Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri qəbul edib
19.06.2010 [11:19]
O, qeyd edib ki, məcəllənin 8.1-ci maddəsində seçki müddətinin azaldılması ilə bağlı edilən təklif paralel olaraq digər maddələrdə də dəyişiklik zərurəti yaradır. Belə ki, seçki müddəti 75 gündən 60 günə qədər azaldıldığından, təbliğat müddəti də 28 gündən 23 günədək azaldılır. Məcəlləyə təklif olunan digər dəyişiklik isə namizədlər üçün dövlət tərəfindən 200 manat vəsaitin verilməsi ilə bağlı maddənin ləğv olunmasıdır.
Daha sonra millət vəkilləri məsələni müzakirə ediblər.
Millət vəkili Zahid Oruc bildirib ki, bu dəyişikliklər Azərbaycanda siyasi partiyalar sistemini gücləndirəcək. Onun sözlərinə görə, seçki müddətini demokratiya anlayışı ilə bərabərləşdirmək yanlışdır.
AVP sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər reallığı əks etdirir, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edir.
F.Ağamalının sözlərinə görə, bir sıra dünya ölkələrində seçki müddəti kifayət qədər qısa olsa da, Azərbaycanda əvvəllər keçirilən seçkilərin müddəti xeyli uzun idi. Ona görə də, dünya praktikası bu məsələdə daha optimal variant götürülməsini zəruri edir.
AVP sədrinin fikrincə, Azərbaycanda iki ay müddətində seçkinin bütün mərhələləri həyata keçirilə bilər. Buna görə də, YAP-ın məlum təklifləri daha münasibdir. F.Ağamalı qeyd edib ki, heç bir arqumentə söykənməyən tənqidlərdən fərqli olaraq bu təkliflər məqbul və əhəmiyyətlidir.
Bəzi müxalifət deputatları qanun layihəsini tənqid etsələr də, ciddi arqument ortaya qoya bilməyiblər. Spiker Oqtay Əsədov isə Seçki Məcəlləsinə təklif olunan dəyişiklikləri müsbət qiymətləndirib, müxalif deputatlarının iddialarının əsassız olduğunu vurğulayıb.
Vitse-spiker Bahar Muradova da bildirib ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər Azərbaycanın ictimai-siyasi reallıqlarına uyğundur. “Bu yaxınlarda bir neçə ölkədə seçki prosesini izləmişəm. İngiltərədə parlament seçkilərini müşahidə eləmişəm. Danimarka parlamentində görüşlərimiz olub, biz bu ölkədə seçki sistemi ilə tanış olmuşuq. İngiltərədə bütövlükdə seçki prosesinə bir ay sərf olunur. Danimarkada isə seçki kampaniyasının müddəti cəmi iki həftədir. Bununla belə, heç kimin də ağlına gəlmir ki, seçki vaxtı azdır, insanların seçim imkanları məhdudlaşdırılır və s. Amma Azərbaycanla bağlı belə fikirlər səslənir. Biz təklifləri verəndə düşünmürdük ki, hamı bu təklifləri dəstəkləyəcək. Amma əsas odur ki, cəmiyyətin əksər hissəsi bizi dəstəkləyir”, - deyə B.Muradova vurğulayıb. Onun fikrincə, müxalifətin seçkilərdə namizəd problemi var. Onlar namizəd tapa bilmədikləri üçün seçki müddətinin qısaldılmasını istəmirlər.
YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov bu dəyişikliklərin seçkilərin təkmilləşdirilməsi, səmərəliliyin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etdiyini bildirib.
Artıq Azərbaycanda bir neçə ildir ki, seçki praktikası və qanunvericiliyi təkmilləşdirilir. Burada məqsəd seçki praktikasını inkişaf etdirmək və dünya təcrübəsinə maksimum uyğunlaşdırmaqdır. “Hesab edirik ki, Azərbaycanda seçki praktikası və seçki kampaniyasını həyata keçirən müvafiq seçki administrasiyası kifayət qədər böyük təcrübə toplayıb, səriştəsi əhəmiyyətli dərəcədə yüksəlibdir və bu mənada seçki kampaniyasını yüksək keyfiyyətlə və qanunvericilikdə nəzərdə tutulan bütün müddəaların nəzərə alınması şərtilə həyata keçirmək iqtidarına malikdir. Dünya praktikasının öyrənilməsi onu göstərir ki, seçki kampaniyasının müddətləri kifayət qədər ölçülüb biçilib və bütövlükdə seçki kampaniyasının səmərəli şəkildə həyata keçirilməsini təmin edən bir vaxt çərçivəsinə yerləşdirilib. Seçkilərin keçirilməsi üçün 2 ay zaman müddətinin ayrılması heç bir halda onun demokratik mahiyyətinə xələl gətirmir və gətirə bilməz. 60 gün demokratiya prinsipləri də daxil olmaqla bütün seçki prinsip və normalarına tam riayət edilməsi üçün yetərlidir. Bu fikri beynəlxalq praktika təsdiq edir. Ona görə də, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən təkliflərin bəzi müxalifət partiyalarının guya Azərbaycanda seçkilərin demokratikliyinə qarşı çevrilmiş bir addım kimi dəyərləndirilməsi hər cür arqumentdən məhrumdur”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, seçkilər Azərbaycanın ictimai-siyasi həyatının adi, mütəmadi keçirilən vacib hadisəsinə çevrilib. Onun fikrincə, elə ağlabatan zaman müddəti seçilməlidir ki, cəmiyyətin həyatı yalnız seçkilərdən ibarət olmasın. Seçki özü-özlüyündə nə qədər əhəmiyyətli olsa da, həyat yalnız seçkilərdən ibarət deyildir. Digər tərəfdən, seçki orqanları təkmilləşdiyi və daha peşəkar olduğu kimi, seçkilərə qatılan partiyaların da təcrübəsi artıb. Onlar seçkiləri lazımi qaydada keçirmək üçün böyük səriştə toplayıb və vaxtdan səmərəli istifadə edə bilərlər. Əli Əhmədov namizədlər üçün verilən 200 manat vəsaitin ləğv olunması ilə bağlı təklifin də əsaslı olduğunu deyib. Onun sözlərinə görə, qanunla seçkilərdə 3 faizdən aşağı səs toplayan namizədlər bu vəsaiti geri qaytarmalı olduğu halda buna əməl etməyiblər. Bununla da, məcəllənin bir maddəsi tamamilə pozulub. Ona görə də, bu barədə irəli sürülən təklif məqsədəuyğundur.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev isə xatırladıb ki, hələ 2003-cü ildə seçki müddəti məcəllədə 120 gün nəzərdə tutulanda bunun həddindən artıq çox vaxt olduğunu bildirib. Ona görə də, müddətin qısaldılması məqsədəuyğundur. O, beynəlxalq təşkilatların mövqeyinin də ədalətli olmadığını bildirib və həmin təşkilatların Qarabağ məsələsinə münasibətini xatırladıb.
İclasda millət vəkillərindən Azay Quliyev və Elmira Axundova çıxış edərək Seçki Məcəlləsinə təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər.
Müzakirələrdən sonra Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsi qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16

