15 İyun-Milli Qurtuluş Günündən başlanan dövlətçilik tarixi
10.06.2010 [02:01]
XX əsr xalqımız üçün böyük əhəmiyyətə malik bir yüzillik kimi tarixə düşdü. 1918-ci ildə Rusiya imperiyasının əsarətindən xilas olaraq müstəqilliyini elan edən Azərbaycanın azadlıq arzusu elə beşikdəcə boğuldu. Beləliklə də cəmi 23 ay çəkən müstəqilliyimizin birinci mərhələsi başa çatdı...
Maraqlıdır ki, oxşar situasiya ötən əsrin sonlarında da yaşandı. Daha doğrusu, SSRİ adlı imperiyanın süqutu ilə bu imperiyanın əsarəti altında olan respublikalar azadlıq əldə etmək imkanı qazandılar. Amma düz deyirlər ki, tarix geri dönmür, sadəcə bu və ya digər şəkildə təkrar olunur. Bu deyim ötən əsrin 90-cı illərinin əvvəllərində özünü növbəti dəfə təsdiqlədi. Daha doğrusu, 1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə respublikamız müstəqillik əldə etsə də, 1992-ci ildə zor gücünə, xalqın deyil, silahların iradəsi altında hakimiyyətə gələn təsadüfi şəxslərin “sayəsində” ölkə yenidən təhlükələrlə qarşı-qarşıya qaldı. Ermənistanın ölkəmizə qarşı elan edilməmiş müharibəsi, daxili separatçı qüvvələrin Azərbaycanı regionlara bölmək istəkləri və yerlərdə hakimiyyəti ələ alması həm millətin, həm də dövlətin gələcəyini sual altına qoymuşdu.
1991-1992-ci illərdə, habelə, 1993-cü ilin birinci yarısında Azərbaycanda yaranan vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi, sabitliyi qoruyub saxlamaq, habelə, möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək dağıdıcılıqla məşğul idilər. ölkədə özbaşınalığa şərait yaradan AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti demək olar ki, keçmiş SSRİ respublikaları arasında ən böyük yerüstü və yeraltı sərvətə, böyük sənaye komplekslərinə malik Azərbaycanı iflic vəziyyətinə gətirib çıxarmışdı. Milli sərvətlər, xalqın malı təsadüfən vəzifə əldə etmiş bir qrup tərəfindən talan olunurdu. Mərkəzi hakimiyyətə tabe olmayan, guya siyasi partiyaların himayəsində yaradılan, əslində isə, bir neçə şəxsin maraqlarının girovuna və icraedicisinə çevrilən başıpozuq silahlı qruplaşmaların rəhbərlərinin hər biri ayrı-ayrılıqda hakimiyyətə iddialarını gizlətmirdilər. Bu isə nəticə etibarı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsini hər an yaxınlaşdırırdı. Dağlıq Qarabağ münaqişəsinin adını alver predmetinə çevirən, “özünümüdafiə könüllü batalyonları” adı altında özünə silahlı dəstələr yaradan, bununla da ölkəni qorxu altında saxlamaq istəyən şəxslər cəbhədə düşmən qarşısında dayanan əsgərləri də təhdid edir, öz maraqlarına xidmət etməyə məcbur edirdilər. Bu isə cəbhədə onsuz da ağır olan vəziyyəti daha da pisləşdirirdi. Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın böyük bir hissəsinin, demək olar ki, düşmənlərə müharibəsiz, döyüşsüz təhvil verilməsinə gətirib çıxarmışdı.
