Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qırğızıstanda "Azərbaycan XVIII-XIX əsrlərdə" kitabı rus dilində nəşr edilib

Qırğızıstanda "Azərbaycan XVIII-XIX əsrlərdə" kitabı rus dilində nəşr edilib

22.06.2010 [08:56]

Azərbaycanlı tarixçi alim Güntəkin Nəcəflinin “Azərbaycan XVIII-XIX əsrlərdə” kitabı Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Azərbaycanda fəaliyyət göstərən “Avromed” şirkətinin sifarişi ilə rus dilində Qırğızıstanda nəşr olunub.
Monoqrafiyada çar Rusiyasının Azərbaycan ərazilərində erməni dövləti yaratmaq üçün XVIII əsrdə yeritdiyi siyasət tədqiq edilib. Eyni zamanda, I Pyotrun və II Yekaterinanın hakimiyyəti illərində həmin planın həyata keçirilməsi məqsədilə ermənilərin göstərdiyi cəhdlər təhlil olunub.
Kitabda erməni müəlliflərinin müxtəlif dövrlərdə Rusiya və Türkiyədə dərc etdikləri əsərlərə əlavə kimi arxiv sənədləri, elmi ədəbiyyat və sənədlərin geniş tədqiqi əsasında bu məkrli siyasətin əsassızlığı, ermənilərin fəaliyyətinin saxtakarlığı və riyakarlığı açıqlanır.
Monoqrafiya tarixçi-tədqiqatçılar, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabın tərtibatçısı Qırğızıstanın tanınmış tarixçi yazıçısı Asıkbek Omorov, redaktoru Cumadin Kadırovdur. Kitabın baş məsləhətçisi Azərbaycan Prezidenti Administrasiyası ictimai siyasi məsələlər şöbəsinin bölmə müdiri Qafar Əliyev, məsləhətçiləri isə Cavanşir Feyziyev, Nüsrət Məmmədov, Hikmət Məmmədov və İlqar Cabbarovdur. Kitaba ön sözü AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov yazıb.
Kitab Azərbaycan tarixinin öyrənilməsində mühüm rol oynayacaq. Bu məqsədlə onun digər Orta Asiya respublikalarında yayılması nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30