbirliyini təsdiqləyir: “Radikal müxalifətin xarici ölkələrdəki uzantıları sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldurlar. Diqqət yetirsək, görərik ki, ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı aylardır sosial şəbəkələrdə yaydıqları dezinformasiyaların mahiyyəti həmin şəbəkənin absurd iddiaları ilə uzlaşır. Qələbəmiz barədə bir kəlmə xoş söz deməyi özünə sığışdırmayanların Ermənistanın rəzil məğlubiyyətini gizlətməyə çalışmaları radikalların hansı məqsədlərə xidmət etdiklərini aşkara çıxarır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