Məhz belə bir ağır vəziyyətdə kreslo davası aparan AXC-Müsavat cütlüyü Bakıda növbəti çirkin oyunlarına start vermişdi. İstər xalq, istərsə də siyasi palitra bir neçə cəbhəyə bölünüb qarşı-qarşıya durmuşdu. Xalqın iradəsi ilə hesablaşmaq isə heç bir qruplaşmanın yadına düşmürdü. Artıq meydanı xalqın iradəsi deyil, silahların gücü idarə edirdi. Azərbaycan isə şimallı, cənublu, şərqli, qərbli parçalanmanın astanasında dayanmışdı. AXC-Müsavat cütlüyünün təmsilçiləri bölgələri öz təsir dairələrinə bölərək yenidən “xanlıqlar” yaratmışdı. Belə ağır vəziyyətdə Müdafiə Nazirliyi tərəfindən ləğv edilən, Gəncədəki 709 saylı hərbi hissə mərkəzi hakimiyyətə tabe olmadığını bəyan etdi. Azərbaycanın ilk tarixi paytaxtına qoşun yeridən, Milli Qvardiyanı 709 saylı briqadanı zərərsizləşdirmək üçün Gəncəyə göndərən AXC-Müsavat hakimiyyəti faktiki olaraq vətəndaş müharibəsinin əsasını qoydu. Hakimiyyətin Gəncəyə qoşun yeritməsi isə 709 saylı hərbi hissənin zirehli maşınları və silahlı birləşmələrinin Bakıya doğru hərəkət etməsinə təkan verdi. Artıq AXC-Müsavat hakimiyyəti anlayırdı ki, onların öz şəxsi həyatları təhlükə altındadır. Xalq isə cana doymuşdu və o zamankı hakimiyyətdən birdəfəlik üz döndərmişdi. Xalq anlayırdı ki, AXC-Müsavat cütlüyü bu dövlətə təhlükədən başqa heç bir perspektiv vəd etmir...
...Tarixdə hər bir ölkənin taleyində həlledici rol oynayan XİLASKAR olur. Sözügedən çətin məqamda, 1993-cü ilin yayında xalqının taleyini xilas edən, dövlətini qoruyan, inkişaf etdirən, uçurumda olan Azərbaycanı vətəndaş müharibəsindən xilas edən isə Ulu öndər Heydər Əliyev oldu. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət və azərbaycançılıq ideyası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı o ağır günlərdə dövləti və milləti yalnız Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
...1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Artıq xalq əmin idi ki, dövlətimiz xilas olub. çünki Heydər Əliyev adının arxasında sabitlik, quruculuq və inkişaf dayanırdı. Bu ad özündə əks etdirdiyi böyüklüyü ilə bütün çətinlikləri dəf edəcəyinə əminlik yaradırdı. İlk olaraq Gəncədə yaranan vəziyyətlə tanış olmaq üçün ora yollanan Ulu öndər bir daha nümayiş etdirdi ki, Onu yalnız xalqının və dövlətinin taleyi maraqlandırır. Dahi şəxsiyyətin Gəncəyə gəlişi bütün gərginliyin aradan qalxmasına, xalqın bütünlüklə ümummilli liderin ətrafında birləşməsinə şərait yaratdı.
...Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan parlamentinin tarixi iclasında Heydər Əliyevin çıxışı ölkənin gələcəyinin əmin ələ keçdiyini təsdiqlədi, dövlətçiliyimizin əbədi və sarsılmaz olacağına inamı bir daha artırdı...
“Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”...
Cəmi üç aydan sonra artıq Azərbaycan bütün problemlərin məngənəsindən çıxıb inkişaf yoluna qədəm qoydu. ölkədə qanunun aliliyi təmin olundu. 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlandı və qəbul edildi. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf illəri kimi qalacaq. çünki məhz o illərdə Azərbaycan dövlətçiliyinin əsasları qoyuldu, hüquqi dövlət quruculuğu işində çox əhəmiyyətli addımlar atıldı. Siyasi sistem yaradıldı. Azərbaycan məhz o illərdə dünya birliyinə sürətlə inteqrasiya etməyə başladı. O cümlədən, ölkəmiz bir sıra beynəlxalq təşkilatların üzvü oldu. Dövlət başçısının bəyan etdiyi kimi Azərbaycanın dünya miqyasında tanınması işində o illər həlledici illər olub.
Bir sözlə, məhz Ulu öndərin ölkəmizə və xalqımıza əmanət qoyub getdiyi siyasi kurs Azərbaycanda sabitliyi bərqərar edib, dövlət quruculuğunun əsasını qoyub, vətəndaş cəmiyyətini yaradıb. Həmin təməllərin üzərində isə müasir Azərbaycanın inkişaf istiqaməti müəyyənləşdirildi. Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi qüdrətli Azərbaycan ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın dayaqlarını möhkəmləndirdi. Bu gün dünyanın güclü, sabit və yalnız inkişafı hədəfləyən ölkə kimi qəbul etdiyi Azərbaycanın keçdiyi yol isə məhz 15 İyun-Milli Qurtuluş Günündən başlayır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

